PDF Oxu

Köşə

  • 13

"DUİ" "AXCP(i)- Müsavat" blokunu dəstəkləməyəcək

"DUİ" "AXCP(i)- Müsavat" blokunu dəstəkləməyəcək

Əhməd Oruc:

Tamarzı deyilik Əli ətrinə,
Yalnız müsavatçı İsa xətrinə,
Cəlb edilə billik blok çətrinə,
Birlik hoqqasından Mirmahmud pərtdi,
Ancaq əyilməyib liderin qəddi,
Əlinin blokdan getməsi şərtdi.

Nurəddin Məmmədli:

Son vaxtlar blokda qulaq dinc olub,
Mitinqə gələnlər yəqin linc olub,
İndi sevincləri bir sevinc olub,
Əlinin, İsanın dərdi bir dərddi.

Əhməd Oruc:

20 dərddənsə yaxşıdı bir dərd,
İndi aksiyanı bəyənmir bir fərd,
Mirmahmud deyir ki, "Yurd" Əli namərd,
Onunla nisbətdə İsa bəy mərddi.

Nurəddin Məmmədli:

Başlama "DUİ"-nlə sən də bu yandan,
Çox uzağa getməz bu "cırtdan" bandan,
İsa bəy Əliyə qoşulan andan,
Mən xoşlamasam da, maraqlı fərddi.

Əhməd Oruc:

Sənin blokunun sabahı çətin,
"DUİ" əvvəlki tək mübariz, mətin,
Mirmahmuda qarşı münasibətin,
Ay Nurəddin qağa, bir qədər sərtdi.

Nurəddin Məmmədli:

Baş- qulaq aparır vızıltıların,
Ürək parçalayır sızıltıların,
Sənin dodaqaltı mızıltıların,
De, necə duadı, nə sayaq virddi?
Əhməd Oruc:

Mirmahmud ətrafı coşqun, gur olub,
Sizin ətrafınız iflas, gor olub,
"DUİ"-də sifətlər daim bir olub,
Sizin sifətiniz beş, altı, yeddi.

Nurəddin Məmmədli:

Sizinlə əlaqə quran da yoxdu,
Hətta bir kef- əhval soran da yoxdu,
"DUİ"-yə bir yaxın duran da yoxdu,
Həm də lüzumsuzdu Mirmahmud xətti,

Əhməd Oruc:

Qoşa əlinizi döydüz dizlərə,
Siz xalqın gözündə döndüz pislərə,
Əbədi dost oldu iflas sizlərə,
Əli də, İsa da baş- ayaq getdi.

Nurəddin Məmmədli:

Çoxları daxildə bizə dost oldu,
Daim şəninizə şirin tost oldu,
Bizə dəstək verən xaric, boss oldu,
Sizin yaranızı "cırtdanlar" çərtdi.

Əhməd Oruc:

Boss çox oyun açdı lüt başınıza,
Çırpdı pul yerinə büt, başınıza,
Qapaz əndərdiniz küt başınıza,
Olub- qalan hörmət, izzət də itdi.
Nurəddin Məmmədli:

Blok yaratmışıq, mən buna şadam,
Özünü kənara çəkibdi "Madam",
Əli də, İsa da hədd bilən adam,
Həmişə Mirmahmud keçibdi həddi.

Əhməd Oruc:

İstəsən bossların cibini soy, ye,
Bütün "cırtdanlar"a istəsən net de,
Bizim Mirmahmuda nə dedin get de,
"DUİ"-yə gələndə, niyyətin bəddi.

Nurəddin Məmmədli:

Bizimlə aranız sərindi sizin,
Problemləriniz dərindi sizin,
"DUİ" ayranınız "şirindi" sizin,
Seyidə də bu cür xoş gəlir cəddi.

Əhməd Oruc:

Heç kəs də heç kəsi tez başa düşmür,
"Yurd" Əli heç kəsi düz başa düşmür,
Blok başqanınız söz başa düşmür,
Bu adam urumdu, urusdu, xetdi?

Nurəddin Məmmədli:

Sürət qutusunda "beş"ə keçmişik,
Son vaxtlar da dilə- dişə keçmişik,
Biz çoxdan əməli işə keçmişik,
Sizdə zarafat da duzsuzdu, şitdi.
Əhməd Oruc:

Yüksəltməz sizləri şöhrət duası,
Yıxacaq bloku qeybət duası,
Sizə yazdırmışıq lənət duası,
Görərsən, qış ağzı işiniz bitdi.

Nurəddin Məmmədli:

Mirmahmud "DUİ"-ni sevməmiş qəti,
Bizlərə zillənib onun diqqəti,
Blokda tərpəniş işıq sürəti,
"DUİ"- nin yerişi birədi, bitdi.

Əhməd Oruc:

Gündüz donos verib Herkel, Qrossa,
Yaxın durursunuz siz gecə bossa,
Daim "yes" dediniz xaricə, bossa,
Sizə "cırtdan"ların cavabı "net"di.

Nurəddin Məmmədli:

Gedin çabalayın sərt uçurumda,
Sizin hamınızı basdırrıq qumda,
Qalanda hamınız çətin durumda,
Bu zaman xarici boss dada yetdi.

Əhməd Oruc:

Sizdən uzaq gəzir, hətta dəli də,
İçində fırlanır İsa, Əli də,
Xalq nəzərə alır gəlhagəli də,
Süqut klipiniz populyar xitdi.

Nurəddin Məmmədli:

Quyruq bassaq səfeh, naqqal ulayar,
Şirniyyat götürsək, baqqal ulayar,
Daim bədxahlara çaqqal ulayar,
Bizə hürənlər də, "DUİ" tək itdi.

Digər xəbərlər