XIX əsrin 20-30-cu illərindən başlayaraq Cənubi Qafqazın etnik xəritəsində yeni toplum erməni toplumu peyda oldu.1988-ci ildə azərbaycanlıların keçmiş İrəvan xanlığı ərazisindən-indiki Ermənistan adlanan bölgədən deportasiyası başa çatdı. Azərbaycan toponimləri tamamilə “erməniləşdirilir”. Belə demək olar ki, ermənilər özlərinə saxta “tarix” yaradırlar. Tarixi həqiqət buna deməyə lazım bilir ki, ermənilər Cənubi Qafqaza gəlmə-köçürlüb gətirilmə etnosudur. Onların əcdadları hesab olunan tayfalar təqribən e.ə. I minilliyin ortalarında Fərat çayının yuxarılarında peyda olmuşlar. Onlar bu əraziyə Balkan yarımadasından köçüb gəlmişlər. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci ilədək orada 190-dan çox azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilmişdir. 1988-ci ilin avqust ayınadək indiki Ermənistan adlanan ərazisində 521 türkmənşəli yaşayış məskəninin adı dəyişdirilmişdir. Ermənistan AS-nin 1991-ci il 9 aprel fərmanı ilə azərbaycanlılara məxsus 90 məntəqənin adı dəyişdirilib.Ümumiyyətlə, son dövrədək 667 toponim dəyişdirilmiş 1918-ci il mayın 29-da Azərbyacan Xalq Cumhuriyyəti Xalqın iradəsini nəzərə tutmadan, güclü dövlətlərin təzyiqi ilə öz ərazisində paytaxtı qədim Azərbaycan şəhəri İrəvan olmaqla erməni dövləti yaradılmasına razılıq verdi. Ermənilər və onların Moskvadakı himayəçiləri Azərbaycan dövlətinə qarşı gələcəkdə yeni ərazi iddiası sürmək üçün “zəmin” hazırladılar. Daha doğrusu bugünkü Ermənitan Azərbaycan Qarabağ münaqişəsinin “bünövrəsi” qoyuldu. Ikili standratlar dünyasında hər iki millətə münasibətdə ayrı seçkilik siyasəti qaldıqca isə 1 milyondan çox xalqımız öz yurdundan, torpağından qaçqınlığa düşməsinə biganəlik bəsləmədikdə, zəbt olunmuş ana torpağı uğrunda ədalətli, haqlı öz münasibətlərini davam etdirəcəklər! Artıq millətimiz 1918-ci ildə yol vermiş acı təcrübədən bilir ki, ana torpaqdan heç vaxt pay vermək olmaz. Vətən torpağından pay verən Vətənsiz qalar. Bu prinsipi nəzərə alan xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə 44 günlük Vətən müharibəsi ilə Vətənimizin bir parçası olan Qarabağımızı erməni işğalından azad edə bildi. Bu gün artıq Qarbağ münaqişəsi tarixə qovuşub, Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bununla belə ermənilərin tarixin müxtəlif dövürlərində xalqımızın başına gətirdikləri faciələr, soyqırımıları unutmamalıyıq. Tarixi dərslərdən nəticə çıxarmalıyıq ki, ermənilərin növbəti dəfə qanlı cinayətlərinin qurbanı olmayaq....
Mart hadisələri hansı səbəblərlə və məqsədlərlə baş verdi?
