Moskvada Hitlerin “Qafqaz əməliyyatı”
Moskva artıq Adolf Hitlerin məbədinə çevrilir. Köhnə ilin son günlərindən başlayaraq, Rusiya paytaxtında qeyri-millətlərə, xüsusilə, qafqazlılara qarşı əsil faşist hərəkatı start götürüb. Rusiya qafqazlıları sevmədiyini belə göstərir...
Bu, elə bir faktdır ki, İvan Qroznının dövründən üzübəri Rusiyanın paytaxtı olan Moskvanın, eləcə də, o dövrdə taxta-şalbandan əsası qoyulan Kremlin özündə belə, bunu xadimədən tutmuş Rusiya rəhbərinə qədər hər kəs bilir. Rusiyanın nəhəng paytaxtı olmaqdan əvvəl, Puşkinin, Lermantovun, Qoqolun vətəni olan, milyonlarla insanın sevgi, çörək və yaşayış şəhəri olan, eyni zamanda, bir vaxtlar faşizmi diz çökdürən bir ölkənin baş şəhəri kimi tarixdə qalan MOSKVA, indi sürətlə əsil faşist yuvasına çevrilir.
1941-ci ildə İosif Stalinin qulağının dibinə qədər, yəni indiki Rusiyanın paytaxtı olan Moskvanın qapı-pəncərəsinə qədər gəlib çıxmış Hitler ordusu, deyəsən, geri çəkiləndə Rusiya paytaxtına elə ideoloji "toxum səpib" gedib ki, indi faşizm kabusu Moskvanı ağuşuna alıb gedir. Neçə gündür ki, Moskvada əsil faşizm ab-havası yaşanır. İt uşağı it A.Hitler, sənin ayaqların qırılsın, sən Moskvaya niyə gəlib çıxdın, niyə o faşist nəfəsini qızıl ulduzlu Kremlin daş-divarına hopturdun ki, indi həmin faşizm "toxumları" Rusiyanı böyük fəlakətlə üz-üzə qoymasın. Movzeleydə uyuyan Vladimir İliç Lenindən tutmuş A.Hitlerin belini qıraraq, ikinci dünya müharibəsini udan İosif Stalinə qədər bir çoxlarının ruhu yaman narahatdır bu aralar. Belə getsə, Rusiya paytaxtı faşizmin ayaqaltısına çevriləcək!
Vladimir Putinin və Dmitri Medvedevin idarə etdikləri hakimiyyət özlərini "millətçi" adlandıran faşist qruplarının əlində əsir-yesir qalıb. Ya da ki, bu, elə bilə-bilə yazılmış "ssenaridir". Əsas məsələ budur ki, bunun "REJİSSORU" KİMDİR?! Bax, bu, çox çətin sualdır. Amma bir fakt dəqiqdir ki, bu "ssenari" Moskvanı yox, bütün Rusiyanı dəhşətli fəlakətə aparır, bax, bu, dəqiqdir!
Cudoist V.Putin və onun balacaboy dostu D.Medvedev bu "ssenarinin" içindəmi yer alıblar, ya da bu oyunun qırağındadırlar, bax, bunu da dəqiq bilmirik.. Amma ən dəqiqi odur ki, bu oyunu kim qurubsa, birinci növbədə, Rusiyanın daxildən çökdürülməsinə hesablayıb. Bunlar Moskvanı başqa xalqlardan "təmizləmək" istəyirlər. Guya millətçidirlər bunlar. Əslində, faşizm siyasəti üçün millətçilik bir siyasi maskadır. Kimləri Moskvadan təmizləyəcəksən? Azı yüzdən çox millətin nümayəndəsi bu şəhərdən çörək yeyir. Xüsusilə, keçmiş SSRİ-nin tərkibində olmuş ruspublikaların vətəndaşları özləri bir yana, bütün ailələrinə dolanışıq pulunu Moskvadan qazanıb yollayırlar. Bu boyda insan axınını Moskvadan necə çıxara bilərsən? Daha sonra, nəzərə alsaq ki, Moskvanın dükan-bazarında ən "alkaş" rusun belə ömrü boyu işləməyəcəyi ən ağlasığmaz yerlərdə, məhz Qafqazdan və digr "SNQ" ölkələrindən gələnlər işləyir və onlar buradan çıxarılsalar, rusların bazar-təsərrüfat sistemi iflas olar, onda bu prosesin nə ilə qurtaracağı indidən məlumdur. Bir dəfə də keçmiş Moskva meri Yuri Lujkov bunu etdi, sonra da əziyyətini çəkməli oldu. Bir də ki hansını qovacaqsan Moskvadan? Birdimi, beşdimi? Yüzlərdə xalq yaşayır orda. Onda sən gərək Moskvanın özünü söküb yenidən qurasan... Bu, əsil faşist tələsidir. Üstəlik, yadıma gəlir, biz uşaq idik. O zamankı SSRİ ordusunda əsgərliyiə gedib qayıdan əsgərlərlə bütün qohum-əqrəba görüşə gedərdi. Hər kəs üçün cəmi iki il əvvəl kənd-kəsəkdə qoyun-quzu otaran bu uşaqlar çox maraqlı görünürdülər. Üst-başlarından tutmuş danışıqlarına və mimikalarına qədər fərqli olan, dünyagörüşü tam dəyişmiş bu cavan uşaqlar Rusiyanın, Bularusun və Ukraynanın şəhərlərində rus qızları ilə "dostluq macəraları" qarışıq, keçdikləri hərbi xidmətdən zövqlə danışır, biz də onların bu danışdıqlarını çox böyük maraqla dinləyərdik. Bir az da kənd-kəsək uşaqları kimi ruslar barədə, dünya barədə daha çox öyrənməyə çalışır, xəyallarımızda özümüzün də böyüyüb nə vaxtsa həmin şəhərlərdə əməllicə "macəralar yaşayacağımızı" təsəvvür edirdik. Amma qismət olmadı, daha doğrusu, Mixail Qorbaçov SSRİ-nin külünü havaya elə sovurdu ki, bizim rus qızları ilə tanış olub, sovet ordusunda macəra qurmaq arzumuz gözümüzdə qaldı. Nə isə, bunu niyə danışdım sizə? Hə əsgərliyə gedib qayıdan uşaqlar danışırdılar ki, Rusiyada əsgərlik vaxtı rusları elə şəkildə qapazaltı ediblər ki, onları hərbi xidmətdə "çumo" kimi, yəni təmizlik işlərindən tutmuş digər "vacib yerlərə qədər" bütün işləri onlara gördürərmişlər. Uşaqların danışığından belə çıxırdı ki, ruslar, xüsusilə, qafqazlılırdan bərk qorxurmuşlar. İndi vəziyyət necədir? Sovet dövründə rusları Moskvanın özündə ayaqaltına çevirən qafqazlıları indi Moskvadan didərgin salırlar. Özü də hitlerçilər kimi...