Elşən Manafov:
Heç vaxt yalan demir Demokratik Yol,
Boss vədi İsaya, Əliyə parol,
Başını soxmağa axtarırlar kol,
Onları cəlb edir sirli uzaqlar,
Bir də birləşdirir çirkin maraqlar,
Vurulur bosslarla çoxlu araqlar.
Həsən Kərimov:
İndi "sollar" belə basır blata,
Baxan yox narıncı sönük xalata,
Nə blok qurulub, nə də "palata",
Yenə də başlanıb taraq-taraqlar.
Elşən Manafov:
Çox pisdi Əliylə İsa pozası,
Bloklar, "palata" palıd qozası,
Çirkli maraqların artıb dozası,
Elə bu səbəbdən sönüb çıraqlar.
Həsən Kərimov:
Çox üzvlər Müsavatdan qopubdu,
Əli bəydə kükrəyir ürək odu,
Maraq hissi ruhumuza hopubdu,
"Yurd"da düşmüş əlimizdən daraqlar.
Elşən Manafov:
Gözlərini boss cibinə dikəcək,
Hamilərə qədir tumu əkəcək,
Sanki rəqib üstə hücum çəkəcək,
Liderlərin üstündədi yaraqlar.
Həsən Kərimov:
Batmır başlarına sözün dərini,
Yarımçıq qoyublar namələrini,
Özləri yıxacaq kümələrini,
Günahkar deyildir burda qıraqlar.
Elşən Manafov:
Biri o birinə deyir mələmə,
Üstümə dəyirman unu ələmə,
Çoxusu vurğundu qarpız-kələmə,
Acından ölərlər, düşsə quraqlar.
Həsən Kərimov:
İndi qurumlara çöküb mənfi hal,
Əlini, İsanı sarıbdı zaval,
Açıqlansa əgər tərcümeyi-hal,
Bədxah keçmişindən verər soraqlar.
Elşən Manafov:
Qaytarmaq istəyir Pənah, keçmişi,
Basıb qaraqorxu, günah, keçmişi,
Əli varaqlayır bədxah keçmişi,
İsanın ömründən qopur varaqlar.
Həsən Kərimov:
Tayların dilindən zəhər tökürdü,
Qurum yaranmamış sönüb, çökürdü,
Bloklar, "palata" hələ şükürdü,
Solların içində işi fırıqlar.
Elşən Manafov:
İsa da, Əli də vəsf eylər şəri,
Artıq üzə çıxıb qəlblərin kiri,
Daim siyasətdə qalıbdı geri,
Arzu-xəyalları boş-boş, cırıqlar.
Həsən Kərimov:
Artıq aludəyik bizlər də meyə,
Qarışqa, milçək də yığışar iyə,
Hər biri xaricdə dad döyə-döyə,
Durub dollarında zatı qırıqlar.
Elşən Manafov:
Bossa da xoş gəlmir İsa kəlməsi,
Pisdir, Əlinin də "Yurd"da gülməsi,
Çətin hər birinin cana gəlməsi,
Dolub "palata"ya sısqa, arıqlar.
Həsən Kərimov:
Deyilsə "palata" həddə nazınız,
Kütlələr olmazlar sizin qazınız,
Artıq kötüklərdən çıxıb pazınız,
Solları saxlamır geniş yarıqlar.
Elşən Manafov:
Əli də özünə qazmaqda qəbir,
Odur ki, kənardan görünür fəqir,
Xaric səfəriyçün hazır, müntəzir,
İsanın əsası, dəmir çarıqlar.
Həsən Kərimov:
Heç cür cəlb etmədi İsanı "Madam",
Hətta mən özüm də Əliyə yadam,
Pənah qarpızlara meyilli adam,
Solları xoşuna gəlir moruqlar.
Elşən Manafov:
Sən bir az geri dur, biz onu sancaq,
Sənin liderlərin çəkinər, yancaq,
Əli "palata"ya sığınar ancaq,
İsa da kənardan dördgöz marıqlar.
Həsən Kərimov:
Bizə dəstək verən bossun səyiylə,
Xaricdə havadar verən rəyiylə,
İsanın, Əlinin işarəsiylə,
Başını şax tutar dollar buruqlar.
Elşən Manafov:
Uğursuzluq qondu nərddə tasına,
Artıq imza atıb onlar yasına,
Çevrilib Misirin mumiyasına,
Dartar liderləri muzey-qoruqlar.
Həsən Kərimov:
"Blok, blok" deyib paralanarlar,
Uyub "palata""ya aralanarlar,
Səhv addım ataraq, yaralanarlar,
Əl-ayaqlarını tutar sarıqlar.
Elşən Manafov:
Anlamır, deyəsən, etdiklərin,
Siyasi meydanda itdiklərini,
Bilməyib haraya getdiklərini,
O vaxt sizinkilər çaşıb qan ağlar.
Həsən Kərimov:
Elə ki, "saxtakar zəfər" çalarlar,
Yalan addımlardan ibrət alarlar,
Sizin solçular da çaşıb qalarlar,
Çünki yollarını bağlayıb sağlar.