Analitika

  • 2 816

Bu şəxs ABŞ-ın Azərbaycandakı növbəti səfiri ola bilər (?) ANALİTİKA

image

Biz ictimaiyyətə ABŞ Azərbaycandakı səfirinin tezliklə dəyişəcəyi və bu səbəbdən, hazırkı səfirin ABŞ-ın dövlət departamenti və Konqresi tərəfindən ölkəmizə qarşı olan əsassız hücumlarla bağlı susqunluğu haqqında məlumat vermişdik:

https://sia.az/az/news/politics/895195.html
Eyni zamanda qeyd etmişdik ki, ABŞ-ın yeni səfirlərinin təyinatı, adətən, payız aylarında baş verir ki, yeni səfirlər növbəti ildən təyinatla ölkələrində fəaliyyətə başlasınlar.
Lakin belə görünür ki, Azərbaycana yeni səfir təyin etmək ABŞ üçün bir o qədər də asan olmayacaq. Sözügedən prosesin nə qədər çətin olacağı, artıq ABŞ-ın Türkiyəyə yeni səfir təyin olunması prosesindən də göründü və belə bir ehtimalı daha çox artırdı.Bir daha xatırlada bilərik ki, səfirlərin təyinatını təsdiq edən Senatın Xarici Əlaqələr Komitəsinə hazırda Bob Menendes-Arslanyan rəhbərlik edir və o, ermənilərin himayədarı ilə yanaşı, həm də yeznəsi olaraq hər fürsətində türklərə qarşı siyasi hücumlar etmək imkanlarını əlindən buraxmır. Təkcə əlimizdə olan bir diqqətçəkən amili göstərə bilərik. Belə ki, bir neçə gün öncə Ağ evin Türkiyəyə fövqəladə və səlahiyyətli səfir təyin etmək istədiyi Cef Fleykin (Jeff Flake) namizədliyi müzakirə edilərkən, Menendes-Arslanyan namizəd qarşısında sual qoydu ki, o - yəni Cef Fleyk “24 aprel” tarixini “erməni sıyqırımı gününü” kimi qeyd edəcəkdirmi? Namizəd “bəli” cavabı verdi.Baxın, ABŞ-da rəsmi vəzifələrə təyin olunanlar prezidentlər kimi ölkə Konstitusiyasına və Bibliyaya and içirlər, fəqət bu gün Bayden administrasiyasının ermənipərəst dairələri sanki həmin rəsmi ənənəyə qeyri-rəsmi dəyişiklər ediblər, yəni diplomatik və dövlət səviyyəli vəzifələrə təyin olunarkən şəxslər həm də erməni saxtakarlıqlarına sadiq qalacaqları ilə bağlı etiraflar etməlidirlər (?!). Bu da Amerikadakı erməni lobbisinin dövlət siyasətinə necə güclü təsir etməsinin bariz nümunəsi və eyni zamanda, ABŞ-ın adına olan rüsvayçılıqdır!Sözügedən situasiyadan sonra Türkiyə hökuməti özünün rəski tvitter səhifəsində belə bir payaşım etmişdi və qeyd olunmuşdi ki, beynəlxalq konvensiyalara görə, səfiri qəbul edən ölkə onun təyinatına razılıq verməlidir (AGREMAN-Fransız sözü R.R.) və belə hallar davam edərsə, Türkiyə hökuməti mənfi cavab da verə bilər.İndi təsəvvür edin ki, uzun illər ABŞ-ın siyasi və NATO çərçivəsində müttəfiqi olan bir ölkəyə - Türkiyəyə səfir təyinatı belə bir qərəzli tonda müşahidə olunursa, görün Azərbaycana ediləcək yeni səfir təyinatında hansı problemlər yarana, qərəzə hesablanmış süni iddialar baş qaldıra bilər...Xüsusilə də unutmayaq ki, Azərbaycanın öz torpaqlarını güc hesabına qaytarması və ABŞ-ın bu poseslərdən kənar qalması ABŞ-ın müəyyən siyasi dairələri tərəfindən ölkəmizə qarşı genişmiqyaslı hücumların baş verməsinə gətirib-çıxarıb.Eyni zamanda, xatırlatmalıyıq ki, məhz “inqilablar mühəndisi”, milyarder Corc Sorosun maliyyəsi və saxtakarlıqları vasitəsi ilə hakimiyyətə gətirdiyi Bayden iqtidarı beynəlxalq siyasi arenadakı bütün cinahlarda demək olar ki, aşkar məğlubiyyətlərə məruz qalır. Üstəlik, Amerikada Baydenə qarşı inamsızlıq, etimadsızlıq