PDF Oxu

Köşə

  • 7

Razi Nurullayev AXCP (i) sədri olmaq istəyir

Razi Nurullayev AXCP (i) sədri olmaq istəyir

Razi Nurullayev:

Olmaq istəmirəm ömürlük müavin,
Yaşa dolmaqdayam, ötüb keçir sinn,
Əli bəy, sən mənim az boynuma min,
Cəbhənin halından bu gün halıyam,
"Yurd" Əli getməli, mən qalmalıyam,
Mən özüm cəbhədə sədr olmalıyam.

Fuad Qəhrəmanlı:

Bilirəm, cəbhəyə sən qoydun maya,
Əli də qarşında olubdu paya,
Qarşımda "Yurd" Əli kövrək bir qaya,
Bozdağın, Kəpəzin polad yalıyam.

Razi Nurullayev:

Bossun pullarıdı cibə dürtdüyü,
Cəbhədi Əlinin yerə sürtdüyü,
Xanım üzvlərin başa örtdüyü,
Ayıbları örtən isti şalıyam.

Fuad Qəhrəmanlı:

"Yurd" Əli, bilirik, məqsəd güdəndi,
Hər işi yerində Əli edəndi,
Guya o, həmişə öndə gedəndi,
Yolların, izlərin mənsə dalıyam.

Razi Nurullayev:

Üzündə əks edir lil çöküntüsü,
Çoxdu bu adamın sör-söküntüsü,
Əli bəy cəbhənin tör-töküntüsü,
Mən isə qurumun şəhdi, balıyam.

Fuad Qəhrəmanlı:

Əli bəy qurumun olub patçısı,
Razi bəy olubdu bir həyatçısı,
Bir odur cəbhənin təminatçısı,
Onun xəiznədarı mülki-malıyam.

Razi Nurullayev:

Əlinin xəyalı dağda-bağdadı,
Ümidi, sevgisi Qərb ortaqdadı,
Fuad partiyada məndən sağdadı,
Mən isə ürək tək onun soluyam.

Fuad Qəhrəmanlı:

Sədrimiz meyilli hazır biş-düşə,
Hazır olmaz heç vaxt əsil yürüşə,
Əli bəy içiboş adi bir şüşə,
Mən ona nisbətən mənən doluyam.

Razi Nurullayev:

Bir mənəm zirvənin, dağın yağışı,
Küləyim saxlayar azğın yağışı,
Əli bəy andırır narın yağışı,
Mən onu məhv edən buzlu doluyam.

Fuad Qəhrəmanlı:

Bossun pullarıyla cibləri dolu,
Nə sağa çəkilir, nə görür yolu,
Əli bəy özünü sayır Koroğlu,
Deyir mən Həmzə yox, əsil Boluyam.

Razi Nurullayev:

Boss cibindən başqa yox ayrı yolu,
Keçmir reytinqi də heç zaman nolu,
Əli bəy yenə də nəfsinin qulu,
Cəbhəçi dostların sadiq quluyam.
Fuad Qəhrəmanlı:

Sədr əldən düşüb, özü də qoca,
Hələ saymaqdadı özünü uca,
Ay Razi, olsam da səndən balaca,
Sözsüz, "Yurd" Əlidən böyük, uluyam.

Razi Nurullayev:

Onun şəbəkəsi işlək şiti mən,
Qurumun aqili, həm də şiti mən,
Cəbhənin maliyyə vəsaiti mən,
Onun valyutası, nəqd puluyam.

Fuad Qəhrəmanlı:

Yerini göstərdim qaraldı qanı,
Haray-qışqırığı tutdu hər yanı,
Əli qocalmaqda, susuzdu canı,
Mən ondan cavanam, canısuluyam.

Razi Nurullayev:

Mənə örnək tutma dəli Nəsibi,
Hər bir uğursuzun ölü nəsibi,
Bir eşşək çuludu Əli nəsibi,
Ata çatmasam da, qatır çuluyam.

Fuad Qəhrəmanlı:

Çox lider Əli tək siyasi lider,
Pənahı, Sərdarı lap asi oğru,
Qəti addım atsam uğura doğru,
Bu yöndə xəyala mən dalmalıyam.
Razi Nurullayev:

Qorxdum onu görüb səbrim darala,
Özünü bənzədib hərif marala,
Əlini əbədi atıb xarala,
Mən özüm cəbhədə kök salmalıyam.

Fuad Qəhrəmanlı:

Uğur mənimlədi, ürəyim duyub,
Demədim ki, gözüm meydandan doyub,
Əlini özümdən arxada qoyub,
Zəfər təbilini mən çalmalıyam.

Razi Nurullayev:

Liderlər başına leysanlar yağıb,
Əli bucağına lay-lay qar yağıb,
Özümə lazımi enerji yığıb,
Sulu çəllək kimi mən dolmalıyam.

Fuad Qəhrəmanlı:

Uzaq olmalıyam səhvdən, qəflətdən,
Dəstək almalıyam eldən, millətdən,
Əlini əbədi silib lüğətdən,
Özümə mən yeni dost bulmalıyam.

Razi Nurullayev:

Lider var ki, bəxti çox səhv çevirib,
Adam var bir toyda on dəf çevirib,
Üzümü qibləyə tərəf çevirib,
Sözsüz, namazımı mən qılmalıyam.

Fuad Qəhrəmanlı:

Əli bəy səhv salıb deyən otağı,
Yaman qaralıbdı gözünün ağı,
Töhfə verilibdi dəfnə budağı,
Banan sənin olsun, mən palmalıyam.

Digər xəbərlər