PDF Oxu

Köşə

  • 17

İsa Qəmbərov və Rauf Arifoğlu bir-birinə kələk gəlir.

İsa Qəmbərov və Rauf Arifoğlu bir-birinə kələk gəlir.

İsa Qənbərov:

Çağırıb Raufu razılıq allam,
Mən onu üsullu girimə sallam,
Sonra özüm üçün xəyala dallam,
Etmişəm mən səni, deyərəm, şərik,
Onu bəd əmələ edərəm təhrik,
Sonda da Raufa mandat vermərik.

Rauf Arifoğlu:

Blokda vur tatı, ya çevir tatı,
Mən tez cəlb edərəm elektoratı,
O, pis millətçidi, mən isə qatı,
Şübhəsiz, İsanın məqsədi çürük.

İsa Qənbərov:

Raufu aldadıb çurban edərəm,
Onu gəlişinə peşman edərəm,
Aldadıb, hiyləmə qurban edərəm,
Onun səbətinə yığaram ərik.

Rauf Arifoğlu:

Yalan tərif deyib döndərrəm muma,
Nəhayət, bloku oturar quma,
İsanın ağzını verərəm şuma,
Sonra nəzərində canlanar herik.

İsa Qənbərov:

Nə qədər dözərsə, onu sayaram,
Arabir başını sığallayaram,
Atıb badalağı, tənha qoyaram,
Axırda edərəm quymağa yerik.

Rauf Arifoğlu:

İsa agah olmaz əsil plandan,
Salam söyləyərəm ona klandan,
Sonra da deyərəm ona yalandan,
Blokda olmamış sənintək müdrik.
İsa Qəmbərov:

Ağzından su axır görəndə pulu,
Dovşan da sığışmaz ağzına çullu,
Özüm tərpənərəm daim üsullu,
Çətin ki, hiyləmi o, eyləsin dərk.

Rauf Arifoğlu:

O, başqan rolunda meydan sulayıb,
Sonra liberalı bizə culayıb,
Xaricə satılıb quyruq bulayıb,
Çətin ki, İsaya bunlar olsun görk.

İsa Qənbərov:

Elə ki, almadı lazımi qrant,
Özü boğazına salacaq kanat,
Son nəticə kimi almasa mandat,
O zaman blokdan qaçacaqdı bərk.

Rauf Arifoğlu:

Burda sifətimi qıdıqlayır meh,
Mən maska taxmışam, o, örtüb zireh,
İsa götürsə də əlinə təsbeh,
Onun peşəsidi bidət, küfr, şirk.

İsa Qənbərov:

İstəyir mən onu çox baha satam,
Mənsə çalışaram bu bəyi atam,
Rauf maskalanmış "qaloşlu adam",
Geysə də əyninə o, ən qalın börk.
Rauf Arifoğlu:

Başqanın mövqeyi gəlməz heç xoşa,
Tezliklə dirənər ümidi daşa,
Nə millətçiliyi çatdırdı başa,
Nə də mənim kimi o, olmadı türk.

İsa Qənbərov:

Kəndinə qayıdıb üstümə cuman,
Başının üstünü alcaq duman,
Raufun sifəti bozarıb yaman,
Əsil casus kürkü əynindəki kürk.

Rauf Arifoğlu:

Daim siyasətdə başqan kal oldu,
Boss pulu görəndə susdu, lal oldu,
Türkçü, islamçıydı, liberal oldu,
Heç zaman silinməz üstündəki çirk.

İsa Qənbərov:

Bəd əməl törətsə, tərpənməz tükü,
Hiyləni də ondan öyrənər tülkü,
O qədər ağır ki, bədxahlıq yükü,
Onları çatdırmaz Avropaya "MiQ",

Rauf Arifoğlu:

Daim xoş əmələ qulaqları kar,
Siyasi məntiqi, düşüncəsi dar,
İsa ikiüzlü, rəzil, riyakar,
Onu özününkü saymaz heç bir irq.
İsa Qənbərov:

Rauf həm pis adam, həm də ki, zail,
Ayılmayıb, daim desəm də ayıl,
Olmaq istəsə də nəyəsə nail,
Uçurum onunçun olacaqdı pik.

Rauf Arifoğlu:

Yanında ağzımdan gəlibdi ödüm,
Axı bu naqisi nə qədər güdüm?
Mən onu qəzetdə yıxıb-sürüdüm,
Yanımda İsanın başı deyil dik.

İsa Qəmbərov:

O, mənə qəzetdə çox vurub yara,
Qoymaram qazana o, qrant-para,
Gedəcək yanımdan o, üzüqara,
Bu gediş ona çox edəcəkdi fərq.

Rauf Arifoğlu:

Müntəzir dayanıb planda İsa,
Son vaxtlar qalıbdı dalanda İsa,
Məxfi təpiyimi alanda İsa,
Kədərə-ələmə olacaqdı qərq.

İsa Qəmbərov:

Son anda mən onu çırpacam pola,
Dərhal göstərici düşəcək nola,
Mən onu blokdan salanda yola,
Guya ki, edirəm mən Raufa ərk.

Rauf Arifoğlu:

Bosslardan alıbdı o, narıncı don,
Son vaxtlar vurmaqda onu şaxta, don,
Həmişə deyibdi Vaşinqton, London,
Nədənsə yabançı gəlir ona Şərq.

Digər xəbərlər