PDF Oxu

Köşə

  • 12

Rauf Arifoğlu Pənah Hüseynovu İsadan və Əlidən üstün tutur

Rauf Arifoğlu Pənah Hüseynovu İsadan və Əlidən üstün tutur

Rauf Arifoğlu:

İsa da, Əli də zəifdi, vallah,
Onlardan üstündü, sözsüz ki, Pənah,
Bizim bu fikirdən xaric də agah,
Pənahdan bir kəsə dəyməz heç xətər.

Pənah Hüseynov:

Xaric bizə yanmaz, yanmasaq əgər,
İsanı, Əlini danmasaq əgər,
Jirinovskini anmasaq əgər,
Bizə yedirtdiyi çörək də itər.

Rauf Arifoğlu:

İsa döyməkdədi dad bostanında,
Əlinin qalmayıb ad bostanında,
Quraqlıq yaranar yad bostanında,
Pənahın bağında bol meyvə bitər.

Pənah Hüseynov:

Bizə Jirinovski verdi bəyanat,
Dedi xoş olacaq bizimçün həyat,
Süquta getməkdə Cəbhə, Müsavat,
Bu ondan, o isə lap bundan betər.

Rauf Arifoğlu:

"İP"-in boğazında öz xaltası çox,
İfratın toyu az, indi yası çox,
Əlini, İsanın iştahası çox,
Onların tamahı çox bossu ütər.

Pənah Hüseynov:

Əli də, İsa da topal-şil bossdu,
Sərdar da, İqbal da küt, səfil bossdu,
Vallah, Jirinovski çox kamil bossdu,
Siyasi sahədə bizləri ötər.
Rauf Arifoğlu:

Bizə dedilər ki, rus qızını sev,
Rusun iqtidarı arxanızda dev,
Yesentukidəki çəkdiyimiz kef,
Düzü, dörd-beş həftə Pənaha yetər.

Pənah Hüseynov:

İstefaya çıxıb indi tayları,
Xeyli azalıbdı tulapayları,
Elə ki, başladı qurultayları,
İsa da, Əli də çıxdaşa gedər.

Rauf Arifoğlu:

Əlini, İsanı basıb qüssə-dərd,
Qanundu bizlərə edilən hər şərt,
İşğalçı düşmənə edərik güzəşt,
Bizə rus pulu da kifayət edər.

Pənah Hüseynov:

Damağında matın uğursuzluğu,
Bəlli Müsavatın uğursuzluğu,
Görünür ifratın uğursuzluğu,
"İP"-də olanların qəlbini didər.

Rauf Arifoğlu:

"İP"-də yox, bizlərə məxsus gələcək,
İndiki radikal susub öləcək,
Volodya güləcək, Pənah güləcək,
İsanı, Əlini saracaq kədər.
Pənah Hüseynov:

Müsavat dağılır kədər içində,
Halsızlaşır Əli zəhər içəndə,
Yesentukidə biz yeyib-içəndə,
Onlar vaxt keçirir boz "İP"-də hədər.

Rauf Arifoğlu:

Artıq çoxdan pullar cibdə tükənib,
Cəbhədə, AMİP-də "VİP"-də tükənib,
Bu amil çoxdandı "İP"-də tükənib,
Bizdə potensial kifayət qədər.

Pənah Hüseynov:

Öndə Jirinovski bir tuz dayanıb,
Çoxsaylı kütlələr, ulus dayanıb,
Arxamızda pullu urus dayanıb,
Onların ümidi qrantsız Qədər.

Rauf Arifoğlu:

Almaq istəmirik kimdənsə qisas,
Uğura sevinib-gülürəm qas-qas,
Kütlə mənafeyi bizimçün əsas,
İsa da, Əli də cibini güdər.

Pənah Hüseynov:

Əlinin, İsanın nəsibidi şər,
Onlar getməkdədi süquta qənşər,
Qərbə qış fəslində yolları düşər,
Bossları önündə üşüyər, sitər.
Rauf Arifoğlu:

Onlar çox otardı qarınlarını,
Bir-bir itirirlər harınlarını,
Meydanda sallayıb burunlarını,
Özünə narıncı geyimlər çitər.

Pənah Hüseynov:

Bizə uzadırlar şanlı barmağı,
Sıxarıq gözlərə canlı barmağı,
Aclıqdan sormaqçün qanlı barmağı,
Neştərlə özünün əlini çətər.

Rauf Arifoğlu:

Bosslar tilovunda, çevrəsindədi,
Fikri irəvanlı kirvəsindədi,
Nə Əli radikal zirvəsindədi,
Nə İsadan çıxar münasib öndər.

Pənah Hüseynov:

Anılırsan maraq doğuran zaman,
Kimsə "elektorat" bağıran zaman,
Belələri səni çağıran zaman,
Bu cür liderləri "na fiq"ə göndər.

Rauf Arifoğlu:

Yaxşı ifratları sevər boss ağan,
Hədsiz qrantları başına yağan,
Pənahdı göylərdən bizə ərməğan,
Əlisi, İsası mükəmməl əntər.

Pənah Hüseynov:

Döndü radikalı, bıqdı ifratı,
Gərdiş də tərs döndü sıxdı ifratı,
İsası, Əlisi yıxdı ifratı,
A kütlə, sükanı sən bura döndər.

Digər xəbərlər