Mövcud fakt ondan ibarətdir ki, erməni daşnak qüvvələrindən ibarət xüsusi dəstələr 1918-ci ilin yanvarında etibarən Salyana və Lənkərana basqınlar edərək yolda müsəlman kəndlərini yandırır və talayırdılar. Astara topa tutularaq darmadağın edilib və kəndlər xarabaya çevrilirdi. Bakıda azərbaycanlılara qarşı soyqırımına başlamaq üçün bəhanə tapıldı. H.Z.Tağıyevin faciəli şəkildə həlak olmuş oğlu Məhəmmədin dəfn mərasimində iştirak edən “Dikaya diviziya” nın bir qrup əsgər və zabiti “Evelina” gəmisindən Lənkərana qayıtmaq istədikdə bolşeviklər tərəfindən tərksilah edilməsi əhalinin mübarizliyini son həddə çatdırdı. Əhali tələb edirdi ki, silahlar geri qaytarılsın. Abbas Kazımzadənin başçılıq etdiyi heyət qırğının qarşısını almaq üçün Şaumyan, Fialetov və Caparidze ilə danışıqlara başladı.Nümayəndə heyəti danışıqlardan dönərkən onların iki nəfəri qətlə yetirildi. Aprelin 1-də daşnaklarla “Atəşkəs müqaviləsi” bağlandı. Şərtə görəmüsəlman qüvvələr hakimiyyəti Şaumyan Komitəsinə verdi. Məşədi Əzizbəyov Bakıya başçı təyin edilsə də, qorxu içərisində şəhəri tərk edən müsəlmanları sakitləşdirə bilmədi. Qafqaz cəbhəsindən türk qoşunları geri çəkilərkən Türkiyə erməniləri Qafqaz erməniləri ilə birləşdilər. Bir tərəfdən Andranikin, digər tərəfdən Dro, Keri, Muradın quldur dəstələri hərəkət edirdilər. Məhz bu vaxt Şaumyanın və Avakyanın fitnəkarlığı sayəsində Şamaxı hadisələri ilə əlaqədar yazılmış məktub Gəncə komendantının əlinə keçdi. Bu məktubda Şaumyan və Avakyanın qaniçən olduqları açıq-aydın görünürdü.Mart hadisələrinin hansı səbəblərlə və məqsədlərlə baş verməsi bolşevik mətbuatında , siyasi liderlərin çıxışında eləcə də Şaumyanın 13 aprel BXKS-nin çağırılmış tarixi məruzəsində daha ətraflı şərh edilir. O, yazırdı ki, “biz döyüşlərdə parlaq nəticələr əldə etmişik. Düşmən tatamilə məhv edilmişdir”. O, daşnaksutyun partiyasının köməkliyi ilə müsəlman “əksinqilabının” ləvğ edilməsindən, Bakını “Azərbaycan Xalqının paytaxtına çevirmək xülyasına düşən” müsavatçıların və digər müsəlman milli cəmiyyətlərinin dağılmasından sonra bolşeviklərin Bakıya tam sahib olduğunu bilirdi. Ermənilərin törətdikləri mart hadisələri Yalnız Bakı ilə qutarmadı. Erməni bandaları 1918-ci ilin aprelindən hərəkətə gələrək Şamaxıda, Quba-Xaçmazda, Lənkəranda, Hacıqabul və Salyanda cinayətlər və qırğınlar törətdilər. Daşnak Amiryan və Lalayanın başçılığı ilə Şamaxının bütün müsəlman əhalisi qılıncdan keçirildi və 7 min nəfərədək adam,o cümlədən 1653 qadın və 965 uşaq qırdılar.Erməni quldurları bu ərazinin 40-a yaxın kəndini darmadağın etdilər. Ərazidə yaşayanların ucdantutma qırılması, hamilə qadınları qarınlarının yırtılması, qızlaın vəhşicəsinə təhqir olunması, diri-diri yandırılması və bütün bunlar daşnaklar arasında “bəzi haqsızlıqlar” adlandırıldı. Fövqəladə İstintaq Komissiyasının sənədlərində qeyd edilir ki, təkcə yanvarda Bakıdan Mədrəsəyə 16 araba silah gətirilmişdir. Bakı Soveti və onun daşnak üzvləri matın ortalarında Şamaxıya 2 min erməni əsgəri, 60 araba silah gondərmişdilər.Sənəddə göstərilir:”çoxlu uşaq və qadınla məsciddə gizlənmiş Axund Molla Cəfər öldürüldü. Erməni azğın əsgərləri məscidə soxularaq , Axundu tapıb onun gözlərini çıxartdılar, dilini, burnunu və qulaqlarını kəsdilər, üzünün və başının dəisini soydular və güllələdilər.Axundun evində və məsciddə olan bütün qadınları öldürdülər”.Erməni quldur dəstələrinin başçısı S.Şaumyan tərəfindən xüsusi səlahiyyət alan Amazasp Quba qəzasında 1918-ci ilin aprelində hücuma keçərək 122 müsəlman kəndini dağıtdırmış, yüzlərlə və ləzgi əhalisi qılıncdan keçirilmişdir.
