Təcrübə proqramları müxtəlif istiqamətlərdə və sahələrdə fəal şəkildə həyata keçirilir. Avropalı siyasətçilər bunu əmək bazarında vəziyyəti yaxşılaşdırmaq üçün fürsət kimi qiymətləndirirlər.Təcrübə proqramları işsizliklə mübarizə strategiyasının bir hissəsi kimi yaradılmışdır. Onlar əmək bürosu tərəfindən təşkil olunur ki, təhsilini yeni almış gənclər lazımi praktiki bacarıqlara yiyələnsinlər və öz səriştələrini təkmilləşdirsinlər. Təcrübənin iki əsas funksiyası var:
Təcili işləri yerinə yetirmək üçün insanlara ehtiyacı olan, lakin maliyyə imkanları əlavə işçilərin işə götürülməsinə imkan verməyən müəssisələrə, təşkilatlara və korporasiyalara kömək etmək;İşsizlərin məşğulluğu üçün şərait yaratmaq, onlara təcrübə və sonrakı iş üçün zəruri bacarıqlar əldə etmək imkanı vermək.İş təcrübəsi olmayan işsiz mütəxəssislər üçün təcrübə proqramları Avropa İttifaqının təsisatları vasitəsilə maliyyələşdirilir. İşəgötürən, öz növbəsində, təcrübəçilərə əlavə bonuslar ödəyə bilir.
Beynəlxalq təcrübə proqramların faydaları nədir?
SİA mövzu ilə bağlı araşdırma aparıb.Universitet və ya kolleclərdə tələbələr əsasən nəzəri biliklərə yiyələnir, lakin onu necə tətbiq etmək sual olaraq qalır. Təcrübədə nəzəriyyəni praktikada diqqətlə, lakin səmərəli şəkildə tətbiq edə və bir mütəxəssis kimi inkişaf edə bilirlər.Dil biliklərini tətbiq etmək və yüksək səviyyədə mənimsəmək imkanı.- Faydalı praktiki bacarıqların əldə edilməsi.– Eyni şirkətdə işləməyə davam etmək imkanı. Çox vaxt təcrübənin sonunda iştirakçıları daimi işə götürülürlər. Lakin bunun üçün ən yaxşı tərəfinizi göstərməlisiniz ki, işəgötürən sizin şirkət üçün dəyərinizi başa düşsün. Ona görə də təcrübənin ilk günlərindən təşəbbüs göstərmək, komandaya qoşulmağa çalışmaq, öz vəzifələrini mükəmməl şəkildə yerinə yetirmək vacibdir.Burada xüsusi proqram tələbləri yoxdur. Əsas odur ki, müəyyən bir vəzifə üçün peşəkar meyarlara cavab verməlisiniz.Ölkəmizdə də bir çox təcrübə proqramları təşkil olunur ki, bunun da gənclərin gələcəyi və karyerası üçün faydaları misilsizdir. Belə proqramlardan biri də "İrəliləyiş" layihəsidir.Dövlət Məşğulluq Agentliyinin Strateji kommunikasiya departamentindən SİA-ya verilən məlumatda qeyd olunur: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə "İrəliləyİş" layihəsinə start verilib.“Hər kəsin təcrübəsi olacaq, heç kim işsiz qalmayacaq”! devizi ilə keçirilən layihənin məqsədi ölkədə fəaliyyət göstərən şirkət və təşkilatlarda beynəlxalq normalara uyğunlaşan təcrübə proqramları formalaşdırmaq və yüksək potensiallı gənclərin karyera bacarıqlarını inkişaf etdirmək üçün həmin təcrübə proqramlarında iştirakını təmin etməkdir. Layihə çərçivəsində 1500 nəfər gəncin seçilməsi, təlimlərə və 2 aylıq təcrübə proqramına cəlb olunması planlaşdırılır. Bildiyiniz kimi Dövlət Məşğulluq Agentliyi gənclərin işsizlik problemini aradan qaldırmaq məqsədilə işəgötürənlər ilə onlar arasında körpü rolunu oynayır. Layihənin müsbət cəhəti və gözlənti ondan ibarətdir ki, 1500 gənc həm müəyyən biliklərə sahib olacaq, həm də iş təcrübəsi qazanacaq. Layihə eyni zamanda uğurlu namizədlərin işlə təmin olunmasına da şərait yaradacaq.Artıq layihəyə 3500-dən çox müraiət daxil olub. Hazırda proses davam edir. Müraciətçilərin təcrübə keçmək istədiyi əsas sahələr isə informasiya texnologiyaları, data analitika, dizayn, maliyyə, mühəndislik, bank işi, turizm və neft-qaz sahəsidir.Qeyd edək ki, "İrəliləyİş" layihəsi çərçivəsində də Dövlət Məşğulluq Agentliyinin əsas tərəfdaşı işəgötürənlərdir. Artıq 40-dan çox işəgötürən layihədə iştirak üçün qeydiyyata alınıb. Daha çox işəgötürənin layihəyə cəlb olunması və layihənin hər iki tərəfi ilə sıx əlaqələrin qurulması nəticəsində gənclərin iş axtarışı zamanı qarşıladıqları əsas məhdudiyyət olan iş təcrübəsi tələbi nisbətən aradan qaldırılacaq".
Havar Şəfiyeva