PDF Oxu

Köşə

  • 14

Radikallar seçkilərə daxili qalmaqallarla gedir

Radikallar seçkilərə daxili qalmaqallarla gedir

Tahir Kərimli:

Seçki ərəfəsi qovğa güclənir,
Radikal blokda lovğa güclənir,
Bossun qaynatdığı dovğa güclənir,
Deyəsən, ifratlar piyan olacaq,
Əliyə, İsaya ziyan olacaq,
Digər radikala əyan olacaq.

Nurəddin Məmmədli :

Seçki yarışına girə bilməsən,
Deputat mandatı dərə bilməsən,
Bizdə müsbət cəhət görə bilməsən,
Əsla inanmıram həyan olacaq.

Tahir Kərimli:

Hazırkı zamanın ən bici bosslar,
Bəlkə kömək etdi gic-gici bosslar,
Artıq inanmıram xarici bosslar,
Sizlərə dəstəkçi, həyan olacaq.

Nurəddin Məmmədli:

Bizlərin hazırkı qəsdi sakitlik,
Qatı qalmaqalı kəsdi sakitlik,
Bizdə hökm sürür nisbi sakitlik,
Mənim sərəncamım oyan olacaq.

Tahir Kərimli:

Özünüzə çoxlu boss tapmısınız,
Nə verib, üsullu tez qapmısınız,
Artıq siz düz yoldan yan sapmısınız,
Sizi zəhərləyən çayan olacaq.

Nurəddin Məmmədli:

Bizləri məqsədə aparan izdir,
Hər bir blok üzvü əzizimizdir,
Gücümüz blokda birliyimizdir,
Bizim birliyimiz qayan olacaq.

Tahir Kərimli:

Bosslar nə verərsə, tez udarsınız,
Siz xalqa arxadan nəhs "udar"sınız,
Seçkidə çox cüzi yer tutarsınız,
Sənin sancıldığın payan olacaq.

Nurəddin Məmmədli:

Bizim aramızda sındırılmaz sədd,
Siz isə heç zaman bilməmisiz hədd,
Bizlərdən gönünə çıxan namizəd,
Alnına bir zərbə vuran olacaq.

Tahir Kərimli:

Bossunuz sevinsin, vermisiz qərar,
O, sizdə ümidi tezliklə qırar,
Nə İsa, nə Əli, nə də ki, Sərdar,
İnanma, dollardan doyan olacaq.

Nurəddin Məmmədli:

Boss yemi az yedin, arıqdı qarın,
Bizim liderləri görürsən harın,
Daim düşüncəsi dar həmkarların,
Sənintək şayiə yayan olacaq.

Tahir Kərimli:

Sizin cəhdləriniz keçəcək hədər,
Uğura aparmaz sizləri Qədər,
Sizin çöhrənizi saran qəm-kədər,
Blokları qəbrə qoyan olacaq.
Nurəddin Məmmədli:

Hazırda sən ölü, bizlərsə diri,
Sən öz addımını atma heç iri,
Vəhdətə nə vaxtsa üzv olan biri,
Yəqin dediyini duyan olacaq.

Tahir Kərimli:

Sizlərdən yazmaqda hər jurnal, nəşr,
Aranız get-gedə hey sərinləşir,
Daxildə qalmaqal çox dərinləşir,
İnanma ki, sizə qıyan olacaq.

Nurəddin Məmmədli:

Bizlərdən qalmısan xeyli dalda sən,
Hələ ilişərsən qarşı yolda sən,
Bizləri qınama qalmaqalda sən,
İtirdiyin yalnız mayan olacaq.

Tahir Kərimli:

Şər-böhtan qalıbdı hələ canında,
Əli də duracaq onun yanında,
İsalar yanacaq qır qazanında,
Altınızda böyük tiyan olacaq.

Nurəddin Məmmədli:

Salma sən ətrafa qışqırıq, əbəs,
Heç kəsin xoşuna heç gəlmir bu səs,
İşiniz həmişə gözə görünməz,
Görünən kraskan, maskan olacaq.

Tahir Kərimli:

Nahaqdan blokun, birliyin səyi,
Sizlər deyilsiniz xalqın gərəyi,
İsanın, Əlinin gicbəsərliyi,
Səni uduzduran riyan olacaq.

Nurəddin Məmmədli:

Sizlər qulağadək batmısız toza,
Əlinizə çatar bir-iki qoza,
Sizin bu lüzumsuz taktikanıza,
Sanma ki, kimlərsə uyan olacaq.

Tahir Kərimli:

Uğur qazanarsız yer kub olanda,
Kim sizə inanar, siz dub olanda,
Seçkidə yenidən məğlub olanda,
Sanma eybinizi yuyan olacaq.

Nurəddin Məmmədli:

Qaşına-qaşına çərənləyirsən,
Bizim tək qoşuna çərənləyirsən,
Yenə də boşuna çərənləyirsən,
İnanma ki, səni sayan olacaq.

Tahir Kərimli:

Sizlər olubsunuz, zavallı, zəlil,
Bossunuz sizləri edibdi əlil,
Əsla tapmayacan başqa bir dəlil,
Yeganə dəlilin guyan olacaq.

Nurəddin Məmmədli:

Büsbütün palçığa, lığa batırsan,
Özün ayaq üstə əsir, yatırsan,
Nahaqdan irəli addım atırsan,
Sonuncu xahişim dayan olacaq.
MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər