Yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Müdafiə Nazirliyinin və Mətbuat Şurasının Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə elan etdiyi yazı müsabiqəsinin qaliblərinin iyunun 25-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində mükafatlandırılması mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov tədbirdə çıxış edərək Silahlı Qüvvələrin 100 illiyi münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıblar.Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı müsabiqə haqqında məlumat verib. Bildirib ki, müsabiqəyə 70-ə yaxın məqalə təqdim olunub.

sia.az