Analitika

  • 4 152

2003-cü ilin 15-16 oktyabr olaylarını unutmamışıq! TƏRS BAXIŞ+AKTUAL

image

Yaxud, dağıdıcılıq xislətində olan radikal müxalifət bu dəfə Qazaxıstandan “bəhrələnmək” arzusundadır

Bugünlərdə Xəzərin o tayında, Qazaxıstanda baş verən olaylar əlbəttə ki, regional ölkə olaraq bizləri də narahat edir. Çünki istənilən halda qanın tökülməsi qəbulolunan deyil. O da qəbulolunan deyil ki, artıq ölkəmizdəki bəzi radikal və dağıdıcı xislətli qruplar Qazaxıstanda cərəyan edən hadisələrin Azərbaycana da transfer olunmasını açıq-aşkar arzu edir, “sağ əlləri başımıza” kimi sərsəm, ucuz düşüncəlkəri ilə cəmiyyətimiz arasında ikitirəlik, parçalanma yaratmağa çalışırlar. Söz yox ki, istənilən qanunsuzluqların, dövlət əleyhinə çıxşların, qiyam və üsyanların arxa planında xarici qüvvələrin dayanması reallıqdır.
Bu günün güclü, qüdrətli, qalib Azərbaycanının mövcudluğu məhz o zamankı xalq-iqtidar birliyinin sarsılmazlığının sayəsində yarandı və bu birlik hazırkı dövrə qədər davam edib, möhkəmlənib, dərin təməllərə söykənib, bu cür də davam edəcək!
Yəni dəfələrlə sübuta yetirilib ki, müxtəlif siyasi proseslər, ölkə əhəmiyyətli hadisələr dövründə radikal xislətli sözdə “müxalifətçi”, əslində isə dağıdıcı ünsürlər öz xarici ağalarından sifarişlər alaraq öz kirli əməllərini pul-para qarşılığında həyata keçirməyə cəhdlər göstəriblər. Yalnız xalqın dövlətə olan bağlılığı və möhkəm iradəsi sayəsində həmin ünsürlərin və ağalarının Azərbaycana təsir etmək imkanlarının qarşısı alınıb. Biz, elə də uzağa getməyərək 19 il əvvəl – 2003-cü ilin 15-16 oktyabr hadisələrini xatırlaya bilərik.Məhz həmin vaxtlarda xalqın seçiminə qarşı çıxan dağıdıcı radikallar qiyam, çaxnaşma, vətəndaş qarşıdurmaları yaratmaq əmrinə riayət edərək paytaxt Bakıda xaos yaratmağa çalışdılar. Bu gün internet resurslarında həmin hadisələr və onların icraçıları, habelə sifarişçiləri barədə kifayət qədər məlumatlar mövcuddur.Lakin onların mənfur planları baş tutmamış qaldı və bu günün güclü, qüdrətli, qalib Azərbaycanının mövcudluğu məhz o zamankı xalq-iqtidar birliyinin sarsılmazlığının sayəsində yarandı və bu birlik hazırkı dövrə qədər davam edib, möhkəmlənib, dərin təməllərə söykənib, bu cür də davam edəcək!
“Qazaxların sağ əlləri başımıza” deyib yüngüllük edən, sosial şəbəkələrdə siyasi artistizmlə məşğul olan ünsürlər unutmamalıdırlar ki..!
Beləliklə, bizlər heç də 2003-cü ilin 15-16 oktyabr olaylarını unutmamışıq və bundan sonra da unutmayacağıq, istənilən daxili və xarici düşmənlərimizə qarşı ən sərt mövqeyimizi ortaya qoyub, onların qarşısını almaqda davam edəcəyik.Və bu gün “qazaxların sağ əlləri başımıza” deyib yüngüllük edən, sosial şəbəkələrdə siyasi artistizmlə məşğul olan ünsürlər unutmamalıdırlar ki, Azərbaycan istər Qazaxıstandan, istər Gürcüstandan, istər Ukraynadan kifayət qədər fərqli ölkədir və bu ölkədəki xalq-dövlət məfhumunun sarsılmazlığı əsla çaxnaşmalara, qarşıdurmalara imkan verə bilməz, əsla!Onu da qeyd edək ki, özlərini “müxalifət liderləri”, “dahi siyasətçilər” kimi zorla ictimai rəyə sırımağa çalışan Əli Kərimli, Cəmil Həsənli, Gülktəkin Hacıbəyli, Tofiq Yaqublu kimi boşboğazlar yğınağı və onların Avropa küçələrində “siyasi mühacir” statusu ilə sülənən, gah da interet şəbəkələrinə çıxıb klounluqlar edən “həmdərdləri” bu günün özündə belə etirazla qoyamın bir-birindən fərqlənən cəhətlərini anlamırlar və bu anlammsızlıqları ilə xalqın sözün əsl mənasında zəhləsini tökür, başını ağrıdırlar.
Allah belələrinə düşüncə və şüur versin ki, bəlkə bundan sonra ağıllanalar, amma çətin...
Və bu gün Qazaxıstanda baş verən olaylar əslində etirazların qiyama transformasiya olunması faktıdır. Daha dəqiq desək, etirazları ya təşkil etmək, ya da məhdudlaşdırmaq, lazım olsa da, qiyam, qanunsuzluq halı yarananda buna ehtiyac qalmır, yəni məsələ başıpozuq kütlənin siyasi orientasiyadan çıxaraq cinayətkarlıq çərçivəsinə daxil olmaları prosesinə başlanılır. Etirazlardan fərqli olaraq qiyamların liderləri, təşkilatçıları, aparıcı qüvvələri, gündəmləri, hər hası yöndəki tələbləri də olmur. Məhz 2003-cü ildə də siyasi hadisələr sonradan məhz bu günkü Qazaxıstan senarisinə doğru yönəlirdi və zamanında, qətiyyətlə qarşısı alındı, dövlətçilik maraqları qorundu, xalqın seçimi mühafizə edildi.Daha bir amil: normal düşüncəyə sahib olan insan istənilən ölkədə, o da ola regional və dost ölkə - orada baş verənlərin tezliklə başa çatmasını, tələfatların, itkilərin olmamasını arzu edər, amma özlərini “müxalifət liderləri” adlandıran ucuz təfəkkürlü ünsürlər bunun yerinə oradakı hadisələrin daha da böyüməsini, üstəlik, “sağ əllərinin başımıza” olmasını istəyirlər. Nə deyək, Allah belələrinə düşüncə və şüur versin ki, bəlkə bundan sonra ağıllanalar, amma çətin...

Rövşən RƏSULOV

Digər xəbərlər