Yeni sözdü: “dövlətsizçilik”! Əslində, yeni söz də demək olmaz. Sadəcə, “dövlətçilik” sözünün tən ortasına bir “siz”, yəni inkar şəkilçisi artırdıq, oldu “dövlətsizçilik”. Ötən əsrin əvvəlində bəzi dünya güclərinin əli ilə yaradılan, İran adlanan qondarma fars hakimiyyəti də, onunla bərabər yenə dünya güclərinin dəstəyi ilə yaradılaraq Ermənistan adlandırılan hay hakimiyyətinin də indiki dünyada apardıqları dövlət siyasətini izləyib, analiz edəndə, bundan daha uğurlu bir söz tapmadım.
“Niyə”sini az-çox siyasətlə maraqlanan hər kəs yaxşı bilir. Siyasətlə maraqlanmayıb, bu “niyə”nin cavabını bilməyənlərə də mən izah edim, onlar da bilsinlər. İstəkli oxucum, yüz il əvvələ atüstü bir nəzər salaq. İran-Fars dövləti nə zaman yarandı? 1923-də. Harada? Qədim türk torpaqlarında.Ermənistan-hay dövləti nə zaman yarandı? 1918-də! Harada? Yenə qədim türk torpaqlarında.Hər ikisi də o dövrdə dünyaya meydan oxuyan bəzi güclərin xüsusi siyasi, iqtisadi və hərbi dəstəkləri ilə araya-ərsəyə gətirildi. Onu da xatırlayaq ki, min ildən çox avrasiyanın üçdə ikisinə nəzarət edən türk dövlətlərinin çöküşü də həmin dövrə təsadüf edir. Yəni Böyük Sılcuqlardan başlamış, Atabəylər,Teymurilər, Ağqoyunlular, Osmanlılar, Səfəvilər, Əfşarlar, Qacarlar kimi türk dövlətləri de-fakto ötən əsrin əvvəlinə kimi üç qitəyə - avropaya, asiyaya və afrikaya nəzarət edirdi. Məhz türkün tarixində, təbii ki, yanlışlıqlar nəticəsində başlanan çöküşü fürsət bilən bəzi dünya gücləri fürsəti fövtə vermədən türk dünyasını parçalamaq siyasətinə start verdilər. Bunun üçün türk xalqlarını bir-birindən ayrı salmaq ən vacib şərt idi. Həmin güclər gecə-gündüz baş sındırıb çox “uğurlu” bir qərar verdilər: regionda anti-türk dövlətlər yaratmaq, onlara dəstək verib, cücərdib, boya-başa çatdırmaq və türk birliyinin yenidən bərpa edilməməsi üçün bu dövlətlərdən istifadə etmək! Beləcə qafqazda, qədim türk yurdunda Ermənistan, Rey mülkündə, yenə qədim türk yurdunda farsların hakimiyyəti altında olan İran adlı dövlətlərin yaradılması və bəslənilməsi layihəsi işə düşdü. İndi həm İranda, həm də Ermənistanda idarəçilik metodlarına, siyasi gedişlərə (əlbəttə, buna “siyasi gediş” demək olarsa) nəzər salıb görürsən ki, bu zavallılar heç dövlət nədi, dövlətçilik nədi, bunun fəlsəfəsini belə anlaya bilmirlər. Əslində bu da təbiidir. Dədələri, babaları dövlət idarə ediblər ki, özləri də bunu bacarsınlar? Tarix boyu haylar da, farslar da onun-bunun qoltuğuna sığınıb başlarını saxlayıblar. İndi qərb öz maraqları naminə bir proje tərtib edib, icrasını tapşırıblar dövlətin və dövlətçiliyin nə olduğunu anlamayan bu bədbəxtlərə. Bunlar da kim, yəni hansı layihə şəriki nə hava çalır, sümüklərinə düşsə də, düşməsə də, qol götürüb süzürlər. Onlar üçün nə İran dövlətinin, nə bu ölkədə istismar olunan 85 milyon, təbii ki, başda 40 milyondan çoxu türk olmaqla müxtəlif millətlərin nümayəndələrinin, nə Ermənistan adlanan dövlətin və bu ölkədə istismar olunan 2-3 milyon hayın taleyi maraqlı deyil. Yetər ki, layihə müəllifi olan şəriklərin hər dediyinə “ləbbeh” deyib, onu icra eləsinlər. Hər bir dövlətin iki başlıca vəzifəsi var: biri, dövlətin qüdrətini artırmaq və onun dünya dövlətləri sırasında yerini möhkəmləndirmək, digəri isə ölkədə yaşayan insanların və gələcək nəslin təhlükəsiz, firavan həyatlarını təmin etmək .Sivil dünyada istənilən dövlətin daxili və xarici siyasəti bu iki başlıca prinsipə əsaslanır. İranın, ya da Ermənistanın dövlət (əslində dövlətsizlik) siyasətində bu iki prinsipdən əsər-əlamət görən varsa, buyursun. Dədə-babadan bir deyim var, “filankəs bədbəxt dörd ölü qonşu ilə düşməndi”. İran bu gün Ermənistandan başqa bütün yaxın və uzaq qonşuları, müsəlman dünyasının mütləq əksəriyyəti ilə düşməndi. Bu, İranın və iranlıların sabahı üçün nə qədər təhlükəlidir, bunu siyasətdən xəbəri olmayan adam da bilir. O zaman bu ölkənin, adını siyasətçi qoyan başbilənləri bunu anlamısa, necə deyəsən ki, bu ölkədə dövlət siyasəti var? Elə də Ermənistan! Dörd tərəfi türk dünyası olan bu proje-dövlətin də başbilənləri türklərə qarşı aşkar savaş açıb. Yadıma “Kəlilə və Dimnə” kitabındakı məşhur “Sərçə ilə filin hekayəsi” düşdü...
Xülasə, mövzu elə geniş mövzudu ki, bir qəzet yazısında hamısını demək mümkün deyil. Sadəcə istədim bilməyənlər də bilsinlər ki, bizimlə bu gün düşmənçilik edən hayların da, farsların da dövlətsizlik fəaliyyətlərinin kökləri qidasını hardan alır. Bəzən hansısa qərb dövlətinin farslarla hesablaşacağı haqqında sadəlövh fikirlərə qulaq asanda, istərdim mənim dediklərimi, yəni gerçəklərə əsasalanan fikirləri xatırlayasınız. Və unutmayasınız, “türkün türkdən başqa dostu yoxdur”! Bir də böyük Atatürkün bir kəlamını unutmayaq: “Türk olmaq zor, çünki dünya səninlə savaşır. Türk olmamaq daha zor, çünki türklə savaşmağa məcbursan...”
Təhmasib Novruzov