Sosial

  • 6 520

Mehman İsmayılov: Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir

image

“Azərbaycanda mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir”. Bu fikri Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

M.İsmayilov bildirib ki, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir. Onun sözlərinə görə, Bu dəyərlər cəmiyyətdə milli həmrəylik, birlik ruhunu oyadır, yad təsirlərin qarşısını alır.
“Sağlam cəmiyyətin formalaşdırılmasında, milli dəyərlərimizə bağlı gəncliyin yetişməsində bu amilin böyük rolu var. Bu gün mənəvi dəyərlərimizin qorunması və təbliği işi xüsusi diqqət mərkəzindədir. Azərbaycan xalqının söykəndiyi bu dəyərlər Ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. Müxtəlif dövrlərdə milli-mənəvi dəyərlərimiz təzyiqlərə məruz qalsa da, Azərbaycan müstəqil olandan sonra mənəvi dəyərlərimiz dövlətin əsas strategiyasına çevrildi. Bu uğurlu siyasətin davamı olaraq bu gün Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını, təbliğ və təşviq edilməsini daim diqqət mərkəzində saxlayır”-deyə, M.İsmayılov qeyd edib.

yap.org.az

Digər xəbərlər