Araz Əlizadə:
Radikallar ölüb gedib, ay qağa,
Utanmazlar gedib talant almağa,
Çalışırlar onlar qrant almağa,
Bir zaman xalq radikala güləcək,
Onlar sanır nəsə edə biləcək,
Düşünürlər onlarındı gələcək.
Teyyub Qəni:
Min cür xəbis, ürəyi dar yığışıb,
Bu cinaha hər bir kor-kar yığışıb,
İş baş tutsa, radikallar yığışıb,
"İctimai Palata"ya gələcək.
Araz Əlizadə:
Radikallar əsla bilmir ar, ayıb,
Hər biri də özünü güclü sayıb,
Hər birisi dişlərini qıcayıb,
Düşünürlər boss göz yaşı siləcək.
Teyyub Qəni:
İfratlar da bossa görünməkdədi,
Hər birisi qəmə bürünməkdədi,
Artıq cəbhə yerlə sürünməkdədi,
Müsavatda İsa tənha öləcək.
Araz Əlizadə:
Əli, İsa şüar edibdi şəri,
Düz olmazdı onlara demək diri,
İş görməyə qadir deyil heç biri,
Boss pulunu bunlarlamı böləcək?
Teyyub Qəni:
Hər birisi bənzəsə də nadana,
Oxşadırlar özlərini insana,
Onlar qoyub qurumları yan-yana,
Birləşməkçün divarları dələcək.
Araz Əlizadə:
Palatada çay içirlər pürrəngi,
Cılızdılar, yox onların nəhəngi,
Aralarda çatışmayır pələngi,
Hər birisi bir soxulcan, bir böcək.
Teyyub Qəni:
Kefi kökdü hər birisi qabaqlar,
Boş qazanda azalıbdı qapaqlar,
Qəribədir, başdan düşüb papaqlar,
Bağlanıbdı başa kasinka, ləçək.
Araz Əlizadə:
Pul olmasa, açılmayaq qönçə tək,
Boşalmaqdan uzaq olaq nimçə tək,
Deyirlər ki, öndə olaq çömçə tək,
Boss gələndə dönüb arxaya keçək.
Teyyub Qəni:
Liberallar az qalırlar mələyə,
Sifətinin bənzəri var mələyə,
Eyham ilə İsa deyir Əliyə,
Birləşməsək, gərək xaricə köçək.
Araz Əlizadə:
Sanma kimsə arxa durur İsaya,
Həmkarları hiylə qurur İsaya,
Hətta Əli eyham vurur İsaya,
Gərək bossdan özümüzə dost seçək.
Teyyub Qəni:
"İctimai Palata" da yanılmır,
Boş əllərdən indi heç nə qapılmır,
Radikala viski verən tapılmır,
Onlar ilə qərargahda çay içək.
Araz Əlizadə:
Çevrilibdi, əsil naşıya, bilmir,
Cibiboşlar qarın qaşıya bilmir,
Parçalanmış cəbhə yaşaya bilmir,
Müsavatın ömrü olubdu gödək.
Teyyub Qəni:
Cırıq-cırıq olub köhnə çulları,
Hər birinin yorulubdu qolları,
Xərcləyiblər olub-qalan pulları,
Açacaqlar yenə xaricə ətək.
Araz Əlizadə:
Vay-şivənlə işi burur-bururlar,
Nahaq yerə özlərini yorurlar,
Hamısı da indi barmaq sorurlar,
Radikallar görməyəcək bal-pətək.
Teyyub Qəni:
Liderlərin çöhrələri solubdu,
Gedənlərin səbr kasası dolubdu,
Bu partiya sınıq-salxaq olubdu,
Müsavatı darta bilməz bir yedək.
Araz Əlizadə:
Qalmayıbdı burda bir səfa verən,
Zəhləmizi tökdü çox cəfa verən,
Belə deyir hər bir istefa verən,
Seçim budu: nə bitirək, nə bitək.
Teyyub Qəni:
Cahildilər, arasında ulu yox,
Ölməkdədi, radikalın pulu yox,
Deyirlər ki, burda xilas yolu yox,
Əldə yad bayrağı xaricə gedək.
Araz Əlizadə:
Deyirlər ki, kölgəmizə az hürək,
Boss verəcək yenə bizlərə çörək,
Ya xaricə gedib bir xoş gün görək,
Burda qalıb, xarabalıqda itək.
Teyyub Qəni:
İş görmürlər üst-başları tam hisdi,
O, bunlardan, bu, onlardan tez küsdü,
Kimə yetə bilmiriksə, bu pisdi,
Deyirər ki, barı yetənə yetək.
Araz Əlizadə:
Boss nə verir onu əsla bölmürük,
Düz on ildi danışmırıq, gülmürük,
Deyirlər ki, pul qazana bilmirik,
Burda qalsaq, gərək durub yun didək.
Teyyub Qəni:
Harda pul var o tərəfə axdılar,
Qurumları bircə-bircə yıxdılar,
Tanışları istefaya çıxdılar,
İndi İsa Müsavatda qalıb tək.