PDF Oxu

Köşə

  • 8

Əhməd Oruc "İctimai Palata"ya qayıtmaq istəyir

Əhməd Oruc "İctimai Palata"ya qayıtmaq istəyir

Həsən Kərimov:

Əl açma səmada qadir Allaha,
Yaltaqlığın bizə gəlibdi baha,
Palatada sənə yer yoxdu daha,
Rusiyaya biznes qurmağa əkil,
Səndən heç çıxmadı adi bir vəkil,
Əlidən, İsadan kənara çəkil.

Əhməd Oruc:

Qulluq göstərməyi edərəm peşə,
Dili məqamında keçirrəm şişə,
Bir daha mən onu salmaram işə,
Sizlərin önündə ollam bir şəkil.

Həsən Kərimov:

Xeyiri saxlayıb, sən ziyan atma,
Nahaqdan bu səmtə Əhməd, ban atma,
Bizə meymun deyib, bura can atma,
Səni palatada saymazlar əlil.

Əhməd Oruc:

Dilimə təhqirlər gəldi bəlamdan,
Ağzıma boss payı damdı malamdan,
İmtina edirəm acı kəlamdan,
Oluram mən susqun bir Əkil-Bəkil.

Həsən Kərimov:

Meydanda nüfuzdan düşdün, xitamsan,
Siyasi meydanda, naşısan, xamsan,
Axı sən yalançı, naqis adamsan,
Vardır əlimizdə tutarlı dəlil.

Əhməd Oruc:

Rəqibi bolluca söyəmməmişəm,
Əlini heç zaman bəyənməmişəm,
İsanı əməlli öyəmməmişəm,
Nəhs gözüm, xarici qranta dikil.

Həsən Kərimov:

Duyğusuz adamsan, duyma özünü,
Lider cərgəsinə qoyma özünü,
Siyasət adamı sayma özünü,
Hamının gözündə olmusan zəlil.

Əhməd Oruc:

Sal daşı olardım himi hörülsə,
Tamam düzələrəm rəva görülsə,
Mənə palatada guşə verilsə,
Sizin xeyrinizə ötərəm dil-dil.

Həsən Kərimov:

Əsil çanağıdır başın irinlik,
Köksüz fəlsəfənə vermə dərinlik,
Sən öz böhtanına qatma şirinlik,
Sən toy toğlususan, bilirsən, əsil.

Əhməd Oruc:

Pisikərəm, qüvvə verə bilməsəm,
Əlini orada görə bilməsəm,
Əgər palataya girə bilməsəm,
Məni siyahıdan kənarlaşdır, sil.

Həsən Kərimov:

İndi Müsavatda çətindi durum,
İstərəm Əlini birinci vurum,
Palata olubdu ölü bir qurum,
Bu, meyitxanaya gedən yoldu, bil.
Əhməd Oruc:

Palata İsayla durubdu qəsdə,
Yəqin ki, Əli də keçəcək mestə,
Pələng təhvil getdi bir Dovşan üstə,
Bir xeyir verməli bizə cari il.

Həsən Kərimov:

Həsən öz sirrini elata deyib,
Radikallar dildə çox xəta deyib,
Sinənə çox vurma palata deyib,
Çıxıb qurşağına palçıqlı lığ, gil.

Əhməd Oruc:

Sözsüz, indiyədək bilməmişəm hədd,
Hara üz tutmuşam, eyləyiblər rədd,
Budur mənimçün də başlıca məqsəd,
Düşsün palataya həm Muğan, həm Mil.

Həsən Kərimov:

Xaricdə xoş günü tez görəcəyik,
Ölənə üç arşın bez verəcəyik,
Yaxşı qurumlara biz girəcəyik,
Sənin son yolundu boş tarlalar, çöl.

Əhməd Oruc:

Dimdiklə dənlərəm dən palatada,
Vurram ömrü başa şən palatada,
Ömürlük yataram mən palatada,
Sən get öz "Yurd"unda ayaq uzat, öl.

Həsən Kərimov:

Əgər deyiriksə, axmalıdı qan,
Bu sözü özünçün bir həqiqət san,
Özün bilirsən ki, naqis adamsan,
Səni udmaqdadı ən böyük bir göl.

Əhməd Oruc:

"Yurd"un tarlasını basıbdı çayır,
Yazda da isinmir hələ çöl-bayır,
Özünə, Əliyə morqda yer ayır,
Mənim palatamı sən mənimçün böl.

Həsən Kərimov:

Daim itiləyək kor-kotanı da,
Gəlin oyatmayaq hər yatanı da,
Qatıb qabağına palatanı da,
Sənin kimiləri aparacaq sel.

Əhməd Oruc:

Radikal qaçmaqda, dağ-dərə bilmir,
Getməyə xeyirə, ya şərə bilmir,
İsa palatasız iş görə bilmir,
Əlinin "Yurd"unu aparırdı yel.

Həsən Kərimov:

Novruz bayramında bizim dəcəllər,
Keçəl obrazına səni seçəllər,
Dolub palataya xalis keçəllər,
De, kimə gərəkdi qoydurduğun tel?

Əhməd Oruc:

Mənim hüququmu etməyin inkar,
Sizdən Koroğluya çıxmadı Nigar,
Sizlər olarsınız bizlərə şikar,
Bizim əlimizdə silahımız - bel.

Digər xəbərlər