PDF Oxu

Dünya

  • 6 147

Ekstremal hava şəraiti Avropaya milyardlarla avro məbləğində ziyan vurub

image

Ötən il ekstremal hava şəraiti səbəbi ilə Avropada 151 nəfər həlak olub, həmin vaxt qitə rekord sayda “ekstremal istilik stresi” günlərini yaşayıb. Bu barədə SİA “Kopernikus” İqlim dəyişməsi Xidməti və Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına istinadla xəbər verir.Avropa Yer kürəsində ən tez istiləşən qitədir, istilik səbəbi ilə ölüm hallarının sayı isə artır. 1980-ci illərdən bəri Avropada orta temperatur dünya ortalamasından təxminən iki dəfə tez artır. 2023-cü ildə orta temperatur sənaye dövründən əvvəlki dövrdən 2,6 dərəcə yüksəkdir, hərçənd dünyada bu göstərici 1,48 dərəcə təşkil edib.Bildirilir ki, 2023-cü ildə Avropada orta temperaturdan daha yüksək göstərici müşahidə edilib - Skandinaviya, İslandiya və cənub-şərqi Qrenlandiya istisna olmaqla. Ötən il Avropada ümumilikdə orta göstərici ilə müqayisədə təxminən 7 faiz çox yağıntı yağıb. Ekstremal yağıntının miqdarının artması 2023-cü ildə İtaliya, Yunanıstan, Sloveniya, Norveç və İsveçdə böyük daşqınlara gətirib çıxarıb, eyni zamanda digər regionlara quraqlıq yayılıb.“2023-cü ildə Avropa tarixdə ən böyük meşə yanğınları, güclü dəniz istiləri və genişmiqyaslı dağıdıcı daşqınların şahidi olub, temperatur isə artmaqda davam edir”, – deyə “Kopernikus” İqlim dəyişməsi monitorinq Xidmətinin direktoru Karlo Buontempo vurğulayıb.Qeyd olunur ki, iqlim dəyişməsi ilə əlaqəli maliyyə itkiləri 13,4 milyard avrodan çox məbləğdə qiymətləndirilir.

Digər xəbərlər

Kremldə isteriya baş qaldırıb...

Putin vəziyyəti daha da ağırlaşdırır...

Svitan Rusiyanın NATO-ya hücumu üçün mümkün ssenarini təsvir etdi

Hərbi ekspert eskalasiyanın üç-dörd mərhələsini müəyyən etdi...

Putinin “ölü əli”: Rusiya nüvə cavab zərbə sistemini canlandırdı

Ural dağlarında “Obyekt 1335” kimi tanınan gizli yeraltı hərbi kompleks genişləndirilib...

“Belarusdakı dəyişikliklər Rusiyanın məğlubiyyətinin açarı ola bilər”

Tarixçi Avropanın gələcək təhlükəsizliyi üçün üç şərt müəyyən etdi...

Ukraynalılar argentinalı muzdlunu əsir götürüb

Argentinalı “nayomnik” Liman yaxınlığında döyüşürmüş...

Putinə əsas zərbə ordudan gəlməyə bilər...

Kremlin reallığa qarşı müharibəsi məhvə məhkumdur...