PDF Oxu

Köşə

  • 17

Müsavat və AXCP (i) güclü istefa axını ilə üzləşib

Müsavat və AXCP (i) güclü istefa axını ilə üzləşib

Əli Kərimov:

"Yurd"da istefalar baş alıb gedir,
Hər kim nə istəyir onu da edir,
Bu cür ağır hallar qəlbimi didir,
Mitinqdi, piketdi yeganə addım,
Son mitinqlərdə mən addımı atdım,
İsa, nə baxırsan sən matdım-matdım?

İsa Qəmbərov:

Küçədə işləmək gərgin bir işdir,
Gənclərlə meydanda isti görüşdür,
Bizim amalımız mitinq, yürüşdür,
Sənə qoşulmaqla məqsədə çatdım.

Əli Kərimov:

Bizdən uzaq düşüb kütlələr, aman,
Boğaz arıqlayıb bağıran zaman,
Gəncləri küçəyə çağıran zaman,
Özüm üsulluca marıqda yatdım.

İsa Qəmbərov:

"Yurd" Əli toplayıb başına banda,
Kütlələr görünmür gözə heç yanda,
Gənclər mitinqlərə toplaşan anda,
Belimdə Koroğlu, sanki Qıratdım.

Əli Kərimov:

Xaric üstümüzə, bil, qanad gərməz,
Gözümüz Qərbdən də qonorar görməz,
Heç bosslar da mənə qara sent verməz,
Aksiya olmasa, deməli, batdım.

İsa Qəmbərov:

Liderlər, söylədik, qrant biçəcək,
Gənclər meydanlarda viski içəcək,
Dedin aksiyalar yaxşı keçəcək,
Çoxunu ataraq, mən səni tutdum.
Əli Kərimov:

Qəlbidarlıq edib çox üşənmədim,
Özümə heç kimi tən düşünmədim,
Bir an da özümü mən düşünmədim,
Ancaq bircə səni arxamca dartdım.

İsa Qəmbərov:

Bir gənc cəlb etmədin bağırışınla,
Kütlə tökülmədi hayqırışınla,
Sənin lap birinci çağırışınla,
Mən tələm-tələsik yanına yortdum.

Əli Kərimov:

Mənə partiyamda "za bort" dedilər,
Sənə iblis, mənə bəd çyort dedilər,
Cavanlar üzümə pis sort dedilər,
Bircə sən bilirsən, mən yaxşı sortdum.

İsa Qəmbərov:

Mitinqlər dalğası kükrədi, dindi,
Kütlə anlamıdı, deyən, bu fəndi,
Məni sevdiyini görürəm indi,
Bağışla, vaxtilə səni çox satdım.

Əli Kərimov:

İnan mənim kimi siyasi asa,
Nə qədər mən varam, batmazsan yasa,
Sən çox aparmısan bizi iflasa,
Ancaq gördüyün tək mitinqi uddum.
İsa Qəmbərov:

Vaxtilə həmişə cüt vermədi zər,
Sözsüz, bu meydanda çox axıtdım tər,
Məni çağıranda oldum səfərbər,
O andan gecəmi-gündüzə qatdım.

Əli Kərimov:

Mən səni özümdən saymışam üstün,
Cüzi güzəştlərə gedəndə əsdin,
İstefa verəndə həmkarlar, küsdün,
Gəncləri meydanda görəndə şaddım.

İsa Qəmbərov:

Bir vaxt nə verdimsə, onlar yedilər,
Çox həmkarlar mənə get-get dedilər,
Məni elə həddə silkələdilər,
Etiraf edirəm, düzü "vot-votdum".

Əli Kərimov:

"Yurd"um anılmaqda viranə kimi,
Gənclər ərafımda pərvanə kimi,
Ətrafım istefa verənə kimi,
İşimdə-gücümdə zirəkdim, xoddum.

İsa Qəmbərov:

Bossun pullarını soxubsan cibə,
Məni bəyənmirsən, gəlmisən təbə,
Necə ki, sən indi minibsən dəbə,
Mən də lider kimi vaxtilə moddum.
Əli Kərimov:

Mitinqsiz saralsın-solsun cəhənnəm,
Bizi sevməyənlə dolsun cəhənnəm,
İstefaya gedən olsun cəhənnəm,
Gənclər arxamdadı, yenilməz ordum.

İsa Qəmbərov:

Son vaxtlar olmuşam pulsuzlara tən,
İndi qorxum qalıb yalnız mabəddən,
İstefalar məni salıb taqətdən,
O biri orduma keçibdi ordum.

Əli Kərimov:

Gənclər sözlərimi versə də yelə,
Çağırış qüvvətim qalıbdı hələ,
Cəbhə beş-on yerə dağılsa belə,
Hələ ki, ayaqda durmaqda "Yurd"um.

İsa Qəmbərov:

Kütlələr axışar sonsuz həvəslə,
Gənclər xoşallanar odlu nəfəslə,
Kütləni meydana təkidlə səslə,
Marağımda deyil vətənim, yurdum.

Əli Kərimov:

Bossun verdiyini tıxanları biz,
Görək evimizi yıxanları biz,
Gözləyək meydana çıxanları biz,
Gələnlər çox olsa, sənindi torum.

İsa Qəmbərov:

İsa meydanları mətin olacaq,
Uduzsaq, kürsümüz itin olacaq,
İrəli getməyim çətin olacaq,
Burda qərar tutub, deyəsən, portum.

Digər xəbərlər