Lalə Hacıyeva:
Ay məni dinləyən, inan Allaha,
Onlarla yasa da getmərəm daha,
Bu cür aksiyalar qalsın sabaha,
Əvvəllər liderlər məni dartıblar,
Sonra süpürgəylə möhkəm çırpıblar,
Düz 300 min dollar mənə atıblar.
Eldar Namazov:
İsa, Əli olub qranta cuman,
Ölkəni pis hala saldılar yaman,
Vaxtilə onlarla olduğum zaman,
Ovqatıma çox vaxt zəhər qatıblar.
Lalə Hacıyeva:
Bizi önə qoyub, bossu soydular,
Hər yandan yüksəldi hoydu-hoydular,
Hamısı bizlərə pis ad qoydular,
Şəxsi arzusuna onlar çatıblar.
Eldar Namazov:
Girib restorana vuraraq araq,
Xarici bosslardan güdürlər maraq,
Lider adlarından yararlanaraq,
Mənim kimisini bossa satıblar.
Lalə Hacıyeva:
Onları tox etdim, mən qaldım yavan,
İfrata pul verdi Jan, Jak, Sem, İvan,
Onlara çox zaman mən verdim ünvan,
İndi qulağacan bala batıblar.
Eldar Namazov:
Radikal liderlər ancaq vəd edər,
Bunlar radikalçün yağ, bal, ət edər,
Mənə öz QHT-m kifayət edər,
İsa da, Əli də yoldan sapıblar.
Lalə Hacıyeva:
Filə uduzanda tez atı atdım,
Radikal yolunda həyatı atdım,
Bir vaxt səs qazanıb mandatı atdım,
İqtidar olanda postu qapıblar.
Eldar Namazov:
Biz olduq Əliyə bir şikar kimi,
Onları dinlədim daim kar kimi,
Məni aldadıblar bir həmkar kimi,
Milləti talayıb onlar çapıblar.
Lalə Hacıyeva:
Bosslarla bağlıdır radikal xatan,
İsa, Əli olub daim tor atan,
Nə istəyiblərsə, heç yoğurmadan,
Umac da ovublar, xəmir yapıblar.
Eldar Namazov:
Xaric çox xoşlayır xorla hürəndə,
Pul verən adama olurlar bəndə,
Bunlar maliyyəçi bossu görəndə,
Bu əbləh ifratlar xalqdan qopublar.
Lalə Hacıyeva:
Bu yerdə, sözsüz ki, Lalə qudurmur,
Radikallar isə heç dinc oturmur,
Qrant heç birinə yaxın da durmur,
İsa da, Əli də pula hopublar.
Eldar Namazov:
Bunlar açıq deyir "mən mal olmuşam",
Pis cəhət olsa da, formal olmuşam,
Siyasi meydanda normal olmuşam,
İsa da, Əli də adi lopuxlar.
Lalə Hacıyeva:
Bezmişəm mən Əli, İsa öyməkdən,
Bir usanmaq da yox düzü söyməkdən,
Hamısı xaricə ayaq döyməkdən,
Qabar olub ayaq, daban, topuqlar.
Eldar Namazov:
Hər biri çox sısqa, sümük-dəridir,
Onu içdən yeyən dərdi-səridir,
Bizləmək çox köhnə şəkərləridir,
Padoş üzərində çoxlu çapıqlar.
Lalə Hacıyeva:
Dostun dodağında piyaləyəm mən,
Yəqin dairəvi bir haləyəm mən,
Doğrusu, solidni bir Laləyəm mən,
Mənə tay oldular ordu batıqlar.
Eldar Namazov:
Yalandan xaricə tərif desə də,
Bossun pullarını basıb yesə də,
Xaric bunu, hətta istəməsə də,
Həm Əli, həm İsa daim qatıqlar.
Lalə Hacıyeva:
Əsla, inanmayın ki, şansı olar,
İnşallah, onların tez yası olar,
Adamın nə qədər maskası olar,
Tarix görməmişdir bu cür qoduqlar.
Eldar Namazov:
Saflıq olmamışdı ürəklərində,
Bədxah niyyətləri daim dərində,
İsanın, Əlinin süfrələrində,
Bossun göndərdiyi boldu artıqlar.
Lalə Hacıyeva:
Deyirlər ki, guya bir muradı var,
Bossun qidasının ağız dadı var,
Onların doğruçul bircə adı var,
Amma çox yaraşır əsil sırtıqlar.
Eldar Namazov:
Ağız açan kimi deyirlər ad-san,
Demək də ayıbdı onlara insan,
Hər biri özündən hədsiz bədgüman,
Saymır heç birini totuq-motuqlar.
Lalə Hacıyeva:
Daim deyiblər ki, düz yolu sapaq,
Ölkəni üsullu talayaq-çapaq,
Qrant borusuna tıxanıb papaq,
Artıq ödlərini onlar udublar.
Eldar Namazov:
Göylərdə dolaşar, sözsüz, TU mövqe,
Elə öz yerində sənə puuu... mövqe,
Məhv edib onları dünən bu mövqe,
Bu gün də radikal mövqe tutublar.