PDF Oxu

Köşə

  • 18

Müsavatda istefalar bundan sonra da davam edəcək

Müsavatda istefalar bundan sonra da davam edəcək

Əli Əliyev:

Müsavat sürətlə dağılmaqdadı,
Sağmal inək kimi sağılmaqdadı,
Burda qalanlar da boğulmaqdadı,
Bəy başqan süqutun sahilindədi,
Qarşıda olacaq bundan da bədi,
Günah İsa bəyin daxilindədi.

Rauf Arifoğlu:

Birinci çirkaba batanlar dolub,
İsa məqamına çatanlar dolub,
İndi Müsavata nadanlar dolub,
Aqillər istefa daxılındadı.

Əli Əliyev:

Basıb Müsavatda hər tərəfi gil,
İsa ətrafını batırmaqda lil,
Qalmamış bu yerdə heç bircə aqil,
Günah naqisində, cahilindədi.

Rauf Arifoğlu:

Hətta düşməninə sezilməz naqis,
Başqandan pis olsa, əzilməz naqis,
Buranın naqisi dözülməz naqis,
Günah İsa kimi "aqilindədi".

Əli Əliyev:

İsanın böyründə qalmamış həyan,
Qalanlar gecə də, gündüz də piyan,
İsanı tirədən gizli cərəyan,
Çıxıb gedənlərin naqilindədi.

Rauf Arifoğlu:

İsa ətrafının pisdi niyyəti,
Çatmadı getməyə heç qətiyyəti,
Qəti addım atmaq xüsusiyyəti,
Onun Adilində, Qabilindədi.
Əli Əliyev:

Addım ata bilmir indi o geri,
Artmaqda günbəgün İsanın qəhri,
Çıxıb kəlləçarxa əruzi bəhri,
Failatündədi, failündədi.

Rauf Arifoğlu:

İndi Müsavatda mənəm gərəkli,
İsa olmamışdı heç vaxt ürəkli,
Mənim kimilərin bəxti sürəkli,
Zehni, düşüncəsi qabilindədi.

Əli Əliyev:

Tezliklə qalacaq İsa düzlərdə,
Gərək biz oturaq bu gün mizlərdə,
İsada axmaqlıq, ağıl bizlərdə,
Bədxahlıq adamın zailindədi.

Rauf Arifoğlu:

Başqan öz postunda durak çıxıbdı,
İndi Müsavata vraq çıxıbdı,
İsa təklənibdi, brak çıxıbdı,
İndi Balaxanı zibilindədi.

Əli Əliyev:

Başqan keçirməkdə, bil, ürəkkeçmə,
Qalıb util olub dünyadan köçmə,
İstefaya gedən adamlar seçmə,
Günahlar bir İsa tifilindədi.
Rauf Arifoğlu:

Dostlar sifətinə tənbeh nallarlar,
Ermənilər belə onu yallarlar,
Bosslardan aldığı qalaq dollarlar,
İsa baqajında, zənbilindədi.

Əli Əliyev:

Girdaba batacaq qalanda bizsiz,
Başqan itəcəkdir, şübhəsiz, izsiz,
Qalanlar qovacaq İsanı, sözsüz,
Kürsü hələ başqan qafilindədi.

Rauf Arifoğlu:

Ruhu sağlam deyil, bədən ölübdü,
Bü gün ikisidi, dünən ölübdü,
Bu gün başqanımız mənən ölübdü,
Partlayış İsanın mənzilindədi.

Əli Əliyev:

İsa erməniyə deyibdi həri,
Bol dram qazanmaq dərddi-kədərdi,
Düşmən erməniylə əlaqələri,
İnternetin gizli faylındadı.

Rauf Arifoğlu:

Gedənlər başqanı salıblar dərdə,
Özünü bənzədir qoçağa, mərdə,
Zənn edir dəstəyi bütün şəhərdə,
Qaradağındadı, Bayılındadı.
Əli Əliyev:

Onu əldən salıb, qıça çıxardı,
Bölüb partiyanı, haça çıxardı,
İsa başqanlığı puça çıxardı,
Sədrlik həvəsi mağılındadı.

Rauf Arifoğlu:

Bossların əlində dəfə çevrilib,
Əriyib, axırda kəfə çevrilib,
Artıq İsa mənfi mifə çevrilib,
Yalan bəyanatlar nağılındadı.

Əli Əliyev:

İndi o, süqutun təmini dadıb,
Gedənlər önündə dilini udub,
Sanma ki, İsa bəy nəsə unudub,
Bədxahlıq etdiyi ağılındadı.

Rauf Arifoğlu:

Ay İsa, bosslardan dollarını qap,
Özünə əməlli get bir sənət tap,
Düşmən də halına acıyırdı lap,
İsa ovqatının naxalındadı.

Əli Əliyev:

Yaxşı cəhət odu: onu əziblər,
İndi başqanlığa növbə düzüblər,
Bir-bir getməkdədi normal üzvlər,
Son gediş bu İsa çuğulundadı.

Rauf Arifoğlu:

Artıq qanqrena qana çatıbdı,
Məğlub edildiyi ona çatıbdı,
Gerçəklik onunçün sona çatıbdı,
İsa bəy xəyali uğurundadı.

Digər xəbərlər