Analitika

  • 2 332

Azərbaycan azad və demokratik seçki keçirmək ənənəsinə sadiqdir TƏHLİL

image

Azad və demokratik cəmiyyətin mövcudluğunu təsdiq edən əsas amillərdən bir də seçkilərin xalqın iradəsi əsasında keçirilməsidir. Ölkəmiz dünyanın aparıcı dövlətlərindən biri olaraq seçki prosesinə xüsusi önəm verir və seçkilərin, azad və şəffaf şəkil də təşkil edilərək, həyata keçirilməsinə çalışır. Bu baxımdan da dünyanın əksər ölkələri, eləcə də nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda baş tutan seçkiləri yüksək qiymətləndirib və alqışlayıb. Əminliklə demək olar ki, 2024-cü il sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkiləri də beynəlxalq prinsiplərə və Azərbaycanın qanunvericiliyinə əsasən azad və demokratik şəraitdə keçiriləcək.

Bunun üçün MSK-nın və müvafiq dövlət qurumlarının həyata keçirdiyi işlər də təqdirə layiqdir. Bilikli, savadlı seçki komissiyalarının üzvlərinin mövcudluğu ilə yanaşı, seçki məntəqələrinin hər cür texniki avadanlıqlarla təchiz olunmasında prosesin müsbət məcrada inkişaf etməsinə dəstəyini nümayiş etdirir. Əhalinin və seçkiləri müşahidə edəcək şəxslərin seçki bilgiləri də yüksək səviyyədədir. Bu da MSK-nın ardıcıl olaraq treninqlər təşkil etməsi, maarifləndirici bukletlər, kitabçalar hazırlayaraq paylaması da xüsusi rol oynayıb.İtaliyanın SWG SPA şirkəti seçkiöncəsi 15 iyul - 15 avqust aralığında yerli respondentlər arasında keçirdiyi sorğuya əsasən, əhalinin 81%-i parlament seçkiləri ilə bağlı maraqlandıqlarını deyiblər. Aparılan sorğunun nəticələri ilə bağlı mətbuat konfransında İtaliyanın SWG SPA şirkətinin nümayəndəsi Solene Le Moing bildirildi ki, respondentlərin 21%-nin parlament seçkiləri ilə çox maraqlandığını, 13% o qədər də maraq göstərmədiyini, 5% maraqlı olmadığını, 1% isə bilmirəm dediyini bildiriblər. Respondentlərin 57%-i seçkidə iştirak edəcəyini, 27%-i çox gümanki, 6% xeyr, 10%-i isə bilmirəm cavabını verib.Bundan başqa respondentlərin 91%-i Qarabağ bölgəsindəki bərpa işlərinin mükəmməl, 4%-i yaxşı, 3%-i yetərli, 1%-i yetərsiz, 1%-i isə bilmirəm cavabı verib. Solene Le Moing onu da bildirdi ki, Azərbaycanda seçki öncəsi keçirilən sorğu digər Avropa ölkələrində keçirilən eyni sorğu metadologiyası əsasında qurulub və bütün müvafiq mərhələlərdən keçib: "Azərbaycanda keçirilən sorğuda suallar sosial, iqtisadi, siyasi və digər sahələri əhatə edib. Hazırkı nəticələr ilə sentyabrın 1-də keçiriləcək seçkinin "Exit-pol" nəticələri müqayisə olunacaq". Solene Le Moing qeyd etdi ki, sorğu şəhər və rayonlar olmaqla bütün əraziləri əhatə edib: "SWG SPA işçi heyəti Azərbaycanda keçirilən seçki prosesini yaxından izləyəcəklər. Exit-pol və sorğular üzbəüz, əyani şəkildə həyata keçiriləcək. Qeyd edək ki, bu gün təqdim edilən nəticələr avqustun 2-i və 7-i keçirilən sorğuların nəticələridir. Belə ki, parlament seçkiləri ilə bağlı vəziyyətlə əlaqədar suallara respondentlərin 81 faizi seçki prosesinə maraq göstərdiyini, 21 faiz isə "çox maraqlı" olduğunu bildirib. Həmçinin 13 faiz seçki prosesinə "o qədər də maraq göstərmədiyini", 5 faizi isə "maraq göstərmədiyini" bildirib".Təqdirəlayiq məqamlardan biri də ondan ibarətdir ki, MSK sağlamlığı məhdud insanların, o cümlədən də gözdən əlillərində seçkilərdə iştirakının təmin edilməsi və onların seçki ilə bağlı məlumat bazalarının artırılması üçün hər cürü vacib işləri həyata keçirib. "Gözdən əlilliyi olan seçicilərin sərbəst səs vermələri üçün 125 seçki dairəsinə trafaret veriləcək". Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, ümumilikdə 2471 seçki məntəqəsində panduslar quraşdırılıb.

