Analitika

  • 4 734

Siyasi möhtəkirlər yığnağı: rəzillik və murdarlıq bataqlığında məhvin reallığı ANALİTİK+AKTUAL

image

Belə bir “münasibəti” heç erməni öz dövlətinə qarşı göstərməzdi ki, Əli Kərimli, Gültəkin Hacıbəyli, Tural Sadıqlı, Tofiq Yaqublu, Qubad İbadoğlu, Sevinc Osmanqızı və s. kimi riyakar və rəzil ünsürlər həmin sözləri dilinə gətirdilər

Xalqımız cəbhədə qazanılan tarixi qələbə reallığını yaşadığı bir zamanda istər sapı özümüzdən olan baltaların, istərsə də onlara sifarişlər verib, sözün əsl mənasında, Azərbaycan dövlətinin üzərinə qısqırdan xarici düşmənlərimizin tələsik oyunlarına start verildi, özü də şəhidlərimizin müqəddəs qanları üzərində (?!-R.Q.)Xalqımızın növbəti dəfə bir araya gəldiyi, vahid yumruq tək birləşdiyi anda özlərini “müxalifət liderləri” adlandıran siyasi nakəslər, habelə xarici ölkələrdə düşmən çörəyi ilə bəslənən sözdə “dissidentlər”, əslində isə, erməni nökərləri dərhal (!) milli heysiyyatımıza toxunan nalayiq fikirləri ilə ortalığa düşdülər. AXCP sədri Əli Kərimli, Müsavatın başqanı Arif Hacılı, “Milli Şura” üzvləri – Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, ABŞ-ın qaranlıq dairələrində şübhəli müzakirələr aparan Qubad İbadoğlu, özünü və sözünü bilməyən rəzil Altay Göyüşov və sairləri ikrah dolu ucuz düşüncələri, nadanlıqları ilə sağlam düşüncəli ictimai rəyin hiddətinə səbəb oldular.
Əli Kərimlinin ucuz təfəkkür və xəstə təxəyyül məhsulunun verdiyi üfunət qoxulu sətirlərinə nə qədər ağır və çətin olsa da nəzər salaq
Hətta vəziyyət o həddə gəlib-çıxdı ki, onlar açıq-aydın düşmənin xeyrinə çıxış etməyə, işğalçını və təcavüzkarın tərəfini tutmağa başladılar. Təkcə AXCP sədri Əli Kərimlinin ucuz təfəkkür və xəstə təxəyyül məhsulunun verdiyi üfunət qoxulu sətirlərinə nə qədər ağır və çətin olsa da nəzər salaq. O, Azərbaycan dövlətini hədəfə alan suallarını önə sürür: “Heç bir zərurət olmadan Aprel döyüşlərində olduğuna yaxın itki verdik. Yenə də say - seçmə oğullar, zabitlər, gizirlər, komandolar, əsgərlər şəhid oldu. Nəyin naminə? Nəyə nail olduq? Sərhəddəki döyüşlərin səbəbi, məqsədi nədir? Biz haqlıyıqsa, nəyə görə BMT Təhlükəsizlik Şurasında bizi qınayıblar? Bu vəziyyət ölkəmizin diplomatik məğlubiyyəti deyilmi? Nəyə görə haqlı ikən haqsız duruma düşdük? Yenicə ağır yaralanıb qazi olmuş igidlərimizdəmi bir müddətdən sonra digər 42 qazimiz kimi özünü öldürmə həddinə çatdırılacaq?”Açığını desək, belə bir “münasibəti” heç erməni öz dövlətinə qarşı göstərməzdi ki, Əli Kərimli, Gültəkin Hacıbəyli, Tural Sadıqlı, Tofiq Yaqublu, Qubad İbadoğlu, Sevinc Osmanqızı və s. kimi riyakar və rəzil ünsürlər həmin sözləri dilinə gətirdilər. Əslində, xainlik sindromlu ab-havanın üfunətli qoxusu bu məsələdə şkala həddini aşır və sürətlə ərtafa yayılır. Yəni dövlət öz sərhədlərinin təhlükəsizliyini təmin edir, düşmənin içlərimizə doğru irəliləməsinin qarşısını alır, bu yolda oğullarımız qorxmadan, çəkinmədən canlarını sipər edirlər, haranınsa siyasi tülüngüləri sırf düşmən marağını izhar edirlər!
Görün, Əli Kərimli Azərbaycan xalqına və ordusuna nə qədər nifrət edir ki...
Adam nə qədər alçaq və xain olmalıdır ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olan qəhrəmanlarımızın ruhuna hörmətsizlik edərək Onların nəyin naminə vuruşduqlarını söyləyə? Görün, Əli Kərimli Azərbaycan xalqına və ordusuna nə qədər nifrət edir ki, Şəhidlərimizin şücaətini və vətən uğrunda tökdüyü qanı heçə sayır, erməni təcavüzünün qarşısını alan əsgər və zabitlərimizin nəyin naminə şəhid olduqlarını sorğu-sual edir? Bu sualı xalqımızın düşmənindən başqa kim verə bilər? Ermənilər üçün bundan yaxşı anti-Azərbaycan tezisi ola bilərmi?
Əli Kərimlinin sərsəm sualına arqumentli cavab budur!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və qəhrəman Ordumuzun şücaəti, eləcə də yüksək döyüş qabiliyyəti sayəsində torpaqlarımıza həyasızcasına soxulan Ermənistan ordusunun bu dəfə də başlarının əzilməzi düşmənin ayaq açıb yürüməsinə imkan vermədi. Ermənistanın Azərbaycanla delimitasiya və demarkasiya olunmamış sərhəd ərazilərində - Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurulmuş və milli təhlükəsizliyimizə, suverenliyimizə təhdid yaradan bütün hərbi təyinatlı obyektləri bir daha təhlükə yarada bilməyəcək şəkildə darmadağın edildi, həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemi, çox mühüm yüksəkliklər nəzarətə götürüldü. Təcavüzkar düşmənin xeyli sayda hərbi texnikaları, hər zaman öyündüyü və dəyəri milyarddan artıq olan iki S-300 və S-125 raketləri, 500 nəfərə yaxın canlı qüvvəsi, onlarla postları məhv edildi. Bundan sonra Ermənistan heç vaxt arxalandığı hansısa qüvvələrinin təhriki ilə Azərbaycanı ümumiyyətlə, fakt qarşısında qoya bilməz. Artıq həmin məqam danılmaz aksiomaya çevrilib.AXCP-nin sədri istifadəyə yararsız düşüncəsi ilə sual edir ki, "biz haqlıyıqsa, nəyə görə BMT Təhlükəsizlik Şurasında bizi qınayıblar? Bu vəziyyət ölkəmizin diplomatik məğlubiyyəti deyilmi?”Əslində, bu adama başa salmaq (əgər anlamağa qadir ünsürdürsə) lazımdır ki, Azərbaycana dost olan çoxsaylı ölkələrlə yanaşı, Fransa kimi, ABŞ-ın üçüncü şəxsi Nensi Pelosi kimi və ümumiyyətlə, siyasi dairələri kimi ermənipərəst olan ölkələr də var. BMT TŞ-da keçirilən müzakirələrdə isə düşmən Ermənistandan başqa heç kim Azərbaycanı qınamayıb, xaricdə oturub söyüş müxalifətçiliyi edənlərə idə qucaq açaraq ölkəmizə qarşı istifadə edən Fransa isə məxsusi olaraq və həmişəki kimi Ermənistanı müdafiə edib!
Altay Göyüşov kimi namərdlər də az deyil...
Altay Göyüşov və sairləri isə daha da irəliyə gedərək Azərbaycanı Ermənistana qarşı təcavüz etməkdə ittiham edib, üstəlik, Azərbaycan oğullarının uğrunda can verdikləri torpaqlarımızı da təhqirə məruz qoyub. Ümumiyyətlə, özünü azərbaycanlı və ya heç olmasa vicdanlı kəs kimi görən istənilən şəxs öz dövlətinə və xalqına qarşı bu qədər düşmən mövqeyində dayanmamalıdır. Məsələ ondadır ki, Azərbaycana qarşı şərəfsizcəsinə atdığı bu iftiralardan sonra Ermənistanın ölkəmizə qarşı gücləndirdiyi təbliğat maşınının qəhrəmanına çevrilən Altay Göyüşov kimi namərdlər də az deyil. Misal üçün, Müsavat başqanı Arif Hacılının da həmin kirli yorğana bürünərək Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyata dil uzadaraq "bu yüksəkliklər bizim nəyimizə lazımdır” deməsi onların hər birinin bir bezin qırağı olduğunu isbatlayır.Ancaq, bu bədbəxt rəzillər anlamırlar ki, erməni işğalı nəticəsində milli ləyaqəti tapdanan xalqımız Vətən müharibəsindəki tarixi qələbədən sonra qalib millət olaraq yenidən doğuldu, torpağını azad etmək üçün qəhrəmanlar yetişdirən və vətən yolunda Şəhid edən xalq hər zaman güclü dövlətinə, Şanlı Ordusuna və qətiyyətli, Müzəffər Ali Baş Komandınına sahib çıxacaq və bu kimi murdar xislətliləri də birdəfəlik tarixin arxivinə atıb, oradaca siyasi fatihələrini oxuyacaq.
Rövşən RƏSULOV

Digər xəbərlər