Sabir Rüstəmxanlı:
Mən onun sədriyəm, DAK əlimdədi,
Sanıram pul dolu bak əlimdədi,
VHP kimi dağ əlimdədi,
Kənardan mənə bax və ləzzət apar,
Ey QHT acı , düşüncəsi dar,
De görüm əlində sənin nəyin var?
Çingiz Qənizadə:
Sən qalib gəlməzsən özün tək mənə,
Qol-qanad verməkdə bu istək mənə,
Üsaməni yenən Qərb dəstək mənə,
İş gör əvvəl, sonra qiyamət qopar.
Sabir Rüstəmxanlı:
Qıcı Qərb tərəfə iti dişini,
Sən bir qazanırsan, bizsə beşini,
VHP daxildə görər işini,
Xarici işləri DAK-çılar yapar.
Çingiz Qənizadə:
Qərbin qrantını qapar ən bici,
Nəzarətində bir ölkənin içi,
Canilər dilimdə bir siyasətçi,
Vəzifəm mükəmməl xarici çapar.
Sabir Rüstəmxanlı:
Bir tufan qoparaq, eylə tamaşa,
Zaval gəlsə gələr QHT başa,
VHP DAK ilə qardaşdı qoşa,
Xəyalım elə bu arada çapar.
Çingiz Qənizadə:
Sənin partiyada işlərin çətin,
Yerinə yetməzdi heç vaxt niyyətin,
Ancaq bir QHT dayanar mətin,
DAK da, VHP də yerindən qopar.
Sabir Rüstəmxanlı:
Sən özün xaricə yalmanan yaltaq,
DAK yüksək zirvədi, QHT muldaq,
Sizin QHT -lər adi fırıldaq,
Kim yalan deyirsə, olsun ona ar.
Çingiz Qənizadə:
Dağların fısdığı, zoğalı bizim,
Yerevan dığasız-dığalı bizim,
Qərbin ən ləzzətli qoğalı bizim,
Sizin nəsibiniz yalnız boran-qar.
Sabir Rüstəmxanlı:
DAK bizə gətirir üz ağartısı,
Səni qorxutmaqda biz ağartısı,
Qərbdən gələr sənə göz ağartısı,
Həm də bədənindən sel tək axar par.
Çingiz Qənizadə:
DAK -ın özündən də QHT zorba,
Sənə qurumunda tikilər torba,
Sən gedib evində yeyəndə şorba,
Məni cəlb eyləyir Qərbə neçə bar.
Sabir Rüstəmxanlı:
Nifrətə kökləyir səni xain əl,
Bu lüzumsuz yolla zirvəyə yüksəl,
Qərbdə gitaranın səsinə sən gəl,
Mənsə öz DAK-ımda dinləyərəm tar.
Çingiz Qənizadə:
İşdi, qurtararsa cibimdə pulum,
İmkan var bir-iki bossu da yolum,
Qərbə təzim etmək dəyişməz yolum,
Axar su, sözsüz ki, çuxuru tapar.
Sabir Rüstəmxanlı:
QHT-də iş yaş, bizdə qurudu,
Sizi Qərb, bizləri kütlə qorudu,
Bizim DAK-ımızda işlər qurudu,
Bulanıq suyu da duruldar axar.
Çingiz Qənizadə:
VHP bağında qoz-badam yoxdu,
Sizi sevən bir ser, bir madam yoxdu,
Ardınızca gedən bir adam yoxdu,
Sizi el, bizləri bəd tamah yıxar.
Sabir Rüstəmxanlı:
Alman-ingilisin get ol içində,
QHT boğulur gur sel içində,
Oturub-dururuq biz el içində,
Gözünüz zillənib xaricə baxar.
Çingiz Qənizadə:
Özün sərnişinsiz boş bir dərəsən,
İrəli gedərsən, ayaq dirəsən,
Cəhd eylə DAK-ında çox iş görəsən,
Kütlə ordenləri döşünə taxar.
Sabir Rüstəmxanlı:
Görübsən həmişə bəd işlər gic-gic,
Axırda QHT-n olacaq iflic,
Sənə müftə yerə pul vermir xaric,
Göstər öz çöhrəni, maskanı çıxar.
Çingiz Qənizadə:
Qaz vurdum erməni on keşiş ilə,
Əlləşdin-vuruşdun, sözsüz, leş ilə,
De, DAK-ın sevinir hansı iş ilə?
Sənin VHP-dən, söylə nə çıxar?
Sabir Rüstəmxanlı:
Hələ anlamırsan sözün düzünü,
Elə ki, qaraltdı iki gözünü,
Görərsən sən Qərbin astar üzünü,
Eybi yox, başında şimşəklər çaxar.
Çingiz Qənizadə:
Xaricdə önümə çəkirəm qabı,
Sanki ilişibdi kişmişə yabı,
Sən ye qərargahda vətən kababı,
Səndən fərqli Çingiz Qərbdə yem tıxar.
Sabir Rüstəmxanlı:
Bara meyillilər, bil, barda qalar,
Dəhlizdən keçməyən, kandarda qalar,
Cızığından çıxan kənarda qalar,
Gördüyün hər işdə mahiyyət qoxar.
Çingiz Qənizadə:
Pulu çeklə almaq xaricdə qayda,
Mən də varlanaram elə bu mayda,
Əlbəttə, vaxt gələr, gətirər fayda,
Mənim QHT-mə xarici maqlar.