Xalqımıza qarşı düşünülmüş soyqırımı siyasətində erməni kilsəsi yaxından iştirak etmişdir
Lənkəranda 2 minlik erməni ordusunun həyasızlığı o dərəcəyə çatmışdır ki, burada olan gürcülər silaha sarılaraq soyğunçuluğun qarşısını almışdı. Bakıda və qəzalarda xalqımıza qarşı düşünülmüş soyqırımı siyasətində erməni kilsəsi yaxından iştirak etmişdir.Ermənilər Bakı qırğınından doymayaraq Lənkəranda, Quba-Xaçmazda ən əsası isə Ağsu və Şamaxıda dəhşətli qətllər törətdilər. Yalnız Gəncədə Nəsib bəy Yusifbəylinin fitnəkarlığı nəticəsində 118 və 119 rus alayları tərk-silah olunaraq qovulduğu üçün, eləcə də, Şəmkirdə yerləşən rus ordusundan ələ keçirilən silahlar Gəncə əhalisinə paylandığına görə, ermənilərin azərbaycanlılara silahlı basqın etməyə gücü çatmadı. Bakı əhalisi də təcavüzə məruz qalmaqda idi. Erməni daşnak dəstələri 1918-ci ilin mart-aprel aylarında Bakıda, Muğanda, Qubada 50 mindən çox adamı qətlə yetirib, on minlərlə adamı torpağından didərgin salıblar.1918-ci ilin yaz payızında Zəngəzur qəzasında 115 kənd, yəni bütün azərbaycanlı kəndləri məhv edilib. 7729 nəfər azərbaycanlı,o cümlədən 3257 kişi, 2276 qadın isə 2196 uşaq vəhşicəsinə öldürülüb.1919-cu ilin sonunadək buradan 60 min nəfərdən çox adam qovulub. 1917-ci ilin dekabrından 1918-ci ilin iyununadək erməni daşnak millətçilərinin qoşunları İrəvan quberniyasında 200 azərbaycanlı kəndini çapıb, talayıb və yandırıblar. 100 min nəfərədək azərbaycanlı Sürməli, İrəvan, Eçmiədzin (Üçmüədzin), Şərur qəzalarını tərk etməyə məcbur olub. 1919-cu ilin axırına qədər yalnız Təzə Bəyazid, Eçmiədzin və İrəvan qəzaları üzrə var yoxu talanan azərbaycanlıların sayı 200 min nəfərə çatmışdı. Onu da qeyd etmək lazımdır ki, Mehriyə bitişik ərazinin Ermənistana verilməsi sayəsində Naxcıvan bölgəsi süni şəkildə Azərbaycandan ayrı salınıb. 1948-1951-ci illərdə Stalin və Mikoyanın səyləri nəticəsində 100 mindən çox azərbaycanlı Qərbi Azərbaycandan (indiki Ermenistan adlanan) qovulub və bir çoxları dözməyərək həlak olub.Erməni millətçiləri bütün bunlarla kifayetlənməyib 1988-ci ildə Qərbi Azərbaycan torpağında yaşayanlara qarşı yeni genosid törətdilər. Erməni vəhşiləri 250 mindən çox azərbaycanlını öz tarixi torpaqlarından qovub didərgin salıb, var yoxdan çıxarıblar. 1988-ci ilin üç günü ərzində noyabrın 27-dən 29-dək Quqarakda, Spitakda,Stepanyanda 33 və ümumiyyətlə, 100 nəfərdən çox azərbaycanlı öldürülüb. Quqarak rayonunun Gözəldərə kəndində 21 azərbaycanlı, o cümlədən 6 qadın və 3 uşaq öldürülüb. 1918-ci il mart faciələri nəticəsində Şamaxı qəzasının 58 kəndi dağıdılıb, Quba qəzasının 122 kəndi, Qarabağın dağlıq hissəsində 155-dən çox Zəngəzur qəzasında 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92 kənd erməni vandalları tərəfindən yandırılıb.
