PDF Oxu

Araşdırma

  • 759

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr Lənkəran şəhər Rasim Məmmədov adına 5 nömrəli tam orta məktəbdə müzakirə olunub

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr Lənkəran şəhər Rasim Məmmədov adına 5 nömrəli tam orta məktəbdə müzakirə olunub

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsi Lənkəran şəhər Rasim Məmmədov adına 5 nömrəli tam orta məktəbdə keçirilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Giriş sözü ilə çıxış edən məktəbin direktoru Mayis Kazımov YAP-ın VIII Qurultayının partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, cəmiyyət qarşısında duran aktual məsələlərin həlli və dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, məktəbin təlim-tərbiyə prosesində milli-mənəvi dəyərlərin aşılanmasına, şagirdlərin vətənpərvərlik ruhunda yetişdirilməsinə və onların layiqli vətəndaş kimi formalaşdırılmasına xüsusi diqqət yetirildiyini vurğulayıb.

Daha sonra çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran şəhər təhsil sektorunun müdiri, YAP-ın VIII Qurultayının iştirakçısı Ağamməd Şənmədov qurultayda müəyyənləşdirilən prioritetlərin ölkəmizin inkişaf strategiyası ilə uzlaşdığını qeyd edib. O, təhsil sahəsində əldə olunan nailiyyətlərin davamlılığının təmin edilməsinin, gənc nəslin müasir bilik və bacarıqlara yiyələnməsinin, müəllimlərin cəmiyyətdəki nüfuzunun qorunmasının vacibliyini diqqətə çatdırıb. Natiq, həmçinin təhsil müəssisələrinin dövlət siyasətinin əsas istiqamətlərinin şagirdlərə aşılanmasında, milli dəyərlərə bağlı və fəal vətəndaşların yetişdirilməsində mühüm rol oynadığını bildirib.

YAP fəalları Xəyalə Tahirova, Kamalə Nabatova, Emiliya Əliyeva və Elnarə Kazımova çıxışlarında VIII Qurultayda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün üzərinə düşən məsuliyyətdən bəhs ediblər. Onlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin, sosial-iqtisadi inkişafın və təhsil sahəsində aparılan islahatların əhəmiyyətini vurğulayıblar. Çıxışlarda gənclərin dövlətçilik ənənələrinə sadiq, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan və ölkənin gələcəyinə məsuliyyətlə yanaşan vətəndaşlar kimi yetişdirilməsinin vacibliyi qeyd olunub. Eyni zamanda, partiya fəallarının ictimai-siyasi proseslərdə fəallığının artırılması, əhali ilə işin gücləndirilməsi və qarşıya qoyulan məqsədlərin reallaşdırılması naminə birgə fəaliyyətin əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbir çərçivəsində YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin yerli təşkilatların fəaliyyətində tətbiqi, təhsil müəssisələrində ideoloji işin səmərəliliyinin artırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və dövlətçilik prinsiplərinin təbliği istiqamətində fikir mübadiləsi aparılıb.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Digər xəbərlər