Mirzə Sakit:
Oğurluğu krupnudu, iridi,
"Yurd" Əli xalis oğrunun biridi,
Çox təəssüf, özü bu gün diridi,
Mən həbsdə olanda, o, məni soyub,
O, məni düz 10 min avrosuz qoyub,
Görünür, bizləri bəy hərif sayıb.
Əli Kərimov:
Sən məni təmiz bir lider tək tanı,
Soxma ürəyimə iti tikanı,
Atdın ünvanıma şəri-böhtanı,
Olsun Mirzə Sakit, sənə çox ayıb.
Mirzə Sakit:
Səni görməmişdim bu cür hulqumla,
Başımı aldadıb beş paçka tumla,
Burda kef çəkirdin halal pulumla,
Məni sən türmədə etmişdin qayıb.
Əli Kərimov:
Bəzən hıqqanırdın gəlməyəndə təb,
Əvəz eyləyirdi bu hissi qəzəb,
Həbsinə sən özün olmusan səbəb,
Şeirlər yazırdın nəşəylə uyub.
Mirzə Sakit:
Yaman yüksəklərə etmisən uçuş,
Sənin əmlinə qoyulubdu quş,
Bir mən gəlməmişəm hədəfinə tuş,
Neçə yetkilini qoymusan mayıf.
Əli Kərimov:
Bəlkə yararlanıb məhbus klandan,
Mənə danışırsan məxfi plandan,
Bəlkə də üzümə durub yalandan,
Bəlkə hesab açıb adına Tayyub?
Mirzə Sakit:
Nəhəng dinazavr qolu yerləşir,
Ora neçə anbar dolu yerləşir,
Bütün həmkarların pulu yerləşir,
Dərindi səndəki timsahfason cib.
Əli Kərimov:
Sənə biz vermişik partiyada iş,
Burda çox yemisən ən ləziz bişmiş,
Tamahın altında qalıb deyən diş,
Yerin həbsxana tək uçurumlu dib.
Mirzə Sakit:
Çətin anlarında bizləri çağır,
Tamahın uçurum, xasiyyət ağır,
Düzdü, sifətindən rəzillik yağır,
Əsil usta kimi yaradırsan mif.
Əli Kərimov:
Mənim ünvanıma min söz deyilib,
Çox pullar yemişəm, axı ceyilik,
Nə günahım var ki, avron yeyilib,
Qarşından çıxıbsa öldürücü rif.
Mirzə Sakit:
Hamı yaxşı bilir, riyakar adın,
Odur ki, büdrədi rüsvayçı atın,
Məni qəzetə də sən buraxmadın,
Bəs niyə əlimə vermirsən bir ip?
Əli Kərimov:
Pulunu yemədim, deyilsən tayım,
Mən səni nə üçün qurbanım sayım?
Sənə "Azadlıq"da mən iş saxlayım,
Gedib həbsxanada özün üçün köp?!
Mirzə Sakit:
A bəy, sən seçmisən rəzil yolları,
Biz qazandıq, yedin avro, dolları,
Əsla görməmisən bizim pulları,
Sən dönüb olmusan qupquru bir çöp.
Əli Kərimov:
Düzdü, qismətini oğurlamışam,
Demə dövlətini oğurlamışam,
Bəlkə sərvətini oğurlamışam?
Boynuma qoyasan bəlkə qızıl küp?
Mirzə Sakit:
Baxmısan həmişə həmkarlara kəm,
Avromuzu yeyib, hey olmusan dəm,
Pulumu yemisən, canın cəhənnəm,
Barı əvəzində ayağımdan öp.
Əli Kərimov:
Bilmirəm gələcək planını mən,
Bossumla yıxaram klanını mən,
On min avronun da, qalanını mən
Yeyərək doyunca çəkəcəyəm kef.
Mirzə Sakit:
Evini xarici ser dağıdıbdı,
Yuri Lujkov adlı mer dağıdıbdı,
Tamahın həmişə yer dağıdıbdı,
Səndən çıxmayacaq ağıllı bir şef.
Əli Kərimov:
Gəl göz düzəltməmiş, zədələmə qaş,
Daha on min avro gətirəydin kaş,
Dünən də amalım olubdu daş-baş,
Sabah da gələrəm hamınıza kəf.
Mirzə Sakit:
İnanma, qəlbimdə rəğbət olacaq,
Daim məsləhətim diqqət olacaq,
Mənə bu nümunən ibrət olacaq,
Bir də buraxmaram mən krupnu səhv,
Əli Kərimov:
Məsləkim, əqidəm, dollar, pul-para,
Pul olan yerlərdə mən üzüqara,
Pul gəlsə yenə də cəbhədaşlara,
Hamısını yeyib, edəcəyəm məhv.
Mirzə Sakit:
Heç zaman heç nəyi etməmişəm dərk,
Get sən partiyadan, bizlərdən əl çək,
Səni sədrlikdən ataraq gerçək,
Qurultay zamanı edəcəyik dəf.
Əli Kərimov:
Çətindi dəf etmək qəlbdə azarı,
Siz nəzərə alın dükan- bazarı,
Azaltsam tamahı yarıbayarı,
Edərdinizmi siz sədrinizi əfv.