Analitika

  • 7 041

Paşinyan-Putin görüşündə - NƏLƏR MÜZAKİRƏ OLUNACAQ? - POLİTOLOQ DETALLARA TOXUNDU

image

Bu səfər Paşinyanın üç ay ərzində Moskvaya ikinci səfəridir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Samir Hümbətov deyib. Politoloq vurğulayıb ki, Emənistanın baş nazirinin Moskvaya gedişini səfər kimi deyil, Putinin Paşinyanı yanına çağırması kimi qiymətləndirir.“Görünür ki, burada bir neçə məsələ müzakirə olunacaqdır. Bunlardan birincisi odur ki, artıq Paşinyan seçkidə qalib gəlib və seçkidən sonra hələ ki, hökumət formalaşdırılmayıb. Təbii ki, parlamentdə təkcə Paşinyan hakimiyyəti təmsil olunmayacaq, eyni zamanda, Rusiyanın dəstək verdiyi müxalifət nümayəndələri, xüsusən də Robert Koçaryanın başçılıq etdiyi müxalifət qüvvələri də təmsil olunacaqdır və bu, onu göstərir ki, Paşinyan üçün parlamentdə az da olsa baş ağrısı var. Məhz bu baxımdan, Paşinyanın Rusiyaya səfəri də məhz Rusiyanın razılığını almaq məqsədi daşıyır.

Görünən odur ki, Rusiya tərəfi Paşinyanın kabinetində özünə məxsus kadrların seçilməsinin tərəfdarı olacaqdır və özünə uyğun, özünə sadiq kadrların Ermənistanda qurulacaq yeni hökumətin kabinetində fəaliyyət göstərməsini istəyəcəkdir. Eyni zamanda, Dağlıq Qarabağ məsələnin də müzakirə olunması gündəm məsələlərindən biridir və hesab edirəm ki, Paşinyanın aparacağı danışıqlarda, məhz Dağlıq Qarabağ, xüsusən də, 10 noyabr və 11 yanvar tarixində imzalanmış bəyənnamələrin yerinə yetirilməsi, Ermənistanın üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi məsələləri müzakirə oluna bilər.Burada digər bir məsələ isə Ermənistan və Rusiya arasında ikitərəfli strateji əlaqələr, eyni zamanda ticarət əlaqələri mövzusu müzakirə oluna bilər. Ermənistanın ordusu belə deyək ki, artıq yoxdur, demək olar ki, məhv olmuş bir ordudur. Görünən odur ki, Paşinyan Rusiyadan ordunun yenidən təkmilləşdirilməsi məsələsini istəyə bilər ki, Rusiya bu məsələdə Ermənistana dəstək versin və burada müzakirə olunacaq mövzuların içərisində biri də bu ola bilər.

Eyni zamanda, pandemiya dövründə Ermənistan iqtisadiyyatı demək olar ki, 20 faizdən çox itgi ilə bu günə gəlib çıxıb. Yəni, bəzi statistik məlumatlarda Ermənistan iqtisadiyyatının daralması 20 faiz üzərində göstərilir. Hesab edirəm ki, Paşinyan Ermənistanın kənd təsərrüfatı məhsullarının, belə deyək ki, Rusiya bazarlarına rahat çıxarılmasını təmin etmək məqsədi ilə marşrut xətlərinin işə salınmasına çalışacaqdır. Bu məsələdə də məhz Zəngəzur dəhlizinin açılmasını Rusiya Paşinyanın qarşısına şərt kimi qoya bilər ki, Rusiyaya çıxışın əldə edilməsi üçün Zəngəzur dəhlizinin açılması şərtdir. Hesab edirəm ki, bu tip məsələlərin müzakirəsi ola bilər.
Həmçinin, minaların xəritələrinin, hansı ki, Ermənistanda hələ də qalır, Azərbaycana verilməsi məsələsi də ortaya qoyula bilər. Çünki artıq Azərbaycan və Türkiyə tərəfi bu məsələdə Rusiyaya ciddi təzyiqlər göstərir ki, digər ərazilərin də mina xəritələrinin Azərbaycana verilməsi məsələsi həll edilsin. Hesab edirəm ki, bu tip məsələlərin müzakirəsi daha çox gözləniləndir.

Görünən odur ki, bundan başqa həm də Paşinyanın seçkiqabağı Avropaya səfəri oldu və həmin səfər də Paşinyanın bu dəfəki Moskva səfərində müzakirə olunacaqdır. Hesab edirəm ki, Paşinyan bu səfərdə də, belə deyək ki, Rusiya prezidentinə bir növ məruzə edəcək və hesabat verəcəkdir. Eyni zamanda, bundan başqa da bəzi məsələlərin müzakirəsi gözləniləndir”, deyə Samir Hümbətov bildirib.

sia.az

Digər xəbərlər