PDF Oxu

Köşə

  • 13

Mirmahmud Fəttayevin “DUİ" sindromu

Mirmahmud Fəttayevin “DUİ" sindromu

Mirmahmud Fəttayev:

Palata yarandı "DUİ"-yə qarşı,
Təklifi verilən bloklar naşı,
Bu gün hər birindən "DUİ"-di yaxşı,
Olmasa da adi bir zirvə fəthi,
Əksilmir bir an da "DUİ"-nin mədhi.
Çünki yanaşmadım mən ona səhti.

Əhməd Oruc:

Sadiq həmkarını unutmaz adam,
Bir vaxt mən cəbhəni az qaldım udam,
"DUİ"-ni partiyam yaşatdı müdam,
Yaxşı ki, qurmadın başqanlıq vəqfi.

Mirmahmud Fəttayev:

Sən öz partiyanla dal sıraya keç,
Gecikmə, özünə sən həmkarlar seç,
"DUİ" sırasından əksilmədi heç,
Sənin kimilərin qatarı, səfi.

Əhməd Oruc:

Saç qara olsa da qocalmısan sən,
Ancaq zənn etmə ki, ucalmısan sən,
Mirmahmud, "DUİ"-ndə tək qalmısan sən,
Tez əlinə keçir, dilləndir dəfi.

Mirmahmud Fəttayev:

Sən unut "DUİ"-ni-könül dağını,
Ərit ürəyinin bəsit yağını,
Qoyub qabağına "Azadlığ"ını,
Sən dəlilər kimi eşələ rəfi.

Əhməd Oruc:

Adi mal-qaraya ələf deyilsən,
Tez çürüməkdəsən, sədəf deyilsən,
Sən qəfil gülləyə hədəf deyilsən,
Səni çalacaqdır zəhərli əfi.
Mirmahmud Fəttayev:

"Azadlıq" tarlanda yer qazıq-qazıq,
Aparır süquta səni bir cızıq,
Zir-zibil ruhuna hopmaqda, yazıq,
Sən öz ürəyinə yığırsan kəfi.

Əhməd Oruc:

Tərgit səndə olan irsi adəti,
Dağıtma "DUİ"-də olan yek seti,
Burax siyasəti, seç ibadəti,
Mən isə seçirəm mey-məzə, kefi.

Mirmahmud Fəttayev:

Səni mən qovmuşam "DUİ"-dən qəfil,
İndi aralıqda qalıbsan səfil,
Sən əlim altında işləyən tifil,
Mən isə qurumun ən məsul şefi.

Əhməd Oruc:

Yüklədin üstünə kini, qərəzi,
Əydi mənə tərəf daşı tərəzi,
Mən dəf eyləmişəm hər cür mərəzi,
Yoluxdur özünə dözülməz tifi.

Mirmahmud Fəttayev:

Bədənin dəmirov, başın qoturdu,
Ən yüyrək texnikan eşşək, qatırdı,
"Azadlığ"ın qumda saya oturdu,
"DUİ" gəmimizlə əzərik rifi.
Əhməd Oruc:

Sındı klassikin kövrək dolça tək,
Oynatdın "DUİ"-ni əldə fırça tək,
Mən yunu seçirəm yaxşı parça tək,
Götürə bilərsən sən pambıq lifi.

Mirmahmud Fəttayev:

Əvvəl oturmuşdun yerində mağıl,
Başına qoyan yox cüzi bir ağıl,
Səni yüyrüyündə yatırdıb nağıl,
Çətin gerçəkləşə əfsanə mifi.

Əhməd Oruc:

Təkrar yol verdiyin çox günah oldu,
Dadına çatan da ilk Pənah oldu,
"DUİ" sənin üçün qərargah oldu,
Görmədin adicə mənzili, evi.

Mirmahmud Fəttayev:

"DUİ"-dən getmisən, ürəkdən şadam,
Fikrində canlanır Temirxan, "Madam",
Sən özün "cırtdan"dan balaca adam,
İştahan üstələr timsahı, devi.

Əhməd Oruc:

Bütöv götürməyə cəhd etdin pulu,
Suda batırmısan həmişə çulu,
Vaxt olub sən özün sapıb düz yolu,
Daim xoşlamısan getməyə levi.
Mirmahmud Fəttayev:

İçərin soyuqdu bayır, eşik tək,
Hava buraxırsan çölə deşik tək,
Sığındın "DUİ"-də küncə pişik tək,
Mən təmsil eylədim pələngi, levi.

Əhməd Oruc:

Batıbdı qumsalda klassik gəmi,
Bu süqut gətirib sənə min qəmi,
Qaldı beş-on cibin boş quyu kimi,
Daim doldurmağa cəhd etdin cibi.

Mirmahmud Fəttayev:

Sən qüvvə tapmadın heç vaxt özündə,
Həm yalançı çıxdın sadiq sözündə,
"DUİ" zirvə olub yadlar gözündə,
Sənin "Azadlığ"ın görübdü dibi.

Əhməd Oruc:

Alnındakı o ağ lövhən ölübdü,
Ancaq elə bilmə səhvən ölübdü,
Sənin əziz "DUİ"-in, cəbhən ölübdü,
Mənimçün əsasdı sevgili ləbi.

Mirmahmud Fəttayev:

Öyünə bilməzsən evin, bağınla,
Qalmısan kənarda ürək dağınla,
Süquta uğradın "Azadlığ"ınla,
Dirək saymaqdasan hələ də çöpü.

Əhməd Oruc:

"DUİ"-də qanqal çox, gül bitə bilmir,
Əyri ayaqların yol gedə bilmir,
Mədəndə xora var, həzm edə bilmir,
Hələ də çəkilmir qarnının köpü.

Digər xəbərlər