PDF Oxu

Köşə

  • 32

Cibləri vətənpərvərlik hisslərindən yüksək olanlar

Cibləri vətənpərvərlik hisslərindən yüksək olanlar

Nurəddin Məmmədli:

O olub həmişə qranta cuman,
Bosslardan gəlsə də vəsait, saman,
İsa bəy cibini düşünür yaman,
Əl açır xaricin haramına da,
Baxmayıb erməni Aramına da,
Meyl edir düşmənin dramına da.

Nüşabə Sadıxlı:

Biz plov yeyirik guya, siz fətir,
Sizə verilən pul haraya gedir?
O zaman məntiqli izahat gətir,
Əlinin tapmayan aramına da.

Nurəddin Məmmədli:

Boss "sağ ol"a yaxın "mersi" axtarır,
Kütlədən o, ibrət dərsi axtarır,
İsa bəy çox böyük kürsü axtarır,
Əli qane olur daramına da.

Nüşabə Sadıxlı:

Rəsuldan çox verdin sən dil, şefinə,
Fil deyil, desən də sən fil şefinə,
Diqqət versəydin sən qafil şefinə,
Baxsaydın məkrli məramına da.

Nurəddin Məmmədli:

Əvvəl heydən düşən dizlərinə bax,
Hətərən-pətərən sözlərinə bax,
O, cavab verməmiş gözlərinə bax,
Diqqət yetir onun şramına da.

Nüşabə Sadıxlı:

Çox istər, bəyənməz Əli azını,
Sən idin artıran onun qazını,
Dığa çirkləndirir xan Arazını,
Kürünə də baxma, Xramına da.

Nurəddin Məmmədli:

Eşidə bilməzsən düzü oğrudan,
Bilirəm ki, budu səni ağrıdan,
Yaxşı başqan isə İsa, doğrudan,
Kilosuna da bax, qramına da.

Nüşabə Sadıxlı:

Fayda gətirsə də zəli adama,
Səncə, kim inanar dəli adama,
Dəyəndə bərk dəyir Əli adama,
Davam gətirməzsən taranına da.

Nurəddin Məmmədli:

Bir az diqqətli ol, möhtərəm qadın,
Ona doğru ancaq sən addım atdın,
Hələ yağışını, qarını dadın,
Düşmədin İsanın boranına da.

Nüşabə Sadıxlı:

Özünün invalid qıçını unut,
Şefdən gələn ağrı-acını unut,
Müsavatın İsa qoçunu unut,
Önəm ver özünün boranına da.

Nurəddin Məmmədli:

İlan da bəyənməz, əsla, yarpızı,
Bu meyvə artırır bir qədər qazı,
Əlinə yetişməz İsa qarpızı,
Əlinin, özünün boranına da.
Nüşabə Sadıxlı:

Reaksiyan varsa, adi riqqət ver,
Nə versən, ləngitmə, tez ver, fəqət, ver,
İsa məntiqinə ciddi diqqət ver,
Əli tək özünü cıranına da.

Nurəddin Məmmədli:

İsa qulluq edir bu gün qarına,
Bosslar çeviribdi onu harına,
Diqqət et Müsavat yaxşılarına,
Həm də İsa kimi tiranına da.

Nüşabə Sadıxlı:

Bizi cəlb etməkdə massa işığı,
Gözəldi bossların kassa işığı,
Əlidə görməzsən İsa işığı,
Qərq olub itərsən toranına da.

Nurəddin Məmmədli:

İsanın yanında dayanmaz heç gic,
Əli pul qazanır, heç də deyil gec,
Düzü, eyni gözlə baxırıq, xaric
Və yaxud erməni kranına da.

Nüşabə Sadıxlı:

Başqana ağ olsan, kor olar gözün,
Məni Müsavatda saxlayır dözüm,
İsaya etibar edirəm özüm,
Bələdəm dağına-aranına da.

Nurəddin Məmmədli:

Düyməni düzünə buran görmədik,
Yerində vaxtında duran görmədik,
Düzü, Müsavatda quran görmədik,
Bizlər çox rast gəldik qıranına da.

Nüşabə Sadıxlı:

İsa nə etdisə, sizlik olmadı,
Biz yerlə süründük, dizlik olmadı,
Səthi yaraşan da bizlik olmadı,
Pis baxdıq ifrata varanına da.

Nurəddin Məmmədli:

Bossun köməyini həm betər gördüm,
Bizdə də, sizdə də mən kədər gördüm,
Uçurub-dağıdan "en qədər" gördüm,
Düzü, rast gəlmədim quranına da.

Nüşabə Sadıxlı:

Kimə qucaq açdıq, o, aşpaz oldu,
Bizim partiyaya çoxu paz oldu,
Etiraf edirəm, quran az oldu,
İsa da pis baxdı vuranına da.

Nurəddin Məmmədli:

Düzü, şişək olub, çox da çaxmadıq,
Yalançı sellərə uyub axmadıq,
Dərininə gedib, ciddi baxmadıq,
Bizlərdən kef-əhval soranına bax.

Nüşabə Sadıxlı:

Bizlərdə möhkəmdi dözüm və səbat,
Təsdiq edər bunu Məşədi İbad,
Heç bir partiyanı görmədik abad,
Heç sahib çıxmadıq viranına da.

Digər xəbərlər