Siyasi partiyalar seçkilərdə fəal iştirak edir
Yaradılan demokratik şəraitdən cəmiyyətin bütün təbəqələri, o cümlədən siyasi partiyalar bəhrələnməyə çalışır. Verilən açıqlamalara görə, parlament seçkilərində ümumilikdə 24 siyasi partiyadan 200-ə yaxın şəxs seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürüb. edib. Ən çox namizədlə çıxış edən partiya isə Cənubi Qafqazın lider partiyası olan Yeni Azərbaycan Partiyasıdır. Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri üzrə 125 seçki dairəsinin hamısından öz namizədini elan edib.Bu barədə qərar YAP İdarə Heyətinin iyulun 17-də keçirlən iclasında qəbul edilib.YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacaq. Cəmiyyət də YAP-ın böyük nüfuza malik partiya olduğunu nəzərə alsaq sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin mütləq qalibinin YAP olacağı şübhəsizdir. Bunu şərtləndirən əsas amillərdən biri də YAP-ın qurucusunun Ulu Öndərimiz Heydər Əliyevin olması və bu hü də partiyaya Prezidentimiz İlham Əliyevin rəhbərlik etməsidir. Fateh Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərir. Bu və digər amillərə əsaslanaraq birmənalı şəkil də qeyd etmək olar ki, parlament seçkilərində deputatlığa namizədlər xalqın dəstəyini qazanacaq və növbəti dəfə YAP alternativi olmayan qalib partiya olduğunu nümayiş etdirəcək.Seçki prosesinin hazırlanması və keçirilməsi prosesində fəal iştirak edən yerli və xarici müşahidəçilər siyasi partiyaların fəallığını və namizədlərin təbliğatını yüksək qiymətləndirirlər. Hətta beynəlxalq təşkilatların nümayəndələri yerlərdəki seçki məntəqələrinin seçki hazırlığının yüksək olmasından məmnun olduqlarının bildirirlər. Seçkiləri 300-dən çox müşahidəçi ilə izləməyə hazırlaşan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri namizədlərə bərabərhüquqlu şəraitin yaradıldığını və seçki prosesinin qanunvericiliyin tələbinə uyğun təşkil olunduğunu qeyd edirlər. "DTİHB müşahidəçiləri 84 saylı Füzuli Seçki Dairəsində olublar. Onlar seçki məntəqələrinə baş çəkib, seçkiyə hazırlıq prosesini izləyiblər. Heç bir neqativ hal qeydə alınmayıb, hər şey qanunvericiliyə uyğun şəkildə həyata keçirilir. 1211 yerli müşahidəçi də səsvermə prosesini izləmək üçün dairədə qeydiyyatdan keçib". Bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında 84 saylı Füzuli Dairə Seçki Komissiyasının sədri Yavər Məmmədov deyib. DSK sədri bildirib ki, dairə üzrə qeydiyyatda olan 54 min 246 seçici sentyabrın 1-də keçiriləcək Milli Məclis seçkilərində 78 məntəqədə səsvermə hüququndan istifadə edə bilərlər. Səsvermə hüququndan ilk dəfə istifadə edəcək 583 seçici var: "Seçkinin şəffaf şəkildə keçirilməsi üçün qanunvericiliyə uyğun şəkildə bütün şərait yaradılıb. Dairədə 8 namizəd mübarizə aparır. Namizədlərin seçkiqabağı təşviqat kampaniyası davam edir. Namizədlər təşviqat materiallarını məntəqələrdə quraşdırılmış lövhələrə asır, o cümlədən, qapalı və açıq görüş yerlərində seçicilərlə görüşür".DSK sədri 7 seçki məntəqəsində veb-kameranın, 11 məntəqədə isə pandusların quraşdırıldığını qeyd edib.
