Sosial

  • 3 581

"Prezidentimizin qərarı hamının ürəyindəndir” ÖZƏL-RƏY

image

"Cənab Prezidentimiz İlham Əliyevin ali və orta ixtisas təhsili müəssisələrində, AMEA-nın magistratura səviyyəsində əyani təhsil alan şəxslərə verilən təqaüdlərin artılımasına dair imzaladığı Sərəncam böyük əhəmiyyət daşıyır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.Deputatın sözlərinə görə, Prezident tərəfindən atılan bu addım onu göstərir ki, dövlətimiz təhsil alanlara xüsusi diqqət yetirir və onların ailələrinin qayğılarını yüngülləşdirməyə çalışır: “Təqaüdlərin artırılması həmin kateqoriyadan olan şəxslərin sosial vəziyyətin yaxşılaşdırılmasına, dərslərə daha yaxşı hazırlaşmalarına, elm və təhsilimizin keyfiyyətinin artırılmasına imkan verəcək. Cənab Prezidentimizin bu qərarı birmənalı hamının ürəyindəndir”.Qeyd edək ki, Prezident İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Sərəncam imzalayıb.

sia.az

Digər xəbərlər