Sosial

  • 4 499

Azərbaycan-Pakistan biznes forumu keçiriləcək

image

Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) SİA-ya verilən məlumata görə, biznes forum iyul ayının 4-də İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə baş tutacaq. Biznes forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək. Tədbir çərçivəsində Azərbaycan və Pakistan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.

sia.az

Digər xəbərlər