Analitika

  • 7 407

Dövlət başcısının uğurlu siyasəti nəticəsində Minsk qrupu tarixin arxivinə qovuşdu

image

Azərbaycan Prezidenti İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı regionumuzda baş verən proseslər ətrafında, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlar cərcivəsində həmkarlarını məlumatlandırması milli maraqlarımızın qətiyyətlə qoruduğunun daha bir ifadəsi idi. Dövlət başcısi cıxışında vacib məqamlara nəzər salaraq Ermənistanın 30 ilə yaxin bir zamanda işğalda olan ərazilzəmizin azad olundunu və Zəfər qazanmış ölkəmizin realliqlarini diqqətə catdirib. Dövlət başcısı ilk olaraq 28 il ərzində Minsk qrupunun münaqişənin həlli istiqamətindəki fəaliiyənə nəzər salaraq nəticənin sıfra bərabər olduğunu bildirib. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənib. Artıq Prezidentin uğurlu siyasəti nəticəsində Minsk qrupu tarixin arxivinə qovuşdu.

Prezident cıxışında bu qurumun başlıca məqsədinin münaqişənin nizamlanması yox, onun dondurulması olduğunu bildirib: “Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Beləliklə, münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən, hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib”.

Dövlət başcısı ərazilərimizin kütləvi şəkildə minalandığını xatırladaraq münaqişə başa çatdıqdan sonra da, Ermənistanın sülh prosesinə zidd olaraq minalar basdırdığinı bildirib. 10 noyabr 2020-ci il Bəyanatından sonra 250 nəfərdən cox Azərbaycan vətəndaşının mina qurbanı olmasiı Ermənistanın təcavüzkar siyasətinin təzahürüdür. “Eyni zamanda, bizim tərəfimizdən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. Həmçinin Azərbaycanın bir hərbi mövqeyindən digərinə aparan yollar minalanıb”, - deyə prezident diqqətə catdırıb.

Aydındır ki, Azərbaycan regionda sülhün təmin olunması istiqamətində təşəbbüsləri dəstəkləyir. Bu baxımdan, cari ilin oktyabrın 6-da Praqa şəhərində “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş nəticəsində
qəbul olunmuş bəyanat sülhə doğru irəliləyiş hesab olunur. Lakın Praqa görüşündə iştirak edən Fransa Prezidenti Emmanuel Makronun bir həftə sonra Azərbaycanın əleyhinə əsassız bəyanat verməsi cəmiyyətimiz tərəfindən kəskin etirazla qarşılandı. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları
manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı.

Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik. Azərbaycan Prezidenti cıxışında bir cox məqamlara nəzər salıb. Fransanın
xarici işlər nazirinin Azərbaycanın əleyhinə yalan bəyanatlar verdiyini, Azərbaycanın Parisdəki səfirliyinə edilən basqın və digər məsələləri diqqətə catdırıb. “Həmçinin Ermənistan tərəfindən Azərbaycanın Livandakı və ABŞ-dakı səfirliklərinə qarşı təxribatlar törədilib. Sonuncu təcavüz aktının, terrorun da - Azərbaycanın ABŞ-dakı səfirliyinin avtomobilinə odlu silahdan atəş açılmasının görüntüləri var. Biz Azərbaycanın diplomatik missiyalarının mövcud olduğu ABŞ-ın, Fransanın, Livanın və digər ölkələrin hakimiyyətlərini, - o ölkələrdə ki, onlar terrora məruz qala bilər, - məsuliyyətli olmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq” – deyə bildirib. Əlbəttə ki, bu terror akları, vandalizm aktları Ermənistan tərəfindən təşkil edilib.

Dövlət başcısının qeyd etdiyi kimi, 1990-cı illərdə erməni xüsusi xidmət orqanları tərəfindən 32 terror aktı - metroda, avtobuslarda, bərələrdə və qatarlarda partlayışlar törədilib. Bu terror aktları nəticəsində iki mindən çox dinc azərbaycanlı həlak olub. Postmünaqişə vəziyyətinin aspektləri cərcivəsində Azərbaycanın azad edilmiş ərazilərin bərpası əsas məsələlərdəndir və bu istiqamətdə tarixi qələbəmizdən sonra azad edilən ərazilərdə sürətli şəkildə bərpa və quruculuq işləri aparılır. “Hər şey dağıdılıb, görüntülər dərc edilib, arzu edənlər tanış ola bilərlər. On min kvadratkilometr ərazidə demək olar bir salamat bina qalmayıb, 67 məsciddən 65-i dağıdılıb. Müsəlmanların müqəddəs yerlərinin təhqir edilməsi, məscidlərdə donuz və inək saxlanılmasına dair görüntüləri internetdən də əldə etmək olar. Bütün bunlar Azərbaycan xalqına və bütün
müsəlman dünyasına qarşı ifrat dərəcədə nifrətdən xəbər verir. Bunu ancaq belə başa düşmək olar”, - deyə Prezident qeyd edib.

Azərbaycan regional təhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfəsini verir və dövlət başcısı bütün cıxış və görüşləridə regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatına xüsusi önəm yetirir.

Əvəz Qocayev,
YAP Nəsimi rayon təşkilatinin ərazi partiya təşkilatının sədri, AAYDA İdarə
Heyətinin sədr müavini

Digər xəbərlər