Analitika

  • 14 643

Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır

image

Azərbaycanda iqtisadi imkanların genişlənməsi, dinamik inkişafı biri-birindən əhəmiyyətli layihələrin icrasını sürətləndirir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını yüksək səviyyədə təmin edib və davamlı olaraq gerçəkləşir. Təbii ki, ölkəmizin iqtisadi inkişafı sosial siyasətin həyata keçirilməsində, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynayır.

Vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq Azərbaycan Prezidentinin məlum sərəncamları ilə əməkhaqları, təqaüdlər, sosial müavinətlər mütəmadi olaraq artırılıb, aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımlar, şəhid ailələrinin, Birinci Qarabağ müharibəsi, eləcə də Vətən müharibəsi əlillərinin, ümumillikdə, sağlamlığı məhdud olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. Bu və ya digər görülən işlər əhalinin sosial vəziyyətinin daha da yaxşılaşması üçün əsaslı zəmin yaradıb.Ən çətin zamanlarda öz vətəndaşının yanında olan Azərbaycan Prezidenti Ona göstərilən etimadı daima əməli fəaliyyətində göstərib. Bu gün də belədir. 44 günlük Vətən müharibəsində Azərbaycan vətəndaşları bir yumruq kimi, öz Prezidentinin ətrafında birləşdi. "Dəmir yumruq" əməliyyatı XXI əsrin müharibəsi olaraq dünya tarixində yer aldı. Qısa bir məsafədə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək 30 ilə yaxın zamanda işğal altında qalmış torpaqlarını erməni təcavüzkarlarından azad etdi. Təbii ki, bu müharibə dövründə ermənilər tərəfindən insanlıq əleyhinə cinayətlər törədildi. Münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlardakı mülki əhalini, eləcə də infrastruktur obyektləri hədəf seçərək, müxtəlif növ silahlarla, o cümlədən, artilleriya və ballistik raketlərlə atəşə tutdular. Nəticədə Ermənistan Silahlı Qüvvələri tərəfindən mülki şəxslər vəhşicəsinə qətlə yetirildi, insanların əmlakına, infrastruktur obyektlərinə zərər vuruldu.Məlumdur ki, Prezident İlham Əliyev noyabrın 6-da "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalamışdı. Sərəncama əsasən, Baş nazirin rəhbərliyi altında Dövlət Komissiyası yaradıldı. Beləliklə, Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın qiymətləndirilməsi həyata keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin dekabrın 14-də imzaladığı "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamda isə dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində maddi yardımın edilməsi qərara alındı və Sərəncamdan irəli gələrək, mülki əhaliyə dəymiş ziyana görə nəzərdə tutulmuş vəsaitlərin ödənilməsinə başlanıldı. Maddi yardımların ödənilməsi yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə banklar vasitəsilə həyata keçirildi.

UĞURLU DÖVLƏT SİYASƏTİNİN MƏRKƏZİNDƏ AZƏRBAYCAN VƏTƏNDAŞLARININ RİFAHI VƏ MƏNAFEYİ DAYANIR

Görülən işlərin davamı olaraq, 6 iyul tarixində dövlət başçısı bir sıra sərəncamlar imzalayıb. Dövlət başçısı "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 30 (otuz) milyon manat vəsait ayrılacaq."2020-ci il sentyabrın 27-dən başlayaraq, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə və dövlətə məxsus nəqliyyat vasitələrinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən, 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə 5 400 000 (beş milyon dörd yüz min) manat vəsait ayrılacaq.Cənab İlham Əliyevin "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamına görə, mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 5 200 000 (beş milyon iki yüz min) manat vəsait ayrılacaq.Dövlət başçısının digər Sərəncamına əsasən, Vətən müharibəsində kənd təsərrüfatına (kənd təsərrüfatı məhsulları, texnika, əkin sahələri, mal-qara və s.) dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 1 400 000 (bir milyon dörd yüz min) manat vəsait ayrılacaq. Bu tədbirlərin həyata keçirilməsi dövlətimizin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğının aydın təzahürüdür. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı və mənafeyi dayanır. Görülən işlər bir daha təsdiqləyir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır.

sia.az

Digər xəbərlər