Elçin Bayramlı
Neftə nəzarət edirsənsə ölkələrə, qidaya nəzarət edirsənsə insanlara nəzarət edirsən- Henri Kissencer
Ölkəmizdə genetik strukturu şübhəli genlərlə dəyişdirilmiş məhsulların istehsalı, idxalı və satışı getdikcə artır. Bazar-dükanlar belə məhsullarla doludur. Dünyada açıq şəkildə qida terrorunun həyata keçirildiyi bir vaxtda bu sahədə müdafiəsiz qalmaq çox təhlükəlidir. Genetik modifikasiya olunmuş məhsulları, süni kimyəvi əvəzləyicilərlə hazırlanmış qida məmulatları artıq qida rasionumuzda çox nəhəng yer tutur. Bu tendensiya isə özü ilə çoxsaylı sosial, iqtisadi, hətta siyasi cəhətdən strateji təhlükələr yaradır.
Əvvəlcə, qeyd edək ki, transgen məhsullar becərilərkən uyğun olmayan genlər birləşdirilir. Gen heyvanlardan, bitkilərdən, hətta viruslardan götürülə bilər. Alimlərin əksəriyyəti GMO məhsulların geniş yayılmasının əleyhinədir.
Araşdırmalara görə, hazırda insanların 70-80 faizi genetik dəyişikliyə məruz qalan məhsullarla qidalanır. Bu məhsulların zahiri gözəlliyi arxasında dəhşətli və təhlükəli xəstəliklər dayanır. Tədricən insanların gen strukturunda ciddi dəyişikliklər baş verir. Hətta yaxın gələcəkdə bir sıra təhlükəli xəstəliklərin yaranması və yayılması da ehtmal edilir. Bir sıra alimlər israr edirlər ki, belə məhsullardan daimi istifadə insanları mutantlara və zombilərə çevirəcək.
Ən təhlükəlisi isə budur ki, bu məhsullar insanın genetik strukturunda dəyişiklərə səbəb olur. Belə məhsullarla qidalanan adamın övladlarında dəyişikliklər təhlükəli, nəvələrində isə faciəli formada olur. Özü reproduksiya verməyən transgen məhsullar insanlarda da sonsuzluq yaratmaq xüsusiyyətinə malikdir.
Təsadüfi deyil ki, hazırda bir sıra ölkələr geni dəyişdirilmiş məhsulların istehsal və satışına qadağa qoyub. Bir çox ölkələrdə isə transgen məhsulun xüsusi işarələnməsi qaydaları tətbiq olunur. Lakin dünyada tamamilə GMO-laşdırılmış qarğıdalı və portağaldan hazırlanan məhsulların üzərində də “tərkibində GMO yoxdur” qeydi vurulur.
Fransada aparılan elmi araşdırmada GMO məhsulların xərçəng yaratdığı təcrübədə sübut olundu. Alimlər bildirirlər ki, GMO bütün orqanizmi tədricən məhv edir.
Rusiyanın Timiryazev adına Bitkilərin Fiziologiyası İnstitutunun bir qrup alimi də apardıqları elmi araşdırmalar nəticəsində transgen məhsullara qarşı çıxıb. Alimlər bildiriblər ki, belə məhsullar sağlamlıq üçün çox ciddi təhlükələr yaradır.
Almaniya mütəxəssisləri isə GMO məhsul becərilməsi zamanı digər qiymətli bitki sortlarının məhv edilməsinə etiraz bildiriblər. Onların fikrincə, yaxın gələcəkdə itirilmiş təbii məhsulları bərpa etmək mümkün olmayacaq.
Aydındır ki, GMO texnologiyasının arxasında nəhəng qlobal transkorporasiyalar dayanır və bu prosesdə həm də gizli məqsədlər güdülür. Böyük elmi mərkəzlərin onların nəzarətində olduğu qeyd edilir. Məhz buna görə, GMO-ya qarşı mübarizə effekt vermir.
Alıcılar ağına bozuna baxmadan istənilən ucuz məhsulu almaqda maraqlıdırlar. Lakin bilmirlər ki, GMO gecpartlayan bombadır. Bizdə bir çoxunun da təqliddən xoşu gəlir, özləri bir yana uşaqları da dadandırıblar “McDonalds”kimi yerlərə, süni kimyəvi şirniyyatlara və içkilərə. “Fast-food şəbəkələrinin, xüsusilə də “McDonalds”ın menyusunun bəzəyi olan hamburger, hot-doq və digər yeməklərində istifadə edilən qidalar tamamilə transgen məhsullardır.
Məlumdur ki, broyler toyuqları hormonla böyüdülür, əksər bitki yağları GMO məhsullardan hazırlanır. “Cipsi”lərin hazırlanmasında yalnız GMO kartof növündən istifadə edilir. Şirniyyatlarda kimyəvi şəkərdən, GMO məhsullardan yararlanırlar. Bütün bunlar bioloji strukturun dağılmasına və insanın immunitet qabiliyyətinin məhv olmasına gətirib çıxarır.
Ölkəyə idxal olunan məhsulların kimyəvi tərkibi kömrükdə ciddi yoxlanmalıdır. GMO məhsullar ölkəyə buraxılmamalıdır. Eyni zamanda, ölkədə GMO toxum əkilməsinə ciddi qadağa qoyulmalıdır.
Bu gün GMO məhsullar ölkədə bir çox yerli bitkilərin nəslini kəsmək üzrədir. GMO isə reproduksiya vermir. Üstəlik, torpağı özünə öyrəşdirir, sonra orda təbii bitki yetişmir. Məcbursan, ancaq GMO toxum almağa. Nəticədə, bütün aqrar sektor qalacaq bu sahədə monopoliya yaradan iri korporasiyaların əlində. Bu isə ərzaq təhlükəsizliyi cəhətdən dəhşətli təhlükədir. Bir il toxum verməsələr bizim kənd təsərrüfatı ağır vəziyyətə düşəcək. Və ya istədikləri qiyməti qoyacaqlar. Bu proses bizə çox baha başa gələcək. Ölkənin böyük təbii potensialı var, milyard tonlarla təbii kübrə var, münbit torpaqlar, gözəl iqlim şəraiti, məhsuldar təbii toxumlar var. Bu halda biz niyə hansısa şübhəli xarici şirkətdən asılı vəziyyətə düşməliyik?
Qeyd etmək lazımdır ki, son 10 ildə Azərbaycanda əlil və ciddi xəstəliklərlə doğulan uşaqların sayı artır. Mütəхəssislər yeni doğulanların 30-40 faizinin genetik fəsadlara məruz qaldığını bildirirlər. Bundan başqa, təhlükəli xəstəliklərin, immun çatışmazlığı və qan azlığının da geniş yayılması etiraf olunub. Burda GMO-nun əsas rollardan birini oynamağına şübhə yoxdur.
Beləliklə, GMO məhsullar Azərbaycan əhalisi və ölkə iqtisadiyyatı üçün böyük təhlükədir. Gec də olsa bu vəziyyətdən çıxmağa çalışmalıyıq. Yerli toxumçuluğun inkişafı üçün prezidentin xüsusi fərman və tapşırıqları var, bu sahədə bəzi işlər də görülüb, yerli toxumçuluq təssərrüfları yaradılıb. Amma bu işi daha böyük miqyasda aparmaq lazımdır. Biz yerli toxumlarımızı sıradan çıxarılmasına, əhalimizin sağlamlığına zərər dəyməsinə imkan verməməliyik. Hökumət bu barədə ciddi düşünməlidir.