sindromları cücərir, zaman-zaman impiçment tələbləri də gəlməyə başlayır. Bu, hələlik, sadə amerikalıların qığılcımlarıdır...Baş verən proses əsasən amerikalı hərbçilərin Əfqanistandan xaotik qaçışından sonra daha da sürətlənib. Bu faktor Soros-Bayden planlarını iflasa uğrada, mövcud iqtidarın dayaqlarını laxlada bilər.Belə bir vəziyyətdə isə mümkün ehtimallar yaranır və sual verilə bilər ki, həmin onlar hansılardır? Soros çalışır ki, hər hansı bir məsələdə ABŞ-ın siyasətinə uğur qazandırsın və Bayden iqtidarına qarşı xalq etirazları baş qaldırmasın. Yəni az da olsa uğur qazanmağa ehtiyac var. Bunun üçün isə Soros ilk növbədə çalışacaq ki, başa çatmış Qarabağ münaqişəsi siyasi cəhətdən yenidən dirçəlsin. Hazırda Ağ ev son dərəcə mürəkkəb axtarış prosesindədir ki, bu tipli mesajları ilə Azərbaycan elə bir namizəd göndərsin ki, Azərbaycan həmin şəxsi heç olmasa ölkəyə buraxsın.Seçim kriteriyası isə kifayət qədər sərtdir. Namizəd Azərbaycanın qonşu ölkələrlə, xüsusi ilə də Rusiya ilə münasibətləri haqqında məlumatlı olmalı, əvvəllər Azəbaycan hökuməti ilə işləmiş və müəyyən əlaqələrə malik olmalı, Azərbaycana müharibə zamanı dəstək olmuş ölkələrlə müəyyən dərəcədə bağlı olmalıdır.Ekspertlərin fikrincə, hazırda bütün bu kriteriyalar cavab verən ən uğurlu namizəd Derek Hoqandır (Dereck J. Hogan).Hoqan ABŞ Azərbaycandakı səfirliyində 2013-2015 illərdə missiya rəhbərinin müavini, bir müddət isə müvəqqəti işlər vəkili vəzifələri icra edib. Xüsusi olaraq qeyd etmək lazımdır ki, o ölkəmizə məhz demokratların hakmiyyəti dövründə səfirin müavini təyin olunmuş və fəaliyyəti dövründə Azərbaycanın hökumət nümayəndələri ilə sıx əlaqələr qurmuşdur. Hoqan həmin dövrlərdə çalışırdı ki, siyasi proselərlə bir o qədər də müdaxilə etməsin.Derek Hoqandır eyni zamanda, regionda baş verən proseslərlə tanışdır. 2007-2009-cu illərdə ABŞ-ın Rusiya səfirliyində çalışıb və 2008-ci ildə Gürcüstandakı müharibə zamanı münaqişə ilə bağlı Rusiya hökuməti ilə ünsiyyətdə olub. Rus dilini mükəmməl bilir.Onun Rusiyadakı fəaliyyəti ilə bağlı ətraflı məlumatı buradan əldə etmək olar:
https://afsa.org/sites/default/files/iuse_profile_political_officer_russia.pdf
Ümumiyyətlə isə Derek Hoqan diplomatik fəaliyyətə 1997-ci ildə başlayıb. Maraqlıdır ki, onun indiki vəzifəsi də birbaşa bu regionla bağlıdır. Belə ki, Hoqan hazırda Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda Dövlət Katibinin köməkçisinin müavinidir. Evlidir, bir qızı var.Derek Hoqanla bağlı digər maraqlı fakt odur ki, bəzi mənbələrə görə o, ana tərəfdən yahudidir və bu fakt onun diplomatik karyerasında yardımçı olub. Eynilə bu fakt da məhz onu Azərbaycana təyin olmaq üçün uğurlu namizəd edən əlavə amildir. Belə ki, son müharibə zamanı Azərbaycan-İsrail münasibətləri inkişaf etmiş və ümumiyyətlə, bütün beynəlxalq yahudi təşkilatlarını Azərbaycanın haqlı mövqeyinin dəstəkləmişdir. ABŞ-ın Dövlət Departamenti bu amildən öz mövqelərini yeritmək üçün istifadə edə bilər. Yeganə məsələ isə ABŞ-ın Azərbaycana qarşı təsir etmək cəhdlərinin baş verdiyi bir vaxtda cənab Hoqanın bu vəzifəyə razı olub-olmamasıdır. Necə deyərlər, zaman özü hər şeyi yerbəyer edəcək.

siaşaz

Digər xəbərlər