İspaniyanın "Atletik" klubu 2025/26 mövsümü üzrə maliyyə nəticələrini açıqlayıb.
SİA xəbər verir ki, klubun hesabat dövründə ümumi gəliri 192,9 milyon avro təşkil edib. Bu, əvvəlki mövsümlə müqayisədə 20,4 milyon avro çoxdur və futbolçu satışlarından əldə olunan gəlirlər nəzərə alınmadan klub tarixinin ən yüksək göstəricisidir.
"Atletik"in əməliyyat mənfəətini göstərən EBITDA göstəricisi iki dəfə artaraq 38,1 milyon avroya yüksəlib. Xalis mənfəət isə təxminən üç dəfə artaraq 20,6 milyon avroya çatıb.
Reklam və sponsorluq gəlirləri də 23 faiz artaraq 12 milyon avro olub.
Klubun idman fəaliyyətindən əldə etdiyi ümumi gəlir 153,6 milyon avro təşkil edib. Bu göstərici əvvəlki mövsümlə müqayisədə 16 faiz çoxdur.
Mətləb