PDF Oxu

Köşə

  • 35

Ayaz Mütəllibov Moskvanın əlində bir alət kimi

Ayaz Mütəllibov Moskvanın əlində bir alət kimi

Tahir Kərimli:

Deyirəm, demokrat Arazı sancaq,
Əlindən gələn iş bir budur ancaq,
Kremlin əlində Ayaz oyuncaq,
Bu adam uçurum qırağındadı,
Çoxları sənintək sorağındadı,
Qayıtmaq Ayazın marağındadı.

Araz Əlizadə:

Ayaz öz əlini başına alıb,
Rusun ağuşunda xəyala dalıb,
Kremlə sığındı naəlac qalıb,
Orda sinəsini cırmağındadı.

Tahir Kərimli:

Ona xidmət etdin daim qan-tərlə,
Hələ də əlləşir şeytanla- şərlə,
Sözləşir o, bədxah elementlərlə,
Kriminal ünsürlər caynağındadı.

Araz Əlizadə:

Araz pullu kəsi sözündən vurur,
Moskva şikarı dizindən vurur,
Ayaz cəld quşları gözündən vurur,
Moskvayla dostluq qaynağındadı.

Tahir Kərimli:

Ayrılıb islamdan, elmdən, dindən o,
Yapışıb iblisdən, divdən, cindən o,
Düşüb Azərbaycan çəkicindən o,
Hazırda Kremlin orağındadı.

Araz Əlizadə:

Ünvan eyləyibsə əgər orağı,
Putinin yanından gəlir sorağı,
Əminəm Ayazın meyli, marağı,
Sarkisyanın saqqal darağındadı.
Tahir Kərimli:

Ayaz xəstələnsə baxma qəmə ki,
Bir vaxt sən qoymusan onu dəmə ki,
Sən də dəstəklədin onu, demə ki,
Təqsir rusun möhkəm arağındadı.

Araz Əlizadə:

Qanım arasına girməsi ilə,
Bir vaxt məni tez-tez görməsi ilə,
Ayaz mənə dəstək verməsi ilə,
Qəlbimin ən geniş varağındadı.

Tahir Kərimli:

O, daim erməni fikirli olub,
Ayaz hər bir zaman məkrli olub,
İngilis bayrağı şükürlü olub,
İndi rusun əsən bayrağındadı.

Araz Əlizadə:

Kremldə deyib-gülə bilmirsə,
Dostun göz yaşını silə bilmirsə,
Hələ də Bakıya gələ bilmirsə,
Bu Ayaz hələ fil qulağındadı.

Tahir Kərimli:

Edib canilərlə damaq çağ indi,
Bu gün etməkdədi Ayaz ağ indi,
Bir vaxt Moskvada rusa sığındı,
Təəssüf, yadelli qucağındadı.
Araz Əlizadə:

Heç özü çıxmadı ikinci tura,
Bu Ayaz üzünü çox etdi qara,
Fəsadları saldı məni yağmura,
Özü restoranlar qurağındadı.

Tahir Kərimli:

Quyruq qapıdadı, duyub qaçmışdı,
Dövlət büdcəsini soyub qaçmışdı,
Xalqı pis durumda qoyub qaçmışdı,
İndi də özündən qaçmağındadı.

Araz Əlizadə:

Ayaz Moskvaya getdi bir gecə,
Olubdu orada yoluq bir cücə,
Uçub vəzifədən getdi əvvəlcə,
İndi səmalarda uçmağındadı.

Tahir Kərimli:

Deyir ki, soyulan Mənsur olubdu,
Özü başdan-başa qüsur olubdu,
Ayaz kriminal ünsür olubdu,
Canilərə qucaq açmağındadı.

Araz Əlizadə:

Bakıda qeyd etdi özü yasını,
Uduzdu o, nərddə yeni tasını,
Orda basa bilmir iştahasını,
Kremldə işıq saçmağındadı.
Tahir Kərimli:

Yazıq Moskvada abırdan düşüb,
Belindəki palan fağırdan düşüb,
Artıq Ayaz bəyin qatırdan düşüb,
Kremlin astagəl ulağındadı.

Araz Əlizadə:

Yalan deyirəmsə, qoy qalım gözsüz,
Bir vaxt o, itmişdi soraqsız-izsiz,
Ayaz təhlükədən uzaqdı, sözsüz,
İndi günahını yumağındadı.

Tahir Kərimli:

Deyirsən ki, nübar arasındasan,
Özün də üç tvar arasındasan,
Sən burda dörd divar arasındasan,
Ayaz Moskvada vurmağındadı.

Araz Əlizadə:

Ayaz qamarlayıb rublu, dramı,
Sən yaman qopardın qaysaq yaramı,
Sözsüz, patiyanın məqsəd-məramı,
Sənin də, mənim də ortağımdadı.

Tahir Kərimli:

Radikal can verir öz blokunda,
Ayaz öz şokunda, sən öz şokunda,
Bir vaxt Qorbaçovun kruçokunda,
Hazırda Medvedev qarmağındadı.

Araz Əlizadə:

Ayazı süquta apardı əda,
Mütəllibov etdi mənimlə vida,
Burada mən bossumdan gözlərəm qida,
O, Kreml qidası sormağındadı.

Digər xəbərlər