Xaricdəki azərbaycanlılar seçki prosesinin təbliğində fəal iştirak edirlər
Harada və nə işlə məşğul olmasından asılı olmayaraq dünya azərbaycanlıları Vətənləri olan Azərbaycanda keçiləcək parlament seçkilərində fəal iştirak etməyə çalışırlar. Onların yaşadıqları ölkələrdə 1 sentyabr parlament seçkiləri ilə bağlı mətbu orqanlarda, TV-lərdə mütəmadi çıxışları, seçkinin təşkili və gedişinə dair öz fikir və təəssüratlarını bildirmələri qeyd olunanlara misal ola bilər. "Sentyabrın 1-də Milli Məclisə seçkilərin azad olunmuş əraziləri də ilk dəfə əhatə etməsi dünya azərbaycanlıları olaraq bizi qürurlandırır. Bu, bərpa olunan ərazi bütövlüyümüzdə suverenliyimizin təmin edildiyinin növbəti faktıdır. O cümlədən, Azərbaycanın bütün ərazisində vətəndaşların seçki hüququnun təmin edilməsi olaraq tarixi hadisədir. Bunu "Seçki 2024" Seçki Müstəqil Media Mərkəzinə açıqlamasında Ukraynanın Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov deyib. Diaspor təşkilatının sədri bildirib ki, Azərbaycanın demokratik seçki ənənəsi sentyabrın 1-də beynəlxalq standartlara uyğun seçkinin keçiriləcəyinə əminlik yaradır: "Ukraynadakı azərbaycanlılar Vətənimizdə baş verən prosesləri yaxından izləyirlər. Hazırda davam edən seçkiqabağı təşviqat kampaniyasının demokratik qaydalara uyğun, qanuni şəkildə aparıldığını, namizədlərə bərabər şəraitin yaradılığını görürük. Ölkədə demokratik seçki mühiti var. Bu mühit ölkə sərhədlərindən kənarda da aydın görünür"."Xaricdə yaşayan azərbaycanlılar olaraq sentyabrın 1-də keçiriləcək parlament seçkilərini yüksək qiymətləndiririk. Bu seçkilər Azərbaycan üçün bir ilkdir, tarixi hadisədir. Uzun müddət ərzində işğal altında olan torpaqlarımızda Milli Məclisə seçkilər üzrə səsvermə keçirilməmişdi. İndi Şuşada, Xankəndidə və digər tarixi torpaqlarımızda seçki məntəqələri yaradılıb və insanlarımız öz doğma torpaqlarında səs verəcəklər. Xaricdə yaşayan azərbaycanlılar kimi bu bizi çox sevindirir və qürurverici bir hadisədir". Bu barədə "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Eskişəhir Azərbaycanlılar Dərnəyinin sədri və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Cavid Aydın deyib.O bildirib ki, Azərbaycan artıq yeni bir dönəmə qədər qoyub: "Yeni parlament ölkəmizin gələcək inkişafını ehtiva edən məsələlərin çevik həlli üçün addımlar atacaq. Bu seçkilərin xalqımıza, Vətənimizə xeyirli olmasını diləyirəm".Bir sözlə, hər zaman uğurlu, demokratik fəaliyyəti və işləri ilə nümunə olan Azərbaycan bu dəfə də ənənəsinə sədaqətli olacaq. Bir daha azad və demokratik seçki keçirilməsinə nail olmaqla növbəti zəfər tarixi yazacaq.
İLHAM ƏLİYEV

Digər xəbərlər