Son illərin ən çox reklam edilən, təlabat olan qazanlarından olan PTFE və PFAS etiketli mətbəxin əsas ləvazimatı olması istifadəsinin genişliyini də sübut edir. PTFE politetrafloroetilen adlı kimyəvi maddədir. Daha sadə desək, yapışmayan tava və qazanların üzərindəki “non-stick” örtüyünün əsas materiallarından biridir. Nümunə üçün deyək ki, ən çox təlabat olan yapşlmayan tavaların bir çoxunda PTFE əsaslı yapışmayan örtük istifadə olunur.
Bu örtüyün əsas xüsusiyyətləri yeməyin tavaya yapışmasının qarşısını alması, istiliyə müəyyən həddə qədər davamlı olması, normal istifadə zamanı sabit hesab olunmasıdır. Lakin çox yüksək temperaturda həddindən artıq qızdırıldıqda örtük parçalanmağa və arzuolunmaz tüstülər yaratmağa başlaya bilər. Buna görə boş yapışmayan tavanı uzun müddət yüksək odda qızdırmaq məsləhət görülmür.
PFAS isə daha geniş kimyəvi maddələr qrupudur; PTFE həmin qrupdakı maddələrdən biridir. Sadə dillə desək: bunlar suya, yağa və istiliyə davamlı olmaq xüsusiyyətinə görə müxtəlif məhsullarda istifadə edilmiş kimyəvi maddələrdir. Məsələn, bəzi yapışmayan tava və qazan örtükləri, su keçirməyən bəzi parçalar, bəzi yağadavamlı qida qablaşdırmaları, bəzi sənaye məhsulları bu qəbildəndir.
PTFE yapışmayan qablardan istifadə mikroplastikləri insan orqanizminə ötürə bilər. Bu maddələrin insan orqaniminə daxil olması xolesterinin yüksəlməsinə, qaraciyər və immun sisteminə təsir etməsinə, bəzi hormonal və inkişaf dəyişikliklərinə, xərçəng və şiş xəstəliklərinə səbəb olması barədə araşdırmalar var.
Lakin bu gün bəzi ölkələrdə aparılan araşdırmalar bu maddənin adi yeməkbişirmə temperaturunda yeməyə, dolayısı ilə orqanizmə keçə bilməsi barədə iddiaları inkar edir. İddia edilir ki, PTFE çox kiçik miqdarlarda keçmə ehtimalı var, amma normal istifadə zamanı bu miqdarın insan sağlamlığı üçün təhlükəli səviyyədə olmadığı deyilir.
ABŞ Qida və Dərman Administrasiyası bildirir ki, yapışmayan qabların PTFE örtüyü çox böyük, polimerləşmiş molekullardan ibarətdir və qidaya keçə bilən PFAS miqdarı əhəmiyyətsiz dərəcədə azdır. Almaniyanın Risk Qiymətləndirmə Federal İnstitutu (BfR) isə qeyd edir ki, PTFE örtükdən bəzi flüorlu maddələr qidaya çox kiçik miqdarda keçə bilər. Lakin qab istehsalçının göstərişlərinə uyğun istifadə edilirsə, mövcud məlumatlara əsasən sağlamlığa mənfi təsir gözlənilmir.
Əsas problem PFAS-ın yeməyə keçməsi yox, boş qazanın həddindən artıq qızdırılmasıdır. BfR bildirir ki, PTFE örtüklü qab təxminən 360°C və daha yuxarı temperatura çatdıqda sağlamlıq üçün təhlükəli tüstülər yarana bilər. Buna görə boş yapışmayan qazanı və tavanı yüksək odda qızdırmaq olmaz.
Kanadanın Səhiyyə Nazirliyi də yapışmayan qabların boş halda əvvəlcədən qızdırılmamasını və çox yüksək temperaturda istifadə edilməməsini tövsiyə edir. BfR-in məlumatına görə, örtükdən çox kiçik hissəciklər qopub yeməyə düşsə belə, PTFE orqanizmdə həzm olunmur və əsasən dəyişmədən xaric edilir.
Lakin bu araşdırmalara paralel olaraq mikroplastiklərin insan sağlamlığına təsiri və hlükəsi də tbu günədək kifayət qədər öyrənilib. Yapışmayan qablar cızıldıqda və ya zədələndikdə mikroplastik tökülməsinin artması insan orqanizminə daha çox plastik mikroorqanizm daxil olması deməkdir. Bir araşdırmada, PTFE-dən hazırlanmış və zədələnmiş qazanalın 30 saniyə ərzində təxminən 9100 hissəcik yaydığı sübut edilib.
İstifadə etdiyiniz və ya almağa qərar verdiyiniz qazanda PFAS olub-olmadığını yoxlamağın ən sadə yolu qazanın altındakı “Reference”, “Ref.” və ya hərf-rəqəm kombinasiyası axtarmaqdır. Gördüyünüz kodu qazan markasının saytında axtarın, məhsulun səhifəsində “Inside Coating Name” və ya örtüyün adı göstərilir. Məsələn, bəzi qazan modellərində Titanium, Titanium Pro və s. kimi örtüklər göstərilir. Amma təkcə “Titanium” yazılması onun PFAS-sız olduğu demək deyil.
Bəzi yanmaz, yapışmaz qazan istehsalçıları açıqlayır ki, istehsal etdikləri məhsulun yapışmayan örtüklərində PTFE istifadə olunur və onların PTFE örtüklərində sağlamlıq baxımından narahatlıq doğuran bəzi PFAS-lar yoxdur. Lakin qeyd etdiyimiz kimi, bəzi araşdırmalar da bunun əksini deyir. Ona görə daha təhlükəsiz alternativ üçün keramika, saxsı, çuqun, dəmir materillarda qazanlara üstünlük vermək məsləhət görülür. Paslanmayan polad, yaxud çuqun tava, yapışmayan tavadan daha yaxşı seçimdir.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb