Analitika

  • 6 427

Hindistanda “hindus faşizmi” aktları – təcavüzkar kimdir? SİYASİ RAKURS+ÖZƏL

image

Dehli hər zaman Ermənistanın işğalçılıq siyasətinə bu və ya digər şəkillərdə dəstək göstərməklə Azərbaycan əleyhinə verilən qərarlara “ok” deyib!

BMT-nin Təhlükəsizlik Şurasının son iclasında Hindistan Azərbaycanı “təcavüzkar” ölkə kimi gördüyünü ifadə etdi və buna “əsas” kimi sentyabrın 12-13-də Azərbaycanla Ermənistanın delimitasiya və demarkasiya olunmamış, yəni dəqiqləşdirilməmiş sərhəd ərazilərində erməni tərəfinin təxribatlarına və diversiya cəhdlərinə qarşı qətiyyətli cavabın verilməsi göstərildi. Təsəvvürünüzə gətirin, düşmən qapınızı döyür və siz də qapı döyənin düşmən olduğunu bilə-bilə ona heç nə demirsiniz və o da qapınızdan içəri keçməklə həyatınızı təhlükə altında qoyur Azərbaycan isə öz növbəsində yağı düşmənə qarşı sarsıdıcı zərbə endirdikdə nədənsə və dərhal “təcavüzkara” çevrilir!
Güclü və qüdrətli Azərbaycanın müsəlman ölkəsi olması da Hindistanın ani-Azərbaycan maraqlarının get-gedə yüksəlməsinə öz təsirlərini göstərir
Və hazırda bu, bizim dövləti “təcavüzkar” adlandıran həmin Hindistandır ki, öz daxilində digər dinlərin, konfensiyaların və millətlərin, xüsusilə müsəlmanların inanclarına, etiqadlarına qarşı amansız, qəddar siyasət tətbiq edir. O da kimsəyə sirr deyil ki, Hindistan bütpərəst-faşizm və islamofob ideologiyası fonunda ölkə ərazisində yaşayan bütün müsəlmanların hüquq və haqlarını tapdalayır, xüsusilə Kəşmirdə ardıclıl və qanlı repressiyalara əl atır. Çox yəqindir ki, güclü və qüdrətli Azərbaycanın müsəlman ölkəsi olması da Hindistanın ani-Azərbaycan maraqlarının get-gedə yüksəlməsinə öz təsirlərini göstərir.Və bu gün Azərbaycanın dost və qardaş Pakistanla əlaqələrinin ən yüksək, hətta daha çox yaxın münasibətlərdə qurması da təcavüzkar Dehlini sözün əsl mənasında qıcıqlandırır. Əgər Pakistan 44 günlük müharibədə mənəvi cəhətdən daim Azərbaycanın yanında olduğunu bəyan edirdisə, bu gün də həmin bəyanatlarını səsləndirirsə, Hindistan dərhal bundan narahatlıq keçirir, halbuki narahatlığına da heç bir əsas yoxdur.
Əbəs deyil ki, Prezident İlham Əliyev Hindistanda müsəlmanların diskriminasiyalara uğradıldığını, təqiblərə məruz qaldıqlarını və bunun yolverilməz olduğunu bəyan etmişdi
Azərbaycan əsla və heç vaxt başqa dövlətlərin ərazilərinin bütövlüyünə Hindistandan fərqli olaraq ədalətsiz nəzərlərlə baxmır. Lakin paralel olaraq olanları ifadə edir. Məsələn, Dehlinin müsəlmanlara qarşı nümayiş etdirdiyi qanlı siyasətini pisləyir. Əbəs deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev də bu mövzuda fikirlərini irəli sürərək həmin ölkədə müsəlmanların diskriminasiyalara uğradıldığını, təqiblərə məruz qaldıqlarını və bunun yolverilməz olduğunu bəyan etmişdi.Beləliklə, rəsmi Dehlinin Ermənistana az qala bütün sahələrdə tam dəstək verməsi də artıq gerçək məsələdir. İstər 44 günlük müharibəyə qədər, istərsə də sonra Ermənistana radar sistemlərinin və s. hərbi təchizatların verilməsi ilə bağlı önə sürülən qərarlar da məhz bu xüsusdandır. Gerçəkliyə və məntiqə qalanda bundan da təəccüb etməyə dəyməz.Məsələn, Hindistandakı hakim dairələrin kütlənin beyini hindutva ilə zəhərlədiklərini nəzərə alsaq rəsmi Dehlinin düşmən hesab etdiyi türk və müsəlman dünyasına qarşı aqressiv düşüncələrinin haradan qaynaqlandığını tam şəkildə müəyyən edə bilərik. Yəni fakt budur ki, hazırda Hindistanda dövlət səviyyəsində (!) "hindus faşizmi" kimi tanınan siyasi mexanizm həyata keçirilməkdədir. Belə ki, dövlət qurumları və güc strukturları hindutva tərəfdarları olan ekstremist dəstələri və silahlıları qeyri-rəsmi şəkildə, dolayısı ilə dəstəkləyir, maliyyələr ayırır, müsəlmanlara qarşı hücumlara göz yumur və əsla heç bir tədbirlər görmür. Bunun yerinə isə ölkədə hindus faşizminin, yəni hindutvanın yayılmasının təhlükəli olduğunu deyən hüquq müdafiəçiləri və s. ictimai xadimlər isə terrorlara, təhdidlərə, linçlənmələrə məruz qalırlar.Yeri gəlmişkən, bu ilin iyunun ayının 9-da Hindistanın Azərbaycandakı səfiri Bavitlung Vanlalvavna ölkəsində islam dininin təhqiri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı. Səbəb Hindistanın hakim partiyası rəsmilərinin islam dini və Məhəmməd Peyğəmbərin əleyhinə təhqiramiz ifadələr işlətməsi olub. Nazirlikdə belə münasibətin qəbuledilməz olduğu bildirilib. Həmşinin, Hindistan rəsmilərinin sərgilədiyi islamofob mövqeyin bütün dünya müsəlmanlarının hissiyatına toxunduğu qeyd edilib və Azərbaycanın bu davranışı qınaması Hindistan səfirinin diqqətinə çatdırılıb.Belə halların müxtəlif dinlərdən olan insanların sülh şəraitində birgə yaşayışına xələl gətirdiyi vurğulanıb. Qeyd olunub ki, sözügedən rəsmilərə qarşı Hindistan hökuməti tərəfindən sərt tədbirlərin görülməsi gözlənilir.
Elə məlum Qərb ölkələri də var ki, onlar Azərbaycana qarşı məhz Hindistanın baxdığı nəzərlərlə baxırlar, ittiham edirlər və s.
Və maraqlısı da budur ki, sözügedən antihumanizm və vəhşiliklər istənilən başqa ölkədə olsaydı kollektiv Qərb dərhal bəyanatlar istehsalına başlayar, sanksiyalar tətbiq edər, cəza mexanizmlərini işə salardı. Bu baxımdan, Hadisələr Hindistanda baş verdiyi üçün "demokratik və mütərəqqi" Qərb nədənsə susur, özünü görməməzliyə, korluğa və lallığa qoyur. Əksinə, elə məlum Qərb ölkələri də var ki, onlar Azərbaycana qarşı məhz Hindistanın baxdığı nəzərlərlə baxırlar, ittiham edirlər və s.Bütün bunlardan sonra artıq nəyin-necə və kimin-kim olması da tam şəffaf şəkildə bəlli olmağa başlayır. Artıq hər şey və hər kəs öz adı ilə çağırılmalıdır. Fakt budur ki, Hindistan özünün hindus-şovinist rəhbərliyi başda olmaqla aparteid dövlət olması ilə yanaşı, həm də müsəlmanları təqib-təhdid edən xunta idarəçiliyi təsirini bağışlamaqdadır. Bu baxımdan, belə bir ölkə ilə pozitiv əməkdaşlıq qurmaq da əslində böyük suallar doğurmaqdadır. Əgər Hinndistan Azərbaycanı əsassız və sübutsuz olaraq “təcavüzkar ölkə” qismində görürsə, onda Bakı da Dehliyə layiq olduğu yerini göstərməlidir!

Rövşən RƏSULOV
P.S. Yəqin ki, paytaxt sakinləri tez-tez, hətta ildə iki dəfə (!) Bakıda Hindistan müxtəlif sərgilərinin və satış mərkəzlərinin təşkilini müşahidə edir, bu tədbirlərə qatılaraq həmin ölkənin bazarına necə deyərlər, pul-para buraxırlar. Ümumiyyətlə, Azərbaycan daim Hindistana bütün müsbət cəhətlərdən açıq olub. Üstəlik, əsrlər boyu ölkələr arasında tarixi bağlar da mövcuddur. Amma çox təəssüf ki, Hindistan bütün dəyərləri heçə saymaqla öz növbəsində müxtəlif nüfuzlu təşkilatlarda ermənilərin işğalçılıq, təcavüzkarçılıq siyasətlərinə dəstək göstərmək məqsədi ilə Azərbaycana qarşı haqsız, ədalətsiz mövqe nümayiş etdirir və hesab edir ki, onun bu addımları cavabsız qalacaq. Amma qalacaqmı..? Təbii ki, əsla!

Digər xəbərlər