Yusif Bağırzadə:
Etibar Londona düşübdü yola,
Çoxları deyirlər mənə xeyir ola,
Görəsən, bu işin axırı nola?
Çoxunu vurmamış sən ön dişinə,
Nəticə heç zaman yatmaz döşünə,
Gedibdi Etibar biznes işinə.
Arzuman Əlizadə:
"Vestmister" fondunu göz altda alar,
Bossunun verdiyi qab dibi yalar,
Etibar daimi Londonda qalar,
Lider imza atıb son gedişinə.
Yusif Bağırzadə:
Oxşar hərəkətdən o, casus Bonda,
Kütlə onu gördü, vallah, min donda,
Etibar daimi qalsa Londonda,
Mən də söykənərəm üçü-beşinə.
Arzuman Əlizadə:
İndi durub burda nə plan deyim,
Liderin dalınca fil, filan deyim,
İçi mən qarışıq nə yalan deyim,
Çoxu yüyürübdü bircə "pişi"nə.
Yusif Bağırzadə:
Hərəkətin adı çirkindən çirkin,
Gərək siz göstərə idiniz təmkin,
Kişini xaricə edərək sürgün,
De, nədən düşmüsüz indi nöşünə?
Arzuman Əlizadə:
İnanaram burda çoxu mələsə,
Olmasa da bənzəri heç kələzə,
Etibarı saldıq gedər-gəlməzə,
Yığışırıq indi qrant leşinə.
Yusif Bağırzadə:
Etibar da London deyib dil açdı,
Qapısını "Vestmister"li fil açdı,
"Əşşi getdi" deyən dilin gül açdı,
Qurban olum sənin bircə "əşşi"nə.
Arzuman Əlizadə:
Xaloğlusu oldu naski parçası,
Bir çoxları adi üskü parçası,
Deyəcəklər adi əski parçası,
Etibar bəy bürünsə də meşinə.
Yusif Bağırzadə:
Nə qədər rast gəlmək olar naqisə?
Biz özümüz çevrilməkdə hərisə,
Getmək olar Londona da, Parisə,
Heç bir şərh olmadı bu edişinə.
Arzuman Əlizadə:
Doldurmuşdu AMİP-inə o, zığı,
Həmkarları gözlərində mal qığı,
Həmkarları bezdirmişdi yazığı,
Baxaydınız xaloğluyla didişə.
Yusif Bağırzadə:
Xaloğlunun üzündə var qızartı,
AMİP-inə marağı da azaldı,
Albiona oldu ona gözaltı,
Uçdu getdi, qaldı bu yanda Binə.
Arzuman Əlizadə:
Görünərmi görən AMİP-də yenə?
Çətin orda London atına minə,
Artıq keçib ingilis ləhcəsinə,
Bundan sonra çətin kimisə yenə.
Yusif Bağırzadə:
O olubdu qurumun bir incisi,
Xaloğlunun üstü "alfa", sonu "si",
İndi mənəm AMİP-in birincisi,
İstəməzdim Etibar geri dönə.
Arzuman Əlizadə:
Ayrı düşdü Etibar da dostundan,
Pul gəlirdi artıq ona bossundan,
Yusif də atılar öz postundan,
Gözlə, Arzuman da çıxacaq önə.
Yusif Bağırzadə:
Yıxılana güclü zərbə gedərik,
Avro üçün hətta hərbə gedərik,
Vaxt gələr ki, biz də Qərbə gedərik,
Ay Arzuman, sən də yüklənmə kinə.
Arzuman Əlizadə:
Uçdu ora öz arzusu, meyliylə,
O getməzdi fitnəsiylə, feyliylə,
Sədr oldun Etibarın əliylə,
Barı sən eyləmə bizlərə tənə.
Yusif Bağırzadə:
Nahamardı xaricə gedən yollar,
Dolaşardı ayağına kos, kollar,
Qazanmasan sən nə avro, nə dollar,
Sən getsən də Hindistana, ya Çinə.
Arzuman Əlizadə:
Məcnun deyə neçə Leyli uzanıb,
Etibarın ora meyli uzanıb,
Yusif ağa, boyun xeyli uzanıb,
Boss puluyla verəcəksən sən enə.
Yusif Bağırzadə:
Çağıranda üzübəri gələnsən,
Yaxşı olar, sən ələk tək ələnsən,
Əl açaraq avro, dollar dilənsən,
Qazancının həddi çatardı minə.
Arzuman Əlizadə:
Londona apardı onu sərt külək,
Gəl biz postda bir oturub, bir gülək,
Etibarın yerini düzgün bölək,
İnanmıram maraqlarımız sönə.
Yusif Bağırzadə:
Sən pələnglik etmə ki, şir qayıtdı,
O gəlməsə, deməli, sirr qayıtdı,
Qoy gözləyək, bəlkə lider qayıtdı,
Sən əl atıb indidən cırma sinə.
Arzuman Əlizadə:
Bu AMİP-də hərə qoyub bəd təməl,
Sən həm bizdən, Etibardan götür əl,
Hər bir şeyi qamarlamaq pis əməl,
Ümid yeri qoy bizə də bir dənə.