Sosial

  • 5 715

Mərakeş qəzeti: "Bakının memarlığı bu gün də şəhərin qonaqlarını heyran edir"

image

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində “Bakı ənənə və müasirliyi özündə birləşdirən İpək yolunda olan bir şəhərdir” başlıqlı məqalə dərc edilib.Azərbaycanın Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə tarixi yollar ayırıcında yerləşən Bakı şəhərinin görməli yerləri, zəngin tarixi abidələri, həmçinin müasir memarlıq nümunələrindən bəhs edilir. Müəllif yazır ki, tarixi binaların möhtəşəmliyi ilə məşhur olan Bakının gözəl memarlığı bu gün də şəhərin qonaqlarını heyran edir.Azərbaycanda neft sərvətləri və iri həcmli sərmayələr hesabına dinamik inkişafın müşahidə olunduğu oxucuların diqqətinə çatdırılır. Bakı şəhərinin abadlaşdırılması çərçivəsində görülən işlərin, yeni tikilən binaların memarlıq üslubunun tarixiliyin və müasirliyin sintezini təşkil etdiyi vurğulanır.Yazıda Bakıdakı Nobel qardaşları Muzeyi, XX əsrin əvvəllərində məşhur azərbaycanlı milyonçu Murtuza Muxtarov tərəfindən qotik memarlıq üslubunda tikdirilən “Səadət sarayı”, Məhəmməd (Sınıq qala) məscidi, tarixi və müasir otellər barədə məlumatlar verilir.

sia.az

Digər xəbərlər