Yəqin yazının başlığını oxuyan kimi oxucular söhbətin kimdən getdiyini anladılar. Böyük mütəfəkkir Nəcəf bəy Vəzirovun məşhur “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasının personajı, əsərin baş qəhramanı Hacı Qənbərin kirvəsi, yəni erməni dostu olub Qıdı Kirvə. Əsərin tam mətnini bilməyənlər ən azı bir vaxtlar televiziya ekranlarından düşməyən səhnəciyi yaxşı xatırlayırlar. Bir az səbrsiz oxucum indi deyəcək ki, “heç hənanın yeridi”? İndiki vəziyyətdə bu dığadan danışmağa nə hacət? Darıxmayın, indi deyəcəm ki, bu iyrənc məxluqatın bir nümayəndəsindən niyə söhbət açdım! Eşitdiklərimə görə Hacı Qənbər də, Qıdı kirvə də real həyatdan götürülmüş obrazlardı. Qarabağın Ağbulaq kəndindən olub Qıdı. Bu yaxınlarda Ağdamın, xarabazara çevrilsə də gülüstanı xatırladan ərazilərini gəzirdim. Necə özümə qapanmışdımsa dayanmırdım, bir az da irəli getmək istəyirdim. Şelli dağlarını aşıb keçdim. Qara qayadan da keçib, bir də özümə gəlib gördüm ki, Ağbulaq kəndinin yanındayam. Girdim meşəliyə. Asta addımlarla irəliləyirdim ki, bir də gördüm oxumaq səsi gəldi. Dinşayıb gördüm ki, Qıdı kirvənin məşhur “Dınqoz...dınqoz” mahnısıdı. Oxuyan da, deməyin eşitmədik, elə həmin Qıdı kirvədi. “Ölmək ölməkdi, xırıldamaq nədi” deyib ağacların arası ilə xəlvətcə yaxınlaşdım səs gələn yerə. Gördüm ki, oxuyan həqiqətən Qıdı kirvədi, məşhur eşşəyi də yanında. Zoğal ağacının altında süfrə açıb, kartof soyutması yetir. Süfrədə də tut arağı. Axı Vəzirovun Qıdı kirvəsi də deyərdi ki, “kartoçka qazanım ocaxın üstündə, tut arağlm bol, çaxırım bol”!. Bildim ki, bu erməni Qıdı kirvənin nəslindəndi. Sifətdən də, bığından da elə bil özü idi ki, durmuşdu. Qorxmadım. Yaxınlaşıb türkcə salam verdim. Əvvəl-əvvəl bərk qorxdu. Durub qaçmaq istədi. Sonra biləndə ki, mən də Hacı Qəmbərin nəvəsiyəm, rahatlayıb məni süfrəyə dəvət elədi. Xülası, nə başınızı ağrıdım, Qıdı kirvənin nəvəsi ilə oturdum süfrəyə. Ye ki yeyəsən, iç ki içəsən, Qıdının nəvəsi oldu lül-qəmbər! Başladı, nə başladı:
- Ara, elə bunnarın evini allax yıxsın. Gul kimi yaçıyırdıx li... Ha... Ara bizim nayımıza lazımdı hayastan? Burda nayımız askik idi? O Zorinin, Silvanın evları yıkılsın. Onnar camaatı başdan elədi, akılsız haylar da duşdular onun dalısıiycan. Mazhab haqqı, manım babam Qıdı danışardı ki, ara, bu musurmannar çox yakşı adamlardı. Onnara xain olmasan, evini, mulkunu da sana verar. Ha, elə man da görmuşdum da... Amma Qıdı bavam deyardı ki, mabada, bu musurmannara xainlik edasan, naslını kasar sanin. Ara man na qadar dedim bu kopayuşaqına ki, etmeyin, elemeyin, baxmadılar sozuma. Robertin, Serjikin, Vitalikin kuyuna getdilar. Budu ey, indi duşublar əl-ayaqa. Galirlar yanıma ki, sanın bavan musurmannarnan dost olub, əl uzat onnara, bəlkə bizim gunaxımızdan keçəllər, qayıdıb dost olarıx. Man da deyiram ki, çe, man heç na deya bilmaram. Ara, Sovet höküməti çezandan sora bizim kandımızdan beş-altı adam yığışıb hayların adından Azərbaycan hökümatına yazdılar ki, biz hayastan-flan istamırıx, kandımızdakı quldurları burdan radd eliyin, biz Azarbaycanda yaşamax istiyirıx. Heç ustundan bir həftə keçmadı, haman quldurlara xavar çatdı, galıb kandda o maktuba qol çakanların hamısın gullaladılar. Onnan sora hamının gozu qorxdu,
Qıdı kirvənin nəvəsinin belə yamıqlı etiraflarını dinlədikcə, içimdən keçdi ki, buna bir-iki sual şappıldadım, görüm nə deyir. Odur ki, necə yaşamaları, indi nə etmək istədikləri ilə bağlı sualları səpələdim. Qıdının nəvəsi iki dizinə əlləri ilə şappıldadıb ayağa durdu:
- Ara, ay dali musurman, bayaxdan sana na deyiram bəs? Ara heç kim uşax akmir ki, on-on iki yaşı olan kimi galib zorla alımızdan alıb aparacaqlar ki, vatanı qorumalıdı. Ara, hansı vatanı? Ara bura bizim vatandı ki, onu qoruyaq? Demaxdan yoruldum ki, ara vu yerlar musurmannarın vatanıdı, galib hamımızın anasını... (oxucular bağışlasın, Qıdının nəvəsinin o kəlməsini qəzetdə yaza bılmərəm-T.N.), onda hamımız peşman olacağıx, amma gej olajax. Ha, indi bax, bu yerların saxibları galib, indi çıxın qavaxlarına. Zori murduxos olub getdi, Silva da getdi. Hanı Robik, hanı Serjik, hanı Vitalik? Galsınlar da... Ha, bax bunnara bela lazımdı. İndi Arayik deyir ki, qorxmayın, urusdar galajax, bizi qurtarajax. Ala ha (baş barmağını şəhadət və orta barmağının arasından çıxarıb Xankəndə tərəf uzatdı-T.N.), gözla, galajax. Urus ozun kutarsın, görax natar kutarır.
Söhbətin bu yerində güllə səsinə yuxudan ayıldım. Bilmədim o güllə səsi də yuxuda gəldi, yoxsa ... Nə bilim, vallah!
Təhmasib Novruzov