PDF Oxu

Köşə

  • 16

Vladimir Jirinovski Rauf Arifoğlunu Soçiyə çağırır

Vladimir Jirinovski Rauf Arifoğlunu Soçiyə çağırır

Vladimir Jirinovski:

Rusun yəhudisi olsam da əgər,
Məni mahiyyətim türklərə çəkər,
Erməniyə doğru itələr şakər,
Mən bir reallığı çatdırım sizə,
Pyotr tövsiyə edibdi bizə,
Yeridək hayları ürəyinizə.

Rauf Arifoğlu:

Əfsus ki, qələbə çala bilmədim,
Bossların cibini yola bilmədim,
Seçkidə mən mandat ala bilmədim,
Seçici seçmədi, atıldım düzə.

Vladimir Jirinovski:

Səpib üst-başına bolluca ətir,
Rus liberalına sən pənah gətir,
Özünü birtəhər Soçiyə yetir,
Ya da çerez Volqa gəl üzə-üzə.

Rauf Arifoğlu:

Volodya, ağı de, xiffətdən ölsəm,
Gülmə, sənin ilə qidanı bölsəm,
Sənin sözün ilə Soçiyə gəlsəm,
Hansı tapşırığı soxacan gözə?

Vladimir Jirinovski:

Mənə yalmanmaqda burda hər Aram,
Erməni daşnakla həmişə varam,
Gəlsən sən Soçiyə, mən oturdaram,
Erməni həmkarla səni üz-üzə.

Rauf Arifoğlu:

Qorxsam, mən özümü kola verərəm,
Səninçün belimi çula verərəm,
Mən onu üsullu yola verərəm,
Bu cür danışıqlar çatsa da yüzə.

Vladimir Jirinovski:

Çevir erməniyə doğru üzünü,
Pul var ermənidə, deyim düzünü,
İlin axırına çatdır özünü,
Braqa süzərəm sənə bir kuzə.

Rauf Arifoğlu:

Mandatı itirdim, boşalıb kasam,
Başqanın başında çatlayır tasam,
Erməni pulunu mən qamarlasam,
Qorxuram İsa bəy hirslənib küsə.

Vladimir Jirinovski:

Edərik Soçidə lap saz birliyi,
Sürətə gətirrik bu az birliyi,
Yaradıb daşnakla Qafqaz Birliyi,
Pul alıb xərclərik, güc verrik sözə.

Rauf Arifoğlu:

Konyakla könlü də biz xoş edərik,
Düşmən ciblərini tez boş edərik,
Erməni çörəyi biz nuş edərik,
Töhmətə, təzyiqə biz dözə-dözə.

Vladimir Jirinovski:

Bizdə araq dolu kuzə birləşib,
Sizin hər bir lider mizə birləşib,
Ruslu-ermənili sizə birləşib,
Blok yaradarıq, özü də təzə.

Rauf Arifoğlu:

Erməni pul versə, alaram qadan,
Adi kürsü üçün keçərəm candan,
Erməniylə bizlər, sən ol kamandan,
Vuraq özümüzü həm oda-közə.

Vladimir Jirinovski:

Bıçaq da sümüyə gedib dirəşib,
Erməni dramı de, gözmü deşib?
Moskva, Yerevan sizlə birləşib,
İş görüb, mırt vurub, qurarıq məzə.

Rauf Arifoğlu:

İşi tamamlarıq payızlı-qışlı.
Onsuz da siz təmsiz, biz başı daşlı,
Pul alıb, iş görsək əməlli-başlı,
Erməni, çətin ki, tez dodaq büzə.

Vladimir Jirinovski:

Qonorar verəcək sizlərə "Qnçaq",
Sənə və İsaya eyləyərəm lağ,
Erməni puluyla olun oyuncaq,
Getsək, aranızda qan çıxar dizə.

Rauf Arifoğlu:

Dramı bol versin, qoy gəlsin kələk,
O vaxt təsir etməz bizə heç külək.
Erməni pul versin, yüyürüb gələk,
Oradan-buradan çıxarıq üzə.

Vladimir Jirinovski:

Daşnak əsəbini sən gəl az korla,
Zərbə də endirmə iri taporla,
Açıb ciblərini dram toparla,
Erməni soxsa da qarnına nizə.

Rauf Arifoğlu:

Daim tərifləyib yazarıq yazı,
Ölərik, göz vursa erməni qızı,
Dramla korlanmış ruhlarımızı,
Erməni nifrəti, çətin ki, əzə.

Vladimir Jirinovski:

Nə qədər gəzəcən cibiboş veyil,
Erməni pul versə, düşmənin deyil,
Soçidə daşnaka səcdə et, əyil,
Səni öz əlimlə çıxarım mizə.

Rauf Arifoğlu:

Salla ayağını, sürtüm üzümü,
Dram aşılayar mənə dözümü,
Əsla, turşutmaram heç üz-gözümü,
Əgər ilişsə də erməni bizə.

Vladimir Jirinovski:

Niyə yazıqların saçını yolaq?
Dığa ayağına siz olun dolaq,
Bizlər konyak içib, feyziyab olaq,
Pul al, erməniylə bir iş gör nəsə.

Rauf Arifoğlu:

İşlərik dığaya, üz his olsa da,
Çıxarıq təpəyə, çox sis olsa da,
Erməni pul verir, lap pis olsa da,
Biz, əsla, demərik min lənət pisə.

Digər xəbərlər