PDF Oxu

Köşə

  • 12

“İslahat" və “Demokratik" seçki blokları işləyə bilmir

“İslahat" və “Demokratik" seçki blokları işləyə bilmir

Sabir Rüstəmxanlı:

Mənim sözlərimə inan heç zaman,
Yaxşı ola bilməz "İslahat" bir an,
Bizim "Demokratik" blokumuzdan,
Məclisdə yalnız biz söz deyə billik,
Kütlə göz yaşını özümüz sillik,
Lazım bilsək, hətta geri çəkillik.

Qüdrət Həsənquliyev:

Yarada bilərik şüarlarda şok,
Bir biz verə billik kütlələrə tok,
"İslahat" Məclisdə ən güclü blok,
Sən bizə nahaqdan etmə vəkillik.

Sabir Rüstəmxanlı:

Sizdə kədərlilər, bizlərdə şad var,
Bizdə Qərb üsullu gözəl həyat var,
Bizim bir blokda üç deputat var,
Çətin qarşınızda iki büküllük.

Qüdrət Həsənquliyev:

Bizim blokumuz xilası xalqın,
Sizinki olubdu bəlası xalqın,
"Demokratik"lə siz "zirvəyə" qalxın,
Elə "İslahat"la qəfil əkillik.

Sabir Rüstəmxanlı:

"İslahat" doğrudan sönməyə qadir,
Əsla, haqqınız yox dinməyə qadir,
Bir bizik gəncləri yenməyə qadir,
Onların önündə baryer tikillik.

Qüdrət Həsənquliyev:

Bilirik ki, Sabir kabab, ov sevir,
Bizim komandamız xaş, plov sevir,
"İslahat" əzəldən od-alov sevir,
Sizin blokunuz xoşlardı küllük.
Sabir Rüstəmxanlı:

Bizimçün çox asan asmaq barını,
İgidlik sayılmır atmaq arını,
Çox da tərifləmə həmkarlarını,
Siz pulçun, biz isə məqsədçün öllük.

Qüdrət Həsənquliyev:

Get Milə, Muğana, get Batabata,
Tövlə-axur düzəlt qoyuna, ata,
Bir az da meyl edin təsərrüfata,
Sizə sərvət verər biyaban, çöllük.

Sabir Rüstəmxanlı:

Bosslar oturubdu yalınız üstə,
Qərbin damğasıdı qolunuz üstə,
Süqut bataqlığı yolunuz üstə,
Sizin nəsibiniz palçıqlıq, gillik.

Qüdrət Həsənquliyev:

Novruz keçirilir səməni üstə,
Rəqib qaçar, çəksən qəməni üstə,
Birgə hücum etsək erməni üstə,
Silahlı dığanın bağrını dəllik.

Sabir Rüstəmxanlı:

Xəstəyə güc verən qüvvə həbdədi,
Pələngdə caynaqlar, fildə gövdədi,
Tək yemək sizlərdə yaman dəbdədi,
Bosslar pul verərsə, yarıya böllük.
Qüdrət Həsənquliyev:

Qapalı qalmayın, biz tək açılın,
İstəməsəniz də sönüb puç olun,
Pula maraq olsa, bizə qoşulun,
Həmkarlar istəsə köməyə gəllik.

Sabir Rüstəmxanlı:

Tələb olunansa, dözüm blokdan,
Daim zövq alıram özüm blokdan,
Sizə həmkar olmaz bizim blokdan,
Sizin "İslahat"dan çıxmadı döllük.

Qüdrət Həsənquliyev:

Düzgün yararlanın bizimtək sözdən,
Özünüzü naqis sayın, bu üzdən,
Geri qalırsınız, sözsüz ki, bizdən,
"İslahat" tarixə malik min illik.

Sabir Rüstəmxanlı:

Sizin kimiləri şəksiz yenərik,
Qərb bizi dindirsə, o vaxt dinərik,
Geri çəkilsəniz, sizi minərik,
Sizə bənzəmərik, bossa minillik.

Qüdrət Həsənquliyev:

İsmarıc göndərdik bossun köşkilə,
Təsəlli tapmışıq dollar məşqilə,
Qovrulub daimi qrant eşqilə,
Gözləri dörd edib Qərbə dikillik.
Sabir Rüstəmxanlı:

Deyirik çəkilin biz blat üçün,
Siz müntəzirsiniz bizim mat üçün,
Böyük təhlükəyik "İslahat" üçün,
Bomba tək üstünə qəfil töküllük.

Qüdrət Həsənquliyev:

Hamınızın yolu tinlik olubdu,
Nəsibin topallıq-şillik olubdu,
Yeriniz həmişə küllük olubdu,
Bizimki həmişə çiçəklik-güllük.

Sabir Rüstəmxanlı:

Bossun pul sevgisi qulağındadı,
Çox zəif adamlar dayağındadı,
Çolaqlıq özünün ayağındadı,
Əlində topallıq, gözündə şillik.

Qüdrət Həsənquliyev:

Adınız Londonda, Parisdə gəzər,
Şəxsən bu, sizlərin bağrını əzər,
Bizim qüvvəmizdi, sözsüz, beş Xəzər,
Yoxdu bacarığın adi bir göllük.

Sabir Rüstəmxanlı:

Məndən də öyrənib olmadın sarvan,
Sən çox gecikibsən, keçibdi karvan,
Dəyməz nəzərinə nə Muğan, Şirvan,
Qüdrətimiz bizim beş, on, yüz Millik.

Qüdrət Həsənquliyev:

Blokda başları dikiniz yoxdu,
Qarnınız şişsə də çəkiniz yoxdu,
Bir "Mersedes" qədər yükünüz yoxdu,
Bizim potensial on-on beş "Zil"lik.

Digər xəbərlər