ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95 milyard dollar dəyərində təhlükəsizlik yardımı da daxil olmaqla 4 qanun layihəsini təsdiqləyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden bildirib ki, təsdiq edilmiş qanunvericilik paketi dünyanı daha təhlükəsiz edəcək.ABŞ Senatı ötən şənbə günü ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi 4 qanun layihəsini, o cümlədən Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq təhlükəsizlik yardımı ilə bağlı səsvermə üçün toplaşıb. Demokratların Senat lideri Çak Şumer səsvermədən əvvəl etdiyi çıxışında Senatı 4 qanun layihəsi paketini təsdiqləməyə çağırıb və deyib: “Bir neçə gün əvvəl Nümayəndələr Palatası dəstək üçün zəruri olan milli təhlükəsizlik fondlarından istifadəni təsdiqlədi. Bu gün hərəkət etmək növbəsi Senatındır", - deyə o bildirib.
Müəllif: Səbinə Hüseynli
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...