PDF Oxu

Araşdırma

  • 868

Partiya fəalının 50 illik yubileyi qeyd olunub - FOTO

Partiya fəalının 50 illik yubileyi qeyd olunub - FOTO

YAP Neftçala rayon təşkilatında partiya fəalı, Neftçala şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın direktoru və ərazi partiya təşkilatının sədri Aytəkin Mahmudovanın 50 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və təşkilatın əməkdaşları yubilyarı 50 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində yeni uğurlar arzulayıblar.
Görüşdə Aytəkin Mahmudovanın təhsil sahəsindəki çoxillik fəaliyyəti, rəhbərlik etdiyi təhsil müəssisəsinin inkişafına verdiyi töhfələr, eləcə də Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında göstərdiyi fəallıq diqqətə çatdırılıb. Onun peşəkar fəaliyyəti, təşkilatçılıq bacarığı və ictimai-siyasi proseslərdə iştirakı yüksək qiymətləndirilib.
Aytəkin Mahmudova yubiley münasibətilə göstərilən diqqətə və ünvanlanan səmimi təbriklərə görə YAP Neftçala rayon təşkilatının rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib.
Sonda yubilyara YAP Neftçala rayon təşkilatının Təşəkkürnaməsi, gül dəstəsi və xatirə hədiyyəsi təqdim olunub.

Digər xəbərlər