Azərbaycanın tərkib hissəsi olan Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə 1988-ci ildən başlanan separatçılıq hərəkatı, işğalçılıq müharibəsi, etnik təmizləmə Azərbaycana qarşı cinayətkar siyasətin növbəti mərhələsidir. Hazırda Azərbaycan ərazisinin 20% erməni işğalı altındadır.Bir milyondan çox insan öz yurdundan didəgin salınıb, 50 mindən çox adam əlil olub, 877 şəhər, kənd qarət edilib, dağıdılıb. Xocalı soyqırımının XX ildönümü haqqında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamında qeyd edilir ki, Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gece Xocalı faciəsi kimi daxil olmuşdur.Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər.Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocaxüsusi qəddarlıqla qətlə yetirilmiş,meyitlər üzərində təhqiredici hərəkətə yol verilmişdir. Həmin kütləvi qırğın vaxtı 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən,130 uşaq valideynlərinin birindən məhrum olmuş, 487 dinc Xocalıəhalisi ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür..Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.Əgər bizə 1918-ci ilin mart qırğını barədə danışılsaydı, çox güman ki, Xocalıda və digər bölgələrdə yeni faciələrlə üzləşməzdik. Bu tarixi yaddaşın zaman-zaman öldürülməsinin nəticəsidir.Bakı qırğınından sonra ermənilər dünyaya bəyansızcasına bildirdilər ki, Bakıda “çevriliş” olub. Uzun illər bolşeviklər və Sovet tarixçiləri bu hadisələri “Vətəndaş müharibəsi” kimi qələmə verməyə başladılar. Bu isə azərbaycanlılara qarşı vəhşi daşnak soyqırımı idi.
Rus çarizmi tərəfindən xarici ölkələrdən ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi
Rusiya imperiyası Cənubi Qafqazda qüvvətlənmək və özünün gələcək işğalçılıq planlarını reallaşdırmaqdan ötəri imzalanmış Türkmənçay və Ədirnə müqaviləsinin şərtlərinə görə erməniləri tez bir vaxtda İran və Osmalı imperiyası ərazisindən bütöv şəkildə Şimali Azərbaycan ərazisinə köçürməyə başladı. Rusiya və İran arasında bağlanmış Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə Rus çarizmin təkidi ilə İran ərazisində yaşayan ermənilər tam şəkildə Azərbaycan ərzisinə köçürülməsi rəsmiləşdirildi. 1829-cu il sentyabrın 2-də Osmanlı ilə Rusiya arasında imzalanmış Ədirnə sülhünün 13-cü maddəsinə görə Osmanlı torpaqlarında yaşayan ermənilərin hamılıqla Azərbaycan torpaqlarına köçürülməsi rəsmiləşdirildi. Ermənilərin bu ərazinin yerli əhalisi deyil, gəlmə olduqlarını başqa xristian qaynaqları ilə yanaşı erməni mənbələri də sübut edir.Türkmənçay müqaviləsinin təsdiq edilməsinin (1828-ci il 20 mart) ertəsi günü Rus çarı Nikolay “Erməni vilayəti” yaradılması barədə fərman verdi. 1827-ci ilin mayında Rus generalı Paskeviç Xüsusi tələbnamə əsasında ermənilər içində nüfuza malik olan polkovnik Lazaryevi (Qararos Lazaryan) öz sərənacmına alınması ilə köçürülmənin hazırlıq işlərinə başlandı. O, 1827-ci il oktyabrın 19-da Təbrizə komenadant təyin edildi. Rus ordularının Təbrizə hücumu zamanı (13 oktyabr) Lazarevin çağırışından riqqətə gələn ermənilər yenə də xəyanət edərək Təbrizin darvazalarını rus ordularının üzünə açdılar. Köçürülən kasıb erməni ailələrinə kömək etmək üçün Rus dövlətinin xəzinəsindən 25 min rubl gümüş pul ayrılmışdı. 1828-ci il 26 may tarixli Gürcüstandakı baş qərargah rəisinə təqdim edilən raportda bildirilirdi: “Rusiyaya məxsus olan vilayətlərə xristianların köçürülməsi müvəffəqiyyətlə aparılır. Artıq Qarabağda 279, İrəvan vilayətində 948 ailə məskunlaşdırıldı. Polkovnik Lazarevin vədinə görə köçənlərin sayı 5 min ailəyə çatdırılmışdı. İ.Şopenin yazdığına görə İrandan köçürülən ermənilərdən yalnız 366 ailə (1715 nəfər) İrəvan şəhərinin özündə, 265 ailə (1110 nəfər) Naxçıvan şəhərinin özündə və 36 ailə (182 nəfər) isə Ordubad ərazisində məskunlaşdırıldı. Xaricdən köçürülən ermənilər İrəvan əyalətinin119 kəndində, Naxçıvan əyalətinin 61 kəndində, Ordubad dairəsinin 11 kəndində yerləşdirildi. Beləliklə, İrəvan əyalətində 4559 (23568 nəfər), Naxçıvan ətrafında 2137 (10652 nəfər), Ordubad dairəsində 250 (1340 nəfər) erməni ailəsi yerləşdirildi. Nəticədə qondarma “Erməni Vilayətinə” 35560 nəfərdən ibarət erməni ailəsi köçürüldü. Rusiya çarizmin xəzinəsindən 14000 manat qızıl, 400 manat gümüş pul xərcləmişdi. Məsələn, rus tədqiqatçısı N.Smirnov İrandan 90 min erməninin köçürülərək Azərbaycan əyalətində məskunlaşdığını yazır.
Ermənilər Qafqaza gəlmə olduqlarını etiraf edirlər
1829-cu ilin avqustunda rus qoşunları Balkan ətrafından İstanbula hücuma keçdikdə II Sultan Mahmud Rusiya dövlətinə barışıq təklif etdi. Hər iki dövlət arasında 1829-cu il sentyabrın 2-də Ədrinə sülhü bağlanıldı. Hər iki dövlətin sərhədinə görə Axılkələk qalası və Axıska şəhəri Rusiyaya birləşdirildi. Ədrinə sülhünün 13-cü maddəsinə əsasən, Türkiyənin işğal edilmiş ərazilərindəki ermənilər 18 ay müddətində daşınan əmlakları ilə bərabər Rusiya təbəəliyinə keçmək hüququ verilmişdir. Bir qədər sonra M.Vladikin ermənilərin bu əraziyə köçürülməsi haqqında yazırdı: “İrəvan quberniyasında yaşayan ermənilərin 1828-1829-cu illər müharibəsindən sonra Türkiyədən bu ərazilərə köçürülmüşlər”.Hesabla Komissiyanın sayına görə, Osmanlı dövləti torpaqlarından 84 mindən çox erməni və yunan köçürüldüyü məlum olur. Lakin 1831-ci il aprelin 24-də qraf Paskeviçin adına verilmiş Əlahəzrətin buyuruğunda Türkiyə vilayətindən köçürülmüş xristianlar, yəni erməni və yunanlardan ibarət 14 mindən çox ailə (90 min nəfərə qədər) üçün 380min gümüş pul Rus dövlətindən ayrıldığı bildirildi. İ.Şopenin apardığı aiyahıyaalmanın nəticələrinə görə, 1828-1829-cu illər Rus-Türk müharibəsindən sonra “Erməni vilayəti” nə Türkiyədən 21666 nəfər (3682 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi kürd köçürülmüşdür. İ.Şopenin 20-ci ildən ibarət əlyazmasında siyahıyaalmanın nəticələri 1852-ci ildə çap edilən “Erməni Vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi”ndə müharibədən sonra “Erməni Vilayəti”ndə mövcud olmuş 752 kənddən 521-i İrəvan əyalətinə, 179-u Naxçıvan əyalətinə, 52-si isə Ordubad dairəsinə aid idi. Siyahıyaalmanın nəticələrinə görə, köçürülməyədək vilayətdə 81749 nəfər müsəlmanın isə 25151 nəfər erməni qeydə alınmışdı. 1832-ci il siyahıyaalınmasına görə, İrəvan əyalətindəki kəndlərdən 463-də müsəlmanlar (Azərbaycan türkləri), 98-də ermənilər, 63 kənddə isə azərbaycanlılar və ermənilər qarışıq yaşayırdılar. Beləliklə, erməni köçkünlər boşaldılmış 126 azərbaycanlı kəndində, azərbaycanlıların yaşadığı 70 kənddə, 22 qarışıq və 47 erməni kəndində məskunlaşmışdı. N.Şavrov yazırdı ki, rəsmi köçürülən 124 min nəfər erməni ilə yanaşı, qeyri-rəsmi şəkildə köçənlərdə çox olmuşdur və ümumiyyətlə köçürülənlərin sayı 200 min nəfərdən xeyli artıqdır. N. Şavrov qeyd edir ki, XIX əsrin əvvəllərində Cənubi Qafqazda yaşayan 1.300.000 erməninin bir milyondan çoxu yerli əhali deyil, onları bura biz köçürüb gətirmişik...
İ.ƏLİYEV