PDF Oxu

Köşə

  • 14

Əli Əliyev Rəsul Quliyevlə yeni partiyada birləşmək haqda düşünür

Əli Əliyev Rəsul Quliyevlə yeni partiyada birləşmək haqda düşünür

Rəsul Quliyev:

Cibim ADP-də sıxılıb getdi,
Sərdar tərəfindən sağılıb getdi,
Sənin "Azadlığ"ın dağılıb getdi,
Çoxdan mən Sərdara vermişəm talaq,
Partiya düzəldib, birgə zövq alaq,
Bir araya gəlib, bir yerdə olaq.

Əli Əliyev:

Hazır da deyilsən uzaqdan hərbə,
Odur ki, üz tutdun ABŞ-a, Qərbə,
Sən özün Sərdardan yedin çox zərbə,
Səhvən "Yurd" Əliyə olmuşam balaq.

Rəsul Quliyev:

Sərdar Cəlaloğlu sapdı yolumu,
Atdı Nyu-Yorka hətta çulumu,
Uzun illər boyu yeyib pulumu,
Çəkibdi qəlbimə çarpaz bir zolaq.

Əli Əliyev:

Onlara deyərik tünd zəhər için,
Həm də yolumuzun üstündən keçin,
Əlini, Sərdarı tərk etmək üçün,
Gərək bunun üçün əsəblə dolaq.

Rəsul Quliyev:

Alıb pullarımı aldatdılar ki,
Sonra da o taya sərt atdılar ki,
Bizləri o qədər aldatdılar ki,
Olduq biz adicə ayağa dolaq.

Əli Əliyev:

Biz yeni quruma olarıq dirək,
Tapıb elektorat qılığa girək,
Biz yeni partiya yaradaq gərək,
Ya da məcburuq ki, saralıb-solaq.

Rəsul Quliyev:

Sərdar düzənlikdə, biz kəllədəyik,
Həm də "Yurd"dan yüksək bir qüllədəyik,
Onlardan çox yüksək bir pillədəyik,
Ayaqlar altında onlar ot-alaq.

Əli Əliyev:

Daim uzaq olar əziyyət, hədə,
Biz lap düz yoldayıq, min lənət bədə,
Partiya qurarıq sakit guşədə,
Onların yanında tutulur qulaq.

Rəsul Quliyev:

Qüvvəni cəmləyib səf eyləyərik,
Sərdarı, Əlini rəf eyləyərik,
Onları həmişə dəf eyləyərik,
Yalançı bəylərə olmarıq calaq.

Əli Əliyev:

Zirvəyə çıxarıq, əldə şam, çıraq,
Sərdarı, həm də "Yurd" Əlini qıraq,
"VİP"-lə "ACP"-ni calaşdıraraq,
İçib restoranda xəyala dalaq.

Rəsul Quliyev:

Qamarlayıb yeni mizi, bilirəm,
Üsullu itirrik izi bilirəm,
Onlar izləyəcək bizi bilirəm,
Nəfəsim təngiyir, sancmaqda dalaq.
Əli Əliyev:

Çox əzablar çəkdik təqib əlindən,
Tutarıq onlarla rəfiq əlindən,
Tutulub əbədi rəqib əlindən,
Deyirəm, onlara qələbə çalaq.

Rəsul Quliyev:

Birdi halalımız, haramımız yox,
Ayrı mətbəximiz, hamamımız yox,
Bəlli məqsədimiz, məramımız yox,
Ancaq ifratlarda problem qalaq.

Əli Əliyev:

Onların niyyəti boşuna çıxsın,
Nəyimizə gərək başına çıxsın,
Qoy Əli İsanın tuşuna çıxsın,
İkimiz birləşib, bir yerdə qalaq.

Rəsul Quliyev:

Hər iki radikal nitqsiz qudur,
Onu da, bunu da basıbdı qotur,
Sərdar da, Əli də bulanıq sudur,
Səninlə ikimiz ən təmiz bulaq.

Əli Əliyev:

İfrat ürəyinə çəkilibdi mil,
Sənin də, mənim də, şükür, səsim zil,
Müqayisə etsək bizlər dəvə, fil,
Onların nəsibi qatırla ulaq.

Rəsul Quliyev:

İfrat masasını gözlər yenisi,
Olar kürsümüz də, mizlər yenisi,
Onlar köhnə ifrat, bizlər yenisi,
Düşərgə düzəldib, biz lövbər salaq.

Əli Əliyev:

İfrat kimi rəzil, tamahkar yoxdu,
Bizdə potensial onlardan çoxdu,
Sənin də, mənim də gözümüz toxdu,
Onlar boss yalına olubdu yalaq.

Rəsul Quliyev:

Açıb ağzımızı gərnəşək möhkəm,
Sonra sirr verənlə sirləşək möhkəm,
Əvvəl partiyada birləşək möhkəm,
Qərbdən və ABŞ-dan biz qrant yolaq.

Əli Əliyev:

Atıb başlarına çox nəhəng sal daş,
Xeyli zəiflədib, edərik savaş,
Köhnə radikalı, eyləyib çıxdaş,
Özümüzə yeni həmkarlar bulaq.

Rəsul Quliyev:

Bir vaxtlar çanaqla dollar ölçüblər,
Qərbdə çox yamaclar, yallar ölçüblər,
O qədər gərəksiz yollar ölçüblər,
"Yurd"Əli və Sərdar olublar çolaq.

Əli Əliyev:

Suları bizdəki quyudan deyil,
Heç biri əsəbi soyudan deyil,
Onlar dini yola qayıdan deyil
Ki, gedib dalında biz namaz qılaq.

Digər xəbərlər