İsa Qəmbərov:
Elçibəy dövründə bütövdü cəbhə,
Sən gəldin, yol verdin 10-larla səhvə,
Nəticədə cəbhə üz qoydu məhvə,
Səninki təzyiqə, günaha keçdi,
Qüdrət lap Allaha pənaha keçdi,
Mirmahmud "klassik" cinaha keçdi.
Əli Kərimov:
20 il əvvəlki bir qoturdun sən,
Başqanlıq postuna gec oturdun sən,
Boss pul buraxanda, çox qudurdun sən,
Səninki dişaltı tamaha keçdi.
İsa Qəmbərov:
Qərbdə sən özünü bez kiriş gördün,
Diş qıcasan belə, öndə diş gördün,
Cəbhədə o qədər ucuz iş gördün,
Təsiri özünə çox baha keçdi.
Əli Kərimov:
Yazığın artmışdı kədəri, qəmi,
Gözaltı etmişdi bədbəxt sitəmi,
İsa Müsavatı fəth edən kimi,
Atıb başqanlığı o, şaha keçdi.
İsa Qəmbərov:
Bu bosslar da sevmir maraq güdəni,
Sözsüz, saxlamazlar çıxıb gedəni,
İstefa verənlər küsdürdü məni,
Sən dirçəl, mənimki, bil, daha keçdi.
Əli Kərimov:
Gəldi partiyaya bir ağa kimi,
İşini apardı bir çağa kimi,
İsa qımıldandı tısbağa kimi,
Sandı Müsavatdan əjdaha keçdi.
İsa Qəmbərov:
İstədi özünü görə cürətdi,
O, ola bilmədi əsla sürətdi,
Cəbhədə o qədər bəd iş törətdi,
Əlinin işləri pəsdaha keçdi.
Əli Kərimov:
Siyasətçi kimi işləri bitdi,
İsanın yanından çoxları getdi,
İbrahim, Sülhəddin onu tərk etdi,
Qəmbərov nədənsə Pənaha keçdi.
İsa Qəmbərov:
Zirvə fəth eyləməz təkəsiz keçi,
Göazaltı etməkçün daimi heçi,
Əli bir sıravi, adi cəbhəçi,
Ancaq elə bildi bir düha keçdi.
Əli Kərimov:
O, yüksəliş üçün keçərdi candan,
Şükür ki, dağıldı, ay İsa, bandan,
Ali Sovet sədri olduğun andan,
Müsavat adlanan güruha keçdi.
İsa Qəmbərov:
Bürüdü vaxtında zəli cəbhəni,
Bu naqis eylədi dəli, cəbhəni,
O qədər dağıtdı Əli cəbhəni,
Cismən ölgünləşib, bir ruha keçdi.
Əli Kərimov:
Həmkarçün, vətənçün ölməyən İsa,
20 il sevinib-gülməyən İsa,
Bu gün bir iş görə bilməyən İsa,
Bir qədər düşünüb sabaha keçdi.
İsa Qəmbərov:
Cəbhə sədr tapdı lap bərbadını,
"Yurd" Əli taleyin gördü dadını,
"İslahatçı" qoyub Əli adına,
Tələsik o, şəxsi rifaha keçdi.
Əli Kərimov:
O, ucalıq saydı qocaldığını,
Duymadı quruma od saldığını,
İsa bəy görəndə tək qaldığını,
Vay-şivən qopardı, həm aha keçdi.
İsa Qəmbərov:
Burnundan töküldü bossun yeməyi,
Daim puça çıxdı Əlinin səyi,
Qadın üzvlər də atdı bu bəyi,
Mahizəri atıb, cəld maha keçdi.
Əli Kərimov:
Çox pullar göndərdi sinaqoq, kilsə,
Qapdı hamısını sanki bir lisa,
Duruş gətirmədi küçədə İsa,
Yerindən hoppanıb pah-paha keçdi.
İsa Qəmbərov:
Alışıb xaricin çərəzinə o,
Dözmədi bossların qərəzinə o,
Tutuldu quduzluq mərəzinə o,
Əli bəy "ah-vaya, vallah"a keçdi.
Əli Kərimov:
Söndürdü evlərdə əclaf çox şamı,
Çox evi çökdürdü, yıxdı çox damı,
İsa güllələtdi neçə adamı,
Tövbə edib "Allah-Allah"a keçdi.
İsa Qəmbərov:
Bəzi boss day-daylar qarşıladılar,
"Yurd"a yaxın soylar qarşıladılar,
Onu "qoluboy"lar qarşıladılar,
Bu adam xaricdə çox mıxa keçdi.
Əli Kərimov:
Xaricin qrantı mənə qalmadı,
"Bizdə qal dedilər" yenə qalmadı,
İsanın cibində heç nə qalmadı,
Rəqibin əlinə bir yaxa keçdi.
İsa Qəmbərov:
Son anda cəbhənin bortunda qaldı,
Qarnının doymayan qurdunda qaldı,
Cəbhədə tək quru "Yurd"unda qaldı,
Hesab istədilər, o, yaxa keçdi.
Əli Kərimov:
Başqanı pis gündə görüb qaçdılar,
İsanın üstünə hürüb qaçdılar,
Dostları istefa verib qaçdılar,
Azdan əl üzərək, o, çoxa keçdi.