PDF Oxu

Köşə

  • 4 465

Bic doğulan Ermənistanın “ata”sı kimdi? KÖŞƏ

image

Ermənistan bic doğulmuş uşaq kimi “ata”sı bilinməyən dövlətdir, yəni bic dövlətdi. Bu, birmənalıdı. Zatən atası məlum olmadan doğulan uşağa “zina” deyirlər. O zaman kimin tərəfindən yaradıldığı məlum olmayan, bir neçəsi tərəfindən “atalıq” iddiası olan bu dövləti “zina dövlət” adlandırmaqda, anadolular demiş, bir sakınca olmaması gərək. Burası aydındı. Amma aydın olmayan orasıdır ki, indi bu “dövlət”in “ata”lıq iddiasında niyə bu qədər dövlət dava salıb! Zatən fərsiz, bacarıqsız, anormal doğulan uşağın üstündə kimsə dava döyməz ki, onun atası mənəm. Ermənistan da fərsiz, rəzil, qonşularla yola getməyən, başı qapazlı, əlindən bir iş gəlmədiyindən özünə arxa-kömək axtaran, dilənərək yaşayan uşağa bənzəyir. Belədə onun dünyaya gəlməsində səbəbkar olan, yəni “Ermənistanın atası” adına iddia etməyə ən çox haqqı olan Rusiyadan daha ziyadə ABŞ, Fransa, İran kimi dövlətlərin atalıq iddiasının kökündə nə dayanır görəsən? Keçmişə atüstü bir nəzər salaq. 1828-də İran, İraq, Türkiyə ərazisindən bu ölkələrə qarşı xislətlərinə uyğun xəyanətlərinə görə qovulan bu bic, vələduzna şeytan cinsinə ruslar atalıq edərək gətirib doldurdular işğal etdikləri Azərbaycan torpaqlarına. O zaman İranda Rusiyanın səfiri olmuş Qriboyedov deyilən birisi yazır ki, buna (yəni hayların Azərbaycan ərazisində yerləşdirilməsinə - T.N.) etiraz edən yerli müsəlman əhalini inandırdıq ki, ermənilər bura müvəqqəti köçürülür, vəziyyət düzələn kimi qayıdacaqlar öz (?) yurdlarına. Guya qaçıb gəldikləri torpaqlar onların “öz” yurduymuş. Beləcə yerləşib qal oğlu qal kimi rusların “atalıq qayğısı” nəticəsində oldular qədim türk torpaqlarının sakinləri. Sonra ruslarla bərabər firənglər də başladılar haylara atalıq eləməyə və haylar da bu atalarının dəstəyini görüb müvəqqəti sakini olduqları bu türk torpaqlarına sahiblənmək fikrinə düşdülər. Firəng ataları Parisdə bunlara daşnak partiyasını yaratdılar və dedilər ki, bizə maşalıq edin, türklərlə vuruşun, biz də sizə arxa-dayaq olacağıq. İki “ata”nın birgə qayğısı ilə 1918-də qədim türk yurdunda bunlara qondarma bir layihə-dövlət də hədiyyə elədilər. Tarix boyu özünün dövləti olmayan, yəni həmişə onun-bunun qapısında sülənərək çörək tapıb yeyən bu bic tayfa, görməyənin xoruldadığı kimi, başladılar xor-xor eləməyə. Yenə iki atası birdən, xüsusən də ruslar dəstək verib onların xor-xorlarını gerçəkləşdirdilər, yəni doğulanda 9 kilo(oxu: 9000 kvadrat kilometr-T.N.) olan bu bicbalanın “çəki”sini artıra-artıra elədilər 29 kilo (oxu: 29 000 kvadrat kilometr-T.N.). Bicbalalar ərköyün olur, daha bu qədər də yox. Gördülər nə istəsələr “dədələri” verir, bağırdılar ki, Qarabağı da bizə verin. Burda rus dedi ki, daha bəsdir, qudurmayın, hələlik Qarabağa bir status verək, vaxtı gələndə oranı da alıb verərik sizə. Rusların fikrincə nəzərdə tutduqları həmin vaxt 1988-də yetişmişdi. Odur ki, haylara dedilər bir az da xor-xor eliyin, Qarabağı da verək sizə. Bu dəfəki xorultularına qarşı tərəfdən, yəni Azərbaycan türklərindən elə çığırtı gəldi ki, xorultularını qısıb girdilər siçan deşiyinə. Amma bu yerdə yeni atalar peyda oldu. ABŞ da, İran da qalxdılar ayağa ki, Ermənistanı biz əkmişik, atası da bizik. Qəribədi, vallah, bütün digər məsələlərdə düşmən olan ABŞla İran ikisi də Ermənistana atalıq iddiasını qoydular ortaya. Azərbaycanın beynəlxalq aləmdə tanınmış torpaqları işğal olunduğu halda, ABŞ keçmiş sovet respublikalarının azadlığına dəstək aktında 907-ci düzəlişi edib, bizi bu dəstəkdən də məhrum elədi. Düzdü, biz narazı olduq, amma niyə narazı olaq ki, kişilər övladlıq iddiasına qalxdıqları Ermənistana övlad payı verirdilər, bizə nəyə görə verməliydilər? Bu yandan özünü islam ölkəsi adlandıran İran fars-molla rejimi atalıq iddiasında daha da irəli gedərək, Qarabağın brilyant qaşı Şuşanı işğal etmələri üçün övladlarına misli görünməyən dəstək əta elədi. Bu da yetməzmiş kimi, 30 il ərzində Azərbaycanın işğal olunmuş ərazilərini, məscidlər, pirlər qarışıq çapıb-talamaqda,dağıtmaqda hayların ən yaxın köməkçiləri oldular. 44 günlük Vətən savaşında da hay balalarına o biri atalarından daha çox yardım etdilər.

Xülasə, sadaladıqca bu “atalar” ın “övladları”na etdikləri köməyin sayı-hesabı bitib-tükənəsi deyil. Heç məqsədim də bu deyil. Canları cəhənnəmə, özlərini ermənilərin ataları hesab etmirlər? Övladlarına dəstək verməyin nəyi qəbahətdir ki? Amma məni maraqlandıran başqa məsələdir. Bir övladın bir atası olar, bu ermənilərin neçə atası var? Bunların anaları, erməni kotolikos çıxıb desin, dünya da bilsin ki, bu erməniləri kim əkib! Rus, firəng, amerikan, yixsa fars? Bu gün-sabahlıq ömrü qalıb, ölüb gedəcək, onu ağlayanlar da bilməyəcək ki, bu bədbəxtin zatı-kökü kimlərdən olub. Kotalikos çıxıb bunu desəydi, dünya da bilərdi ki, bunlar niyə bu qədər rəzil, ələbaxan, bacarıqsız, dilənməyi həyat tərzi hesab edən bir toplum olublar və həm də ağlayanda, dədəsinə başsağlığı vermək də lazımdı axı!? Kimə başsağlığı verməlidi dünya? Nə isə, belə getsə dörd atanın “atalıq” iddiası etdiyi bu bic doğulmuş tayfanın gələcəkdə təzə-təzə “ata”ları da peyda ola bilər. Anası ondandı axı, niyə də olmasın?

Təhmasib Novruzov

Digər xəbərlər