Rəsul Quliyev:
ABŞ Senatında adam tapmışam,
Vəd edib o, mənə hər səhər-axşam,
Maliyyə yardımı eyləyəcək tam,
Bosslar bizə iri pul verər ancaq,
Qrant almayacaq kim usanacaq,
Hər küçəyə çıxan pul qazanacaq.
Arif Hacıyev:
Palata üzvləri qışqırıb qaz tək,
Yapışar bosslara yapışqan maz tək,
Əli də, İsa da xalça-palaz tək,
Gedib o yollarda həm uzanacaq.
Rəsul Quliyev:
Gülümsər üzünü tez döndərəcək,
Bosslar çanaqlarla pul əndərəcək,
Yaxşı liderlərə çox göndərəcək,
Dözümlü gənclərə açacaq qucaq.
Arif Hacıyev:
Çoxlu dən səpirdi cücələrə də,
Xaric göndərərdi beçə, fərə də,
Çoxlu gənc çıxardı küçələrə də,
Dolardı kütləylə hər meydan, bucaq.
Rəsul Quliyev:
Mükafat hər kəsin yadında qalar,
Meydana gələnlər çoxlu pul alar,
Küçə-meydanlara maşınlar dolar,
Bakının üstündə sıxlaşar uçaq.
Arif Hacıyev:
Ancaq üz döndərər pullardan durak,
Rəsul göndərdiyi şampandan vuraq,
Gecələr narıncı çadırlar quraq,
Küçə-meydanlarda qalayaq ocaq.
Rəsul Quliyev:
Küçədə aranı xeyli qatarıq,
Lazım gəlsə, elə burda yatarıq,
Səmaya çox parlaq fişəng atarıq,
Biz burdan, siz ordan birgə nur saçaq.
Arif Hacıyev:
Bizə gənclər gərək, çox qilu-qallı,
Həm Əli amallı, İsa amallı,
Meydanda qol-qola gedərək yallı,
Tətbiq eyləyərik polisə bıçaq.
Rəsul Quliyev:
O ağciyərlərə verin həbləri,
Doldurun başlara sərsəm mifləri,
Bosslar dolduracaq dibsiz cibləri,
Qoyun qorxaq gənclər düşməsin qaçaq.
Arif Hacıyev:
Gəncləri dolduraq ən ucuz bara,
Daha çox gənc düşər, yəqin ki, tora,
Ayağa dolaşar aciz-avara,
Bizə meydanlarda lazımdı qoçaq.
Rəsul Quliyev:
Verin hamısına çoxlu tiryək, bəng,
Tökün küçələrə, eyləyərək zəng,
Təkcə sağlamları eyləməyin dəng,
Yarayar bu işə həm məriz, naçaq.
Arif Hacıyev:
Bizlərin ixtilaf salması üçün,
Kütlənin şəhərə dolması üçün,
Gənclərin meydanda qalması üçün,
Lazımdı onlarla iynə-sap, sancaq.
Rəsul Quliyev:
Siz üz-üzə duran xəzri tufanla,
Danışmaq asandı burdan İvanla,
Əlaqə quraram mən Yerevanla,
Diaspor zəng edər, dəstəklər "Qnçaq".
Arif Hacıyev:
Əsəbin sonuncu tarımlarıyla,
Tarlanın nahamar şırımlarıyla,
Xaricin dəstəkçi qurumlarıyla,
Daimi əlaqə həm isti, sıcaq.
Rəsul Quliyev:
Cadugər uğuru baharda görüb,
Sevinin siz bossu kandarda görüb,
İfratı kürsüdən kənarda görüb,
Qəzəb, hikkə ilə biz dolaq, daşaq.
Arif Hacıyev:
Qəhr etsin Yaradan naqis xəcili,
Bizim planımız ölçü-biçili,
Lazımdı bizlərə indi təcili,
Bizə bir cüt bəbir, bir cüt də vaşaq.
Rəsul Quliyev:
Deyəsən, biz adi səsik, hənirik,
Mitinqsiz meydandan xəcil dönürük,
Bizlər bu gedişlə ləng tərpənirik,
Deyirəm baryeri, əlbəttə, aşaq.
Arif Hacıyev:
Qəmlənərik meydan məhsul verməsə,
Dilənərik, zaman üsul verməsə,
Birtəhər dözərik boss pul verməsə,
Rəsuldan pul alıb, ürəkdən coşaq.
Rəsul Quliyev:
Kütlələr oyaqdı indi şeytandan,
Süzməyin onlara kofe çaydandan,
Bizim pulu verib qaçsa meydandan,
Qadağan olunsun gənclərə mazaq.
Arif Hacıyev:
İndi bu gənclər də İsanı soyub,
Bossun yardımının dadını duyub,
Pulu qatlayaraq cibimə qoyub,
Kütləyə qaçmağı edərəm yasaq.
Rəsul Quliyev:
Dünyada belədi qoyulan qayda,
Kütlənin gözələri ayda, ya çayda,
Dedim, biz bosslardan götürək fayda,
Demədim, meydanda özümüz qusaq.
Arif Hacıyev:
Radikal bəylərin başında papaq,
Gərək biz o başa-bu başa çapaq,
Dedim ki, gənclərlə burda dil tapaq,
Demədim, küfr edib daim yol azaq.