Dünya

  • 3 965

Yasir Ərəfat şorbadan zəhərlənib?

image

Fələstin milli administrasiyasının qurucusu Yasir Ərəfatın həyat yoldaşı Suha Ərəfat ərinin şorbadan zəhərləndiyini iddia edib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu S.Ərəfat Misirin "Dream" telekanalına müsahibəsində deyib."Zəhər şorbada olub. Yasir şorbanın dadına baxan kimi qəflətən yerindən durdu, sanki onu elektrik cərəyan vurdu. O qaşığı stola atdı və tələsik hamam otağına yollandı", - deyə o vurğulayıb.S.Ərəfat ərinin yaxın çevrədən olan bir nəfər tərəfindən zəhərləndiyini qeyd edib.

sia.az

Digər xəbərlər