Analitika

  • 2 562

Parlament seçkiləri növbəti tarixi hadisə olacaq TƏHLİL

image

Bu gün Azərbaycan özünün ən şərəfli və qürurverici tarixini yaşayır. Ərazi bütövlüyünü bərpa etməklə yanaşı işğaldan azad edilən ərazilərdə geniş quruculuq, bərpa, təmir işləri həyata keçirilir. Görülən fundamental işlərin fonunda insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Bu isə millət olaraq bizlərə daha böyük fərəh, qürur gətirir. Əhali qayıtdıqları yurd-yuvalarında yenidən normal həyatlarını bərpa edir, qurub yaratmaqla düşmənə dağ çəkir, dostları isə sevindirirlər. Bu uğurlu proseslərin yaşandığı bir məqamda sentyabrın 1-də parlament seçkilərinin keçirilməsi xalqımız ikiqat sevinc bəxş etmiş olur. Çünki 30 ildən sonra ilk dəfə parlament seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu bir vaxtda keçilir. Dünyanın əksər ölkələrinin və beynəlxalq təşkilatlarında ölkəmizə diqqəti böyükdür. Beynəlxalq təşkilatların nümayəndələri, yerli müşahidəçilərlə birlikdə seçki prosesini yaxından izləyəcəklər. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə 93 min 964 yerli müşahidəçi akkreditasiyadan keçib.O bildirib ki, bu müşahidəçilərdən 5859 nəfəri Mərkəzi Seçki Komissiyasında, 88 min 105 nəfəri dairə seçki komissiyalarında qeydiyyatdan keçib. M.Pənahov onu da bildirib ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 39 beynəlxalq qurumdan və 46 ölkədən 321 nəfər akkreditə olunub. Seçkiləri müşahidə edəcək yerli və xarici müşahidəçilərin fəaliyyəti də təqdirəlayiqdir. Yəni müşahidəçilər azad şəkildə istənilən məntəqə də səsverməni izləmək və istənilən fəaliyyəti göstərmək hüququna malikdir. Beynəlxalq müşahidəçilərin fəaliyyəti Seçki Məcəlləsinə (40-cı, 42-ci və 44-cü maddələr) uyğun tənzimlənir.Qanunvericiliyə əsasən, beynəlxalq müşahidəçilərin səlahiyyət müddəti Mərkəzi Seçki Komissiyasında qeydə alındığı gündən başlayır və seçkilərin yekunlarının rəsmi dərc edildiyi gün tamam olur. Beynəlxalq müşahidəçilər öz fəaliyyətlərini müstəqil və sərbəst qaydada həyata keçirir. Onların fəaliyyət müddətində maliyyələşməsi müşahidəçini göndərən tərəfin, yaxud öz hesablarına təmin edilir. Beynəlxalq müşahidəçilər Azərbaycan ərazisində olduğu müddətdə dövlət tərəfindən mühafizə edilir. Seçki komissiyaları, dövlət hakimiyyəti orqanları və bələdiyyə qurumları onlara zəruri yardım göstərməyə borcludurlar.Beynəlxalq müşahidəçilər seçkiqabağı təşviqatı və seçkilərin keçirildiyi gün səsvermə prosesini izləmək hüququna malikdir. Bununla yanaşı, səsvermə günündən sonra seçki qanunvericiliyi, seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar mətbuat konfransı keçirə və media subyektlərinə müraciət edə bilərlər. Onların seçicilərlə, namizədlərlə, qeydə alınmış namizədlərlə, seçki komissiyalarının üzvləri ilə, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri ilə görüşmək hüququ da var.
Beynəlxalq müşahidəçilər seçki kampaniyasının gedişi, seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar olmayan fəaliyyətlə məşğul olmaq üçün öz statusundan istifadə edə bilməzlər. Beynəlxalq hüquq normalarını pozan müşahidəçinin qeydiyyatı Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilə bilər. Onu da "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən qeyd etmək lazımdır ki, Seçki Məcəlləsinin 1.1.19, 1.1.20, 40.4 – 40.6, 44-cü maddələrinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) və beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələri Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət avqustun 22-dək olan dövrü əhatə edir
Parlament seçkiləri Türkiyədə də yaxından izlənilir
Dəfələrlə dünyanın müxtəlif ölkələrində keçilən seçkiləri yaxından izləmiş türkiyəli jurnalist Həsən Barın Azərbaycanda sentyabrın 1-də keçiləcək parlament seçkilərinin təşkilinin və keçilməsinin nümunəvi proses olduğunu söyləyib. Həsən Barın bildirib ki, Azərbaycanın demokratiya təcrübəsi bir çox ölkələrdən daha qədimdir: "Bir çox ölkədə seçki hüququ hələ tam formalaşmadığı vaxt, Azərbaycan Cümhuriyyətində qadınlar da daxil olmaqla, bütün vətəndaşlara seçki hüququ verilmişdi. Azərbaycanın tarixi təcrübəsi və müstəqilliyini bərpa edəndən sonra daha da inkişaf edən seçki ənənəsi sentyabrın 1-də keçiriləcək Milli Məclis seçkilərinin şəffaf, demokratik prinsiplərə uyğun baş tutacağına zəmin yaradır". Həsən Barın Azərbaycanda seçki təhlükəsizliyinin yüksək səviyyədə təmin edildiyini diqqətə çatdırıb:"Bu gün dünyada seçki prosesi ilə bağlı ən vacib məsələlərdən biri təhlükəsizliyin təmin edilməsi, kənar müdaxilələrin qarşısının alınmasıdır. Bütün ölkələr bunu təmin edə bilmir. Azərbaycan seçki təhlükəsizliyinin təmin edilməsində dünya ölkələri üçün nümunə ola bilər. Azərbaycanda keçirilən seçki prosesi beynəlxalq müstəvidə demokratik və şəffaf seçki nümunəsidir. Hər kəsin seçmək və seçilmək hüququ təmin olunur. Bir çox ölkədə namizədlərin sayında məhdudiyyətlər var, misal üçün, yalnız iki namizədin mübarizə apardığı nümunələr mövcuddur. Azərbaycanda isə qanunvericiliyin tələblərinə uyğun olaraq, hər kəs seçilmək hüququndan istifadə edə bilər. Bu, demokratiyanın ən önəmli prinsiplərindəndir. Bununla yanaşı, seçkinin ədalətli və şəffaf keçirilməsində seçki prosesini həyata keçirən qurumun fəaliyyəti də önəmli rol oynayır. Azərbaycanda Mərkəzi Seçki Komissiyası, eləcə də aşağı seçki komissiyalarının fəaliyyəti mükəmməl səviyyədədir".H.Barın Milli Məclis seçkilərinin ilk dəfə azad olunmuş ərazilərdə keçirilməsinin Azərbaycanın xarici siyasəti üçün önəmli hadisə olduğunu vurğulayıb:"Bu ilin fevral ayında azad olunmuş ərazilərdə ilk dəfə prezident seçkiləri keçirildi, sentyabrın 1-də də ilk dəfə parlament seçkiləri baş tutacaq. Bu, Azərbaycanın beynəlxalq müstəvidə, o cümlədən, sülh danışıqlarında mövqelərini gücləndirən amildir. Bu ərazilərdə seçki keçirilməsə, danışıqlarda azad olunmuş torpaqlar üzərində suverenliyin təmin edilmədiyi kimi iddialar irəli sürülə bilər. Seçkinin keçirilməsi bu ərazilərdə də insanların təməl demokratik hüququnun təmin edilməsidir ki, bundan sonra Azərbaycana qarşı belə bir iddiaların irəli sürülməsi mümkün deyil. Bu baxımdan, prezident seçkilərindən sonra parlament seçkilərinin də azad olunmuş əraziləri əhatə etməsinin Azərbaycanın xarici siyasəti üçün əhəmiyyət kəsb etdiyini düşünürəm".H.Barın sentyabrın 1-də keçiriləcək Milli Məclis seçkilərinin Türkiyədə də yaxından izlənildiyini diqqətə çatdırıb.
Seçkilər azad və demokratik şəkildə baş tutacaq
Seçki hazırlıqlarının yüksək səviyyədə təşkili onu deməyə əsas verir ki, Azərbaycan azad, şəffaf seçki keçirmək, eləcə də hüquqi, demokratik dövlət quruculuğuna sadiqdir. İnsanlar sərbəst şəkil də seçki məntəqlərinə gedərək istədikləri namizədlərə səs verəcəklər. Bu hal da təbii ki, deputatlığa nazmizədlərin öz təbliğat-təşviqat kampaniyalarını necə və hansı formada qurmaları da xüsusi əhəmiyyət daşıyır. Yəni deputatlığa namizədlər real nəticələrlə seçici qarşısına çıxamalı və öz seçki platformasının müddüalarını əsaslı şəkildə insanlara çatdırmalıdır. Təbii ki, yalan, şişirdilmiş rəqmlərlə çıxış etməklə nəyəsə nail olmaq mümkün deyil. Çünki əhali kifayət qədər siyasi bilgilərə malikdir. Nəyin saxta, nəyin düz və milli varlığımıza xeyir gətirə bilcəyini seçicilər yaxşı bilirlər. Ona görə də, seçicilər düzgün qərar verməklə səsverməyə gedəcəklər. Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, seçkilərdə cəmiyyətin bütün təbəqələrinin, o cümlədən əlillərin, yaşlı insanların, xəstə olub seçki məntəqlərə gələ bilməyənlərin iştirakının təmin olunması üçün Mərkəzi Seçki Komissiyası bütün lazım olan işləri ən yüksək səviyyədə təşkil edib və həyata keçirib. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov bildirib ki, sentyabrın 1-də keçiriləcək Milli Məclis seçkilərində əlilliyi olan şəxslərin səsvermə prosesində seçmək hüququndan sərbəst şəkildə istifadə etmələri üçün müvafiq şərait yaradılacaq: "Əlilliyi olan şəxslərin səsvermə prosesində iştirakı Seçki Məcəlləsinin tələblərinə uyğun təmin edilir. "Seçki Məcəlləsinin 17-ci maddəsində qeyd olunur ki, seçki orqanları əlilliyi və ya digər fiziki pozuntusu olan, uzaq və ya yolu çətin keçilən yerlərdə yaşayan seçicilərin seçkilərdə iştirakı üçün bütün imkanlar yaratmalıdırlar. Məcəllənin 104-cü maddəsinə əsasən seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan əlilliyi olan seçici məntəqə seçki komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi kömək üçün otağa və ya kabinəyə çağıra bilər. Bu şəxsin soyadı və inisialı seçicilər siyahısında seçki bülleteni alınması barədə seçicinin imzası ilə birgə göstərilir. Qanunvericiliyin tələbinə uyğun olaraq, əlilliyi olan şəxslərin səsvermə prosesində istədiyi şəxsin onu müşaiyət etməsi hüququ təmin olunur".M.Rəhimov onu da bildirib ki, əlilliyi olan şəxslərin seçki hüququnun təmin edilməsi Azərbaycanın Seçki Məcəlləsi ilə yanaşı, beynəlxalq hüququn da tələbidir. "BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyası əlilliyi olan şəxslərin seçkilərdə iştirakına dair konkret tələbləri özündə əks etdirir. Bu Konvensiya əlilliyi olan şəxslərin seçki hüququnun təmin edilməsi ilə bağlı iştirakçı dövlətlərin üzərinə öhdəliklər qoyub. 2008-ci ildə bu konvensiyaya qoşulan Azərbaycan qoyulan tələblərin hamısını icra edir".MSK katibi əlilliyi olan şəxslərin səsvermə prosesində iştirakını asanlaşdırmaq üçün müvafiq addımların atıldığını da diqqətə çatdırıb: "Bu addımlardan biri əlil arabasından istifadə edən şəxslərin hərəkətini təmin etmək məqsədilə seçki məntəqələrində pandusların quraşdırılmasıdır. Mərkəzi Seçki Komissiyası pandusların quraşdırılması işini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə həyata keçirir. MSK seçkidə iştirak hüququna malik əliliyi olan şəxslər haqqında ƏƏSMN-dən məlumatları alır və onların səs verəcəyi məntəqələrdə pandusların quraşdırılmasını təmin edir".M.Rəhimov qeyd edib ki, görmə qabiliyyəti məhdud olan seçicilər üçün brayl əlifbası ilə seçki bülletenlərinin çapı da həyata keçirilir. MSK görmə qabiliyyəti məhdud olan seçicilərin səsvermə hüququnun təmin edilməsi məqsədilə Gözdən Əlillər Cəmiyyəti ilə sıx əməkdaşlıq edir: "Brayl əlifbası ilə çap olunan bülletenlər görmə qabiliyyəti məhdud olan seçicilərin səs verəcəyi məntəqələrlə yanaşı, ehtiyat üçün bütün məntəqələrə də verilir".MSK katibi eşitmə qabiliyyəti məhdud olan şəxslərin səsvermə prosesi ilə bağlı maarifləndirildiyini də diqqətə çatdırıb.Bir sözlə bugünkü seçki prosesinə əsasən o fikri vurğulamaq olar ki, Azərbaycan növbəti dəfə müstəqillik tarixinə növbəti seçki zəfəri yazacaq. Bu isə Azərbaycanın adına yaraşan bir zəfər olacaq. Başqa cür də olması mümkün deyil. Biz axı qalib ölkənin qalib, qürurlu vətəndaşlarıyıq.
İLHAM ƏLİYEV

Digər